https://sputnik.az/20220330/xn-rehberleri-emekdasligi-guclendirmek-niyyetini-tesdiqlediler-440614061.html
Rusiya və İran XİN rəhbərləri əməkdaşlığı gücləndirmək niyyətini təsdiqlədilər
Rusiya və İran XİN rəhbərləri əməkdaşlığı gücləndirmək niyyətini təsdiqlədilər
Sputnik Azərbaycan
Lavrov və Abdullahyan arasında danışıqlar çərşənbə günü Çinin Tunsi şəhərində Əfqanıstanın qonşu ölkələrinin konfransı çərçivəsində keçirilib. 30.03.2022, Sputnik Azərbaycan
2022-03-30T17:50+0400
2022-03-30T17:50+0400
2022-03-31T10:28+0400
ukrayna
rusiya
iran
əmir abdullahiyan
sergey lavrov
lavrov
rusiya xin rəhbəri sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e6/01/14/438352672_0:0:3199:1799_1920x0_80_0_0_1bf5ab5c27f51174478267f1638094f1.jpg
BAKI, 30 mart — Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan Çində görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.Nazirlər Qərb ölkələrinin Moskva və Tehrana qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, hər iki ölkənin bütün sahələrdə əməkdaşlığı gücləndirmək niyyətini təsdiqləyiblər.Lavrov və Abdullahyan arasında danışıqlar çərşənbə günü Çinin Tunsi şəhərində Əfqanıstanın qonşu ölkələrinin konfransı çərçivəsində keçirilib."Bəzi qeyri-dost ölkələr tərəfindən Rusiya və İrana qarşı tətbiq edilən qeyri-qanuni məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, bütün sahələrdə əməkdaşlığı gücləndirmək üçün qarşılıqlı niyyət təsdiqlənib", - nazirliyin məlumatında deyilir.Qeyd edək ki, bu gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Çin Xalq Respublikasının Xarici İşlər naziri Vanq İnlə də görüşüb. Rusiya XİN rəhbəri çinli həmkarına Rusiyanın xüsusi hərbi əməliyyatı və Ukrayna ilə danışıqların gedişatı barədə məlumat verib.Rusiya və Çinin xarici işlər nazirləri ABŞ və müttəfiqləri tərəfindən Rusiyaya qarşı tətbiq edilən qanunsuz birtərəfli sanksiyaların əks-məhsuldarlığını da qeyd ediblər."Tərəflər ABŞ və onun müttəfiqləri tərəfindən Rusiyaya qarşı tətbiq edilən qanunsuz birtərəfli sanksiyaların əks-məhsuldar xarakterini qeyd ediblər", - deyə Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.Bu yaxınlarda bir sıra Qərb ölkələri Ukraynaya görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediblər. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Qərbin sanksiyaları çox ciddidir, Rusiya onlara əvvəlcədən hazırlaşıb. O, əlavə etdi ki, Rusiya Federasiyasının maraqlarına cavab tədbirləri hazırlamaq üçün təsisatların təhlili və əlaqələndirilməsi tələb olunur.Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanın qarşısını almaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.Putin həmçinin bildirib ki, ABŞ və Avropa İttifaqı faktiki olaraq valyuta ehtiyatlarını donduraraq Rusiya qarşısında öhdəliklər üzrə defolt elan edib. O əlavə edib ki, indiki hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal üstünlük xarakteri daşıyır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/14/438352672_227:0:2958:2048_1920x0_80_0_0_cf4a2ce040fb716e5c2ef2d8bcfccfaa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ukrayna, iran, əmir abdullahiyan, sergey lavrov, lavrov, rusiya xin rəhbəri sergey lavrov
ukrayna, iran, əmir abdullahiyan, sergey lavrov, lavrov, rusiya xin rəhbəri sergey lavrov
Rusiya və İran XİN rəhbərləri əməkdaşlığı gücləndirmək niyyətini təsdiqlədilər
17:50 30.03.2022 (Yenilənib: 10:28 31.03.2022) Lavrov və Abdullahyan arasında danışıqlar çərşənbə günü Çinin Tunsi şəhərində Əfqanıstanın qonşu ölkələrinin konfransı çərçivəsində keçirilib.
BAKI, 30 mart — Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan Çində görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Nazirlər Qərb ölkələrinin Moskva və Tehrana qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, hər iki ölkənin bütün sahələrdə əməkdaşlığı gücləndirmək niyyətini təsdiqləyiblər.
Lavrov və Abdullahyan arasında danışıqlar çərşənbə günü Çinin Tunsi şəhərində Əfqanıstanın qonşu ölkələrinin konfransı çərçivəsində keçirilib.
"Bəzi qeyri-dost ölkələr tərəfindən Rusiya və İrana qarşı tətbiq edilən qeyri-qanuni məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, bütün sahələrdə əməkdaşlığı gücləndirmək üçün qarşılıqlı niyyət təsdiqlənib", - nazirliyin məlumatında deyilir.
Qeyd edək ki, bu gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Çin Xalq Respublikasının Xarici İşlər naziri Vanq İnlə də görüşüb. Rusiya XİN rəhbəri çinli həmkarına Rusiyanın xüsusi hərbi əməliyyatı və Ukrayna ilə danışıqların gedişatı barədə məlumat verib.
Rusiya və Çinin xarici işlər nazirləri ABŞ və müttəfiqləri tərəfindən Rusiyaya qarşı tətbiq edilən qanunsuz birtərəfli sanksiyaların əks-məhsuldarlığını da qeyd ediblər.
"Tərəflər ABŞ və onun müttəfiqləri tərəfindən Rusiyaya qarşı tətbiq edilən qanunsuz birtərəfli sanksiyaların əks-məhsuldar xarakterini qeyd ediblər", - deyə Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.
Bu yaxınlarda bir sıra Qərb ölkələri Ukraynaya görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediblər. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Qərbin sanksiyaları çox ciddidir, Rusiya onlara əvvəlcədən hazırlaşıb. O, əlavə etdi ki, Rusiya Federasiyasının maraqlarına cavab tədbirləri hazırlamaq üçün təsisatların təhlili və əlaqələndirilməsi tələb olunur.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanın qarşısını almaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Putin həmçinin bildirib ki, ABŞ və Avropa İttifaqı faktiki olaraq valyuta ehtiyatlarını donduraraq Rusiya qarşısında öhdəliklər üzrə defolt elan edib. O əlavə edib ki, indiki hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal üstünlük xarakteri daşıyır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.