https://sputnik.az/20220401/olkemiz-elektrik-enerjisinden-en-cox-istifade-eden-olkeler-sirasindadir-440660297.html
Ölkəmiz elektrik enerjisindən ən çox istifadə edən ölkələr sırasındadır
Ölkəmiz elektrik enerjisindən ən çox istifadə edən ölkələr sırasındadır
Sputnik Azərbaycan
Külək və günəş enerjisinə ən sürətli keçid Hollandiya, Avstraliya və Vyetnamda baş verib. Hər 3 ölkə son iki ildə elektrik enerjisi tələbinin 10%-ni fosil... 01.04.2022, Sputnik Azərbaycan
2022-04-01T07:03+0400
2022-04-01T07:03+0400
2022-04-01T07:03+0400
işıq
iqtisadiyyat
elektrik enerjisi
elektrik
https://cdnn1.img.sputnik.az/img/07e6/01/19/438475157_0:180:1920:1260_1920x0_80_0_0_4c031defd47da70d16f0a61fe0efd2c5.jpg
BAKI, 1 aprel — Sputnik. Ötən il qlobal miqyasda 12%-lik artımla Azərbaycan elektrik enerjisinə tələbatın ən sürətlə artdığı 2-ci ölkə olub.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqlim və enerji sektorunda fəaliyyət göstərən "Ember" konsaltinq şirkətinin hesabatında bildirilib.Sənədə əsasən, 2021-ci ildə elektrik enerjisinə tələbatın ən sürətlə artdığı ölkə Çin (13%) olub. Onu Azərbaycan (12%), Qazaxıstan (10%) və Türkiyə (9%) izləyib.Araşdırmaya görə, digər bərpa olunan enerji mənbələri nəzərə alındıqda, 2021-ci ildə dünyada elektrik enerjisi istehsalının 38%-i "yaşıl enerji" mənbələri hesabına həyata keçirilib. Digər tərəfdən, kömür istifadəsində pandemiyadan sonrakı iqtisadi canlanma dövründə 1985-ci ildən bəri ən sürətli artım yaşanıb. 2015-ci ildə Paris İqlim Sazişi imzalanandan bəri küləyin və günəşin payı elektrik enerjisi istehsalında iki dəfə artıb.Külək və günəş enerjisinə ən sürətli keçid Hollandiya, Avstraliya və Vyetnamda baş verib. Hər 3 ölkə son iki ildə elektrik enerjisi tələbinin 10%-ni fosil yanacaqdan "yaşıl mənbələr"ə keçirib.Tədqiqatçılar bildirirlər ki, 2021-ci ildə kömürə tələbatın yenidən artmasına baxmayaraq, ABŞ, Böyük Britaniya, Almaniya və Kanada kimi böyük iqtisadiyyatlar yaxın 15 il ərzində şəbəkələrini 100% elektrikləşdirməyi hədəfləyir. Bu dəyişiklik, qlobal istiləşməni 1,5 dərəcə Selsi şkalası ilə məhdudlaşdırmaq üçün ölkələrin iqlim öhdəlikləri ilə bağlıdır. Alimlər buna nail olmaq üçün külək və günəş enerjisindən istifadənin 2030-cu ilə qədər hər il təxminən 20% artması hesabına mümkün olduğunu qeyd edirlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220317/qaradag-gunes-elektrik-stansiyasi-440252179.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/19/438475157_0:0:1920:1440_1920x0_80_0_0_6c3b42ebd813da0dffa9d1dda416ba86.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
işıq, elektrik enerjisi, elektrik
işıq, elektrik enerjisi, elektrik
Ölkəmiz elektrik enerjisindən ən çox istifadə edən ölkələr sırasındadır
Külək və günəş enerjisinə ən sürətli keçid Hollandiya, Avstraliya və Vyetnamda baş verib. Hər 3 ölkə son iki ildə elektrik enerjisi tələbinin 10%-ni fosil yanacaqdan "yaşıl mənbələr"ə keçirib
BAKI, 1 aprel — Sputnik. Ötən il qlobal miqyasda 12%-lik artımla Azərbaycan elektrik enerjisinə tələbatın ən sürətlə artdığı 2-ci ölkə olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqlim və enerji sektorunda fəaliyyət göstərən "Ember" konsaltinq şirkətinin hesabatında bildirilib.
Sənədə əsasən, 2021-ci ildə elektrik enerjisinə tələbatın ən sürətlə artdığı ölkə Çin (13%) olub. Onu Azərbaycan (12%), Qazaxıstan (10%) və Türkiyə (9%) izləyib.
Araşdırmaya görə, digər bərpa olunan enerji mənbələri nəzərə alındıqda, 2021-ci ildə dünyada elektrik enerjisi istehsalının 38%-i "yaşıl enerji" mənbələri hesabına həyata keçirilib. Digər tərəfdən, kömür istifadəsində pandemiyadan sonrakı iqtisadi canlanma dövründə 1985-ci ildən bəri ən sürətli artım yaşanıb. 2015-ci ildə Paris İqlim Sazişi imzalanandan bəri küləyin və günəşin payı elektrik enerjisi istehsalında iki dəfə artıb.
Külək və günəş enerjisinə ən sürətli keçid Hollandiya, Avstraliya və Vyetnamda baş verib. Hər 3 ölkə son iki ildə elektrik enerjisi tələbinin 10%-ni fosil yanacaqdan "yaşıl mənbələr"ə keçirib.
Tədqiqatçılar bildirirlər ki, 2021-ci ildə kömürə tələbatın yenidən artmasına baxmayaraq, ABŞ, Böyük Britaniya, Almaniya və Kanada kimi böyük iqtisadiyyatlar yaxın 15 il ərzində şəbəkələrini 100% elektrikləşdirməyi hədəfləyir. Bu dəyişiklik, qlobal istiləşməni 1,5 dərəcə Selsi şkalası ilə məhdudlaşdırmaq üçün ölkələrin iqlim öhdəlikləri ilə bağlıdır. Alimlər buna nail olmaq üçün külək və günəş enerjisindən istifadənin 2030-cu ilə qədər hər il təxminən 20% artması hesabına mümkün olduğunu qeyd edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.