Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Naxçıvanda komanda-qərargah təlimi keçirilir

© AR Ministry of DefenceNaxçıvanda komanda-qərargah təlimi
Naxçıvanda komanda-qərargah təlimi - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Abunə olmaq
Tank təhlükəli istiqamətlərdə açılma həddlərini tutan tank əleyhinə bölmələrimiz tərəfindən düzünə və yarımdüzünə tuşlama ilə şərti düşmənin zirehli texnikaları məhv edilib.
BAKI, 1 aprel - Sputnik. “Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən komanda-qərargah təlimi keçirilir. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə nazirliyindən məlumat verilib.
Komanda-qərargah təliminin ssenarisinə uyğun olaraq müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələri “Həyəcan” siqnalı ilə qaldırılıb.
Təlimdə komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbul edib aktiv radioelektron mübarizə şəraitində yuxarı qərargaha məruzə etməsinə, tabelikdə olanlara çatdırmasına, döyüşün təşkili üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib.
Çətin keçiləbilən dağlıq ərazilərdə aşkar edilən şərti düşmənin terror qruplaşmaları xüsusi həmlə qruplarımız tərəfindən dronların və pilotsuz uçuş aparatlarının dəstəyi ilə məhv edilib və hakim yüksəkliklər ələ keçirilib.
Tank təhlükəli istiqamətlərdə açılma həddlərini tutan tank əleyhinə bölmələrimiz tərəfindən düzünə və yarımdüzünə tuşlama ilə şərti düşmənin zirehli texnikaları məhv edilib.
Aviasiya ilə qarşılıqlı əlaqə suallarının işlənildiyi təlimdə hava hücumundan müdafiə bölmələri şərti düşmənin hava hücum vasitələri və pilotsuz uçuş aparatlarına qarşı fəaliyyətləri icra ediblər.
Qərargahlar üçün əməliyyat şəraitinin daha da mürəkkəbləşdirilməsi məqsədilə əlavə qüvvələrin cəlb edildiyi komanda-qərargah təlimi davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirilib - Sputnik Azərbaycan, 1920, 01.04.2022
TƏHLİL
Sülh müzakirələri: Yeni reallıqlar Fransanı və ABŞ-ı qane etmir
Xəbər lenti
0