https://sputnik.az/20220401/baki-belediyye-teatrinda-daha-bir-premyera---sehrbaz-440717679.html
Bakı Bələdiyyə Teatrında daha bir premyera - “Sehrbaz”
Bakı Bələdiyyə Teatrında daha bir premyera - “Sehrbaz”
Sputnik Azərbaycan
Teatr 1992-ci ildə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılib. 01.04.2022, Sputnik Azərbaycan
2022-04-01T21:53+0400
2022-04-01T21:53+0400
2022-04-01T21:57+0400
mədəniyyət
tamaşa
premyera
sehrbaz
bakı bələdiyyə teatrı
https://cdnn1.img.sputnik.az/img/07e6/04/01/440717822_0:34:1488:871_1920x0_80_0_0_a4d20897c43b973695b4cd55d4919609.jpg
BAKI, 1 aprel - Sputnik. Bu gün Bakı Bələdiyyə Teatrında “Sehrbaz” tamaşasının premyerası baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, tamaşa yazıçı, Əməkdar incəsənət xadimi Firuz Mustafanın psixoloji-dram janrında yazdığı “Sehrbaz” əsəri əsasında səhnələşdirilib.Sözügedən əsərdə insan oğlunun həqiqətə tapınmasına, öz-özünə hesabat verməsinə, yalanın çarmıxa çəkilərək həqiqət önündə diz çökməsinə və bütün bunlardan sonra insanlığın əbədi yaşam qazanmasına diqqətə çəkilib.İlk görüşdə və ilk baxışda bir-biri ilə tanış olmayan, yad, özgə adamların qəribə taleyindən söhbət açılan pyesdə, hadisələrin gedişi prosesində məlum olur ki, bu adamlar heç də bir-birinə “yad” deyillər. Onların həyat “xətləri” nə zamansa bir nöqtədə kəsişib.Bir-birini əvəz edən gərgin proseslər fonunda vaxtilə baş vermiş bir sıra müdhiş hadisələrin, sirlərin üstü açılır. Əsərdə sevgi, nifrət, xəyanət səhnələri obrazların daxili aləminin açılmasında əsaslı rol oynayır, eyni zamanda faciəvi və komik notlar bir-birini izləyir.Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssam, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, illyuziya məsləhətçisi Elmar İbrahimov, dizayn işləri üzrə tərtibatçı Elnur Əliyevdir.Səhnə əsərində İsmayıl Atakişiyev, Tural Əhməd, Zülfiyyə Qurbanova, Aynur Abbasova iştirak ediblər. Xatırladaq ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılib.Bu illər ərzində teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220328/cexovun-eseri-azerbaycan-sehnesinde-ilk-defe-teqdim-olundu---foto-440519197.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/01/440717822_0:0:1488:1116_1920x0_80_0_0_dd14511244ebc5ad6d6d9ae81148de3b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tamaşa, premyera, sehrbaz, bakı bələdiyyə teatrı
tamaşa, premyera, sehrbaz, bakı bələdiyyə teatrı
Bakı Bələdiyyə Teatrında daha bir premyera - “Sehrbaz”
21:53 01.04.2022 (Yenilənib: 21:57 01.04.2022) Teatr 1992-ci ildə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılib.
BAKI, 1 aprel - Sputnik. Bu gün Bakı Bələdiyyə Teatrında “Sehrbaz” tamaşasının premyerası baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, tamaşa yazıçı, Əməkdar incəsənət xadimi Firuz Mustafanın psixoloji-dram janrında yazdığı “Sehrbaz” əsəri əsasında səhnələşdirilib.
Sözügedən əsərdə insan oğlunun həqiqətə tapınmasına, öz-özünə hesabat verməsinə, yalanın çarmıxa çəkilərək həqiqət önündə diz çökməsinə və bütün bunlardan sonra insanlığın əbədi yaşam qazanmasına diqqətə çəkilib.
İlk görüşdə və ilk baxışda bir-biri ilə tanış olmayan, yad, özgə adamların qəribə taleyindən söhbət açılan pyesdə, hadisələrin gedişi prosesində məlum olur ki, bu adamlar heç də bir-birinə “yad” deyillər. Onların həyat “xətləri” nə zamansa bir nöqtədə kəsişib.
Bir-birini əvəz edən gərgin proseslər fonunda vaxtilə baş vermiş bir sıra müdhiş hadisələrin, sirlərin üstü açılır. Əsərdə sevgi, nifrət, xəyanət səhnələri obrazların daxili aləminin açılmasında əsaslı rol oynayır, eyni zamanda faciəvi və komik notlar bir-birini izləyir.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssam, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, illyuziya məsləhətçisi Elmar İbrahimov, dizayn işləri üzrə tərtibatçı Elnur Əliyevdir.
Səhnə əsərində İsmayıl Atakişiyev, Tural Əhməd, Zülfiyyə Qurbanova, Aynur Abbasova iştirak ediblər. Xatırladaq ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılib.
Bu illər ərzində teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.