Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan milli komandalarının Avropa Liqasından imtinasının səbəbi açıqlanıb

© Sputnik / Yevgeniy Biyatov / Mediabanka keçidVoleybol - qadınlar
Voleybol - qadınlar - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Abunə olmaq
Rəsmi formada milli komandalarımızın Avropa Liqasında iştirak etməyəcəkləri ilə bağlı müraciət edilib
BAKI, 1 aprel — Sputnik. Voleybol üzrə Azərbaycan yığmalarının Avropa Liqasında iştirak etməməsinin səbəbi bəlli olub.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov belə deyib.
O, AVF-nin mətbuat xidmətinə açıqlamasında milli komandaların Avropa Liqasından imtina etməsinin səbəblərindən danışıb:
“Bu ilin may-iyun aylarında qadın voleybolçulardan ibarət millimizin Qızıl Avropa Liqasında, kişilərdən ibarət komandamızın isə Gümüş Avropa Liqasında iştirakı nəzərdə tutulmuşdu. Artıq komandalarımızın rəqibləri və oyunların təqvimi də dəqiqləşib.
Azərbaycan Voleybol Federasiyası tərəfindən bir neçə gün əvvəl Avropa Voleybol Konfederasiyasına (CEV) rəsmi formada milli komandalarımızın Avropa Liqasında iştirak etməyəcəkləri ilə bağlı müraciət edilib”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qadın voleybolu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.03.2022
İDMAN
Azərbaycan millisinin voleybolçusu Yunanıstan Kubokunu qazanıb
Xəbər lenti
0