Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Xocalı soyqırımı ilə bağlı filmə niyə pul tapılmır?

© Sputnik / Murad OrujovXocalı qurbanlarının anım mərasimi, arxiv şəkli
Xocalı qurbanlarının anım mərasimi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.03.2022
Abunə olmaq
Əgər hər şey yolunda gedərsə, “Proyekt 2602” filmi kraudfandinqlə çəkiləcək ilk Azərbaycan filmi kimi də tarixə düşəcək.
Təxminən üç il öncə yaxın dostlarımdan biri böyük həvəslə rejissor Rafiq Hacıyevin “Proyekt-2602” filminin promo-çarxı mənə göstərdi. Promo-çarxın bədii və texniki keyfiyyəti ilk dəfədən məni çox heyrətləndirdi. Layihənin ana xətti və qayəsi çox sadə və olduqca maraqlıdır: Xocalı soyqırımından sonra ailəsini itirən və sağ qalan, bütün həyatını elm və texnologiyaya həsr etmiş gənc, həyatında baş vermiş bütün çətinliklərə baxmayaraq, elmi qabiliyyəti ilə, zaman maşını ixtira edib, anasını xilas etmək üçün keçmişə qayıtmaq istəyir.
***
Rafiq Hacıyevlə şəxsən tanış olduqdan sonra dəfələrlə böyük qürur hissi ilə bu çarxı izlədim və sevindim ki, ölkəmizdə də dünya səviyyəli işlərə imza atan peşəkarlar var. Ötən il Rafiq Hacıyev və Kənan Yusifin qələmə aldığı “Proyekt-2602” filminin ssenarisini oxudum, bir neçə gün müəlliflərlə ssenarini müzakirə etdik. Həmin ərəfədə“Proyekt-2602” layihəsinə heyrətlənən sadəcə mən deyldim.
Filmin rejissoru kimə müraciət edirdisə, baxanlar bu işin keyfiyyətinə, peşəkarlığına heyrət edir, bu promo-çarxın Azərbaycanda hazırlandığıana inanmırdılar. Əsas məsələ isə bu filmin ərsəyə gəlməsi üçün lazım olan məbləğin tapılması idi. Müəllifin bu filmi Xocalı soyqırımı haqqında yazılmış ən sanballı ssenarilərdən biridir və film bu faciəni dünyada kino dili ilə dünyada tanıtmağa hesablanıb. Bu keyfiyyətli və səviyyəli işin ərsəyə gəlməsi üçün yeganə problem tələb olunan maliyyə vəsaitinin tapılmasıdır.
Filmin yaradıcı heyəti artıq üç ildir ki, məhz maliyyə sıxıntısı ucbatından çəkilişlərə başlaya bilmir. Təəssüf ki, filmə dəstək olacaqlarını söz verən təşkilatlardan sonradan səs-səda çıxmır. Ancaq Rafiq Hacıyev və komandası əzmlə çalışır, ruhdan düşmür. “Proyekt-2602” filminin prodüsserliyini “Hollivud”da çalışan amerikalı prodüsserlərdən biri öz üzərinə götürüb. Yəni, gənc kinematoqrafçılarımızın ilk irimiqyaslı elmi-fantastik ekran əsərinin ərsəyə gəlməsi üçün çatışmayan sadəcə maliyyə vəsaitidir.
***
Tələb olunan vəsaiti əldə etmək müəlliflər ictimai dəstəyə ümid edirlər. Bu məqsədlə filmə dəstək göstərmək istəyən iş adamları, tanınmış ictimaiyyət nümayəndələri və sadə vətəndaşların yardım edə bilməsi üçün Kraudfandinq məqsədi ilə filmin xüsusi internet saytı yaradılıb.
Məlumat üçün bildirim ki, kraudfandinq (crowdfunding) ideya, məhsul və ya xidmətin realizə edilməsi, ehtiyacı olanlar üçün yardımların yığılması, tədbirlərin keçirilməsi kimi məsələlərdə həm fiziki, həm hüquqi şəxslərin dəstəklənməsi məqsədilə könüllü olaraq xüsusi internet platformalarında maliyyə vəsaitlərinin cəlb edilməsi ilə bağlı olan fəaliyyət növüdür.
Müəlliflər böyük şirkətlərdən, həmçinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən tam dəstək ala bilmədikləri üçün kraudfandinqdən, yəni layihənın kollektiv maliyyələşdirilməsi metodundan istifadə etməyə qərar veriblər.
***
Bu yaxınlarda “Proyekt-2602” layihəsinin ssenari müəlliflərindən biri və rejissoru Rafiq Hacıyev layihənin promo-çarxını sosial şəbəkələrdə paylaşdı. Gözlənildiyi kimi bu paylaşım böyük səs-küyə səbəb oldu. Onminlərlə insan təqdir edərək bu çarxı öz hesablarında paylaşdılar. Daha sonra müəlliflər promo-çarxı Azərbaycan Rəngkarlığı Muzeyində rəsmən təqdim etdilər və yenə müsbət qarşılandılar. Xülasə, Xocalı soyqırımını dünyada tanıdacaq ilk elmi-fantastik filmin yaradıcı heyəti ümidlə lazım olan məbləğin tapılmasını və ya kraudfandiq vasitəsi ilə toplanmasını gözləyir. Ancaq mən düşünürəm ki, bu cür filmlərin ərsəyə gəlməsində mütləq dövlət dəstəyi olmalıdır.
Bildiyim qədər Mədəniyyət Nazirliyi film üçün konkret pul ayırmasa da, yaradıcı kollektivə tələb olunan maliyyə vəsaitinin bir qisminin ayrılması ilə bağlı ümid verib. Belə ciddi layihəyə isə şübhəsiz ki, böyük məbləğdə vəsait tələb olunur. Yəni, sadəcə dövlətin dəstəyi ilə bu işin ərsəyə gəlməsi mümkün görünmür. Hər halda Xocalı soyqırımını, bu faciənin miqyasını dünyada tanıtmaq üçün bu layihə ciddi şəkildə dəstəklənməlidir.
***
Film gözlənildiyi kimi, arzu olunan şəkildə ərsəyə gələrsə, dünya miqyasında böyük əks-səda gətirəcəyinə bütün səmimiyyətimlə inanıram. Məhz Xocalı soyqırımını dünyada təbliğ etmək üçün, vətən sevgisi olan hər bir azərbaycanlı bu filmin ərsəyə gəlməsində maraqlı olmalıdır. Ümid edirəm ki, tezliklə filmin yaradıcı heyətinin arzuları çin olacaq, illərdir ümidlə gözlədikləri bu sanballı işi həyata keçirə biləcəklər. Əgər hər şey yolunda gedərsə, “Proyekt 2602” filmi kraudfandinqlə çəkiləcək ilk Azərbaycan filmi kimi də tarixə düşəcək.
Xəbər lenti
0