https://sputnik.az/20220330/dunya-sohretli-festivallarda-istirak-etmis-filmlerimiz-bakida-numayis-olundu-440609024.html
Dünya şöhrətli festivallarda iştirak etmiş filmlərimiz Bakıda nümayiş olundu -VİDEO
Dünya şöhrətli festivallarda iştirak etmiş filmlərimiz Bakıda nümayiş olundu -VİDEO
Sputnik Azərbaycan
"CinemaPlus" kinoteatrlar şəbəkəsinə məxsus "AzərbaycanCinema" kinoteatrında baş tutan nümayişdə moderatorluğu kinotənqidçi Sevda Sultanova edib. 30.03.2022, Sputnik Azərbaycan
2022-03-30T15:02+0400
2022-03-30T15:02+0400
2022-03-30T15:02+0400
bakı
mədəniyyət
film
nümayiş
kino
kinoteatr
https://cdnn1.img.sputnik.az/img/42274/09/422740998_0:155:1939:1245_1920x0_80_0_0_53896109b4b8434e0491594b64e4f11a.jpg
BAKI, 30 mart — Sputnik. Ötən gün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) ev sahibliyi ilə Azərbaycanın gənc kinematoqrafçılarının filmləri nümayiş olunub. Sputnik Azərbaycan xəbər verir ki, "CinemaPlus" kinoteatrlar şəbəkəsinə məxsus "AzərbaycanCinema" kinoteatrında baş tutan nümayişdə moderatorluğu kinotənqidçi Sevda Sultanova edib. Nümayiş olunan hər bir film müxtəlif ölkələrdə bir çox beynəlxalq mükafatların sahibidir.İlk nümayiş olunan film Ərturan Nəcəfi Gölün "Səs" filmi oldu. "Səs" filmi Türkiyədə keçirilən 6-cı Kayseri Beynəlxalq film festivalında "Qızıl çinar", XIII Beynəlxalq Kazan Film Festivalının əsas, Bosniya-Hersoqovinanın Pale şəhərində keçirilən XI Jahorina Beynəlxalq Film Festivalının qısametrajlı bədii filmlər bölməsində "Golden Mapple" ("Gızıl Ağcaqayın", birinci mükafat), VIII Azərbaycan Ailə Film Festivalının əsas, Livanda keçirilən Baalbek Beynəlxalq Qısametrajlı Filmlər Festivalında Münsiflər heyətinin xüsusi mükafatlarına layiq görülüb. Film İran Gənc Kinematoqrafçılar İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yardımı ilə ərsəyə gəlib. Çəkilişlər İranda aparılıb. Rolları Turan Malekara və Tağı Türkmeni ifa ediblər.Növbəti nümayiş olunan film isə gənc rejissor, Gənclər üçün Prezident Mükafatının sahibi Azər Quliyevin "Pa-Pa" qısametrajlı filmi oldu. Film gənc oğlanın anası ilə münasibəti fonunda, doğulandan bəri görmədiyi atasının getmə səbəbini öyrənmək üçün evi tərk edib atasının doğma yerinə yollanması üzərində qurulub. "Pa-Pa" filminin dünya premyerası Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqəsində, daha sonra film Batumi Beynəlxalq Art-House Film Festivalının əsas müsabiqəsində iştirak edib. Bundan başqa, sözügedən film Qazaxıstanın 13-cü Avrasiya Beynəlxalq Film Festivalının rəsmi müsabiqə proqramında nümayiş olunub. Rolları Elxan Quliyev, Şəhla Əliqızı və Ümman Budaqov ifa ediblər.Azər Quliyevin çəkdiyi "Təngnəfəs" adlı daha bir qısametrajlı bədii filmi də nümayiş olunan filmlər sırasında idi. 2021-ci ildə "Təngnəfəs" filmi cənub-şərqi Avropanın ən böyük və dünyanın nüfuzlu film festivallarından sayılan Sarayevo Film Festivalının əsas müsabiqə proqramına dəvət alıb və filmin dünya premyerası həmin proqram çərçivəsində baş tutub. Həmin film Gürcüstanda XVI Batumi Beynəlxalq Müəllif Kinoları Festivalında (BIAFF 2021) nümayiş olunub.Oksimedia Production, Debutfilms, Butafilm və CineX kino şirkətlətinin dəstəyi ilə çəkilən filmdə sıradan bir yeni il, sıradan bir gün və adi bir dost xahişi, insan təbiətinin böhranı fonunda, öhdəlik qarşısında üzbəüz qalan qəhrəmanın ağrı və hisslərin qarışığı onu yaşadığı mühitdən yeni bir varlıq dairəsinə salınmasından bəhs olunur. Filmdə baş rolları Şala Alıqızı, Azər Aydəmir və Nicat Kazımov ifa edirlər.Sonda isə rejissor Amil Amalın "Titrəmə" filmi nümayiş olundu. Filmin əsas mesajı müharibənin törətdiyi dəhşətləri bəşəri dəyərlər çərçivəsində tamaşaçıya çatdırmaqdan ibarətdir. Bədəninin bir parçasını itirən əsgər tibb məntəqəsində hərbi həkim tərəfindən müalicə olunur. Əsgər daim titrəyir. Həkim onun garşını almaq calışır, amma xəstəyə heç nə kömək etmir. Əsgərin titrəməsi dayanmır. Qar yağarkən əsgərin titrəmələri daha da güclənir. Daha sonra həkim anlayır ki, əsgərin titrəməsi fiziki deyil, psixolojidir və yalnız bundan sonra titrəmənin sirri açılır. Böyük sarsıntılar keçirən əsgər bədəninin bir parçasını axtarmaq üçün böyük bir yol keçməli olur.Ekran əsərinin çəkilişləri qarlı hava şəraitində Qubanın Qəçrəş, 1-ci Nügədi və Qrız kəndlərində aparılıb. Filmdə əsas rolları Əməkdar artistlər Bəhruz Vaqifoğlu və İlqar Cahangir canlandırıb. Filmin digər ssenari müəllifləri Aqşin Evren və Ayşad Səfərəlidir. Cəmil Quliyev və Müşfiq Hətəmovun prodüserliyi ilə lentə alınan filmin təsvir rejissoru Əli Sultanov, Montaj isə Amil Amala və Asif İsgəndərliyə məxsusdur. Barəsində danışdığımız filmin bəstəkarı Azər Hacıəsgəlidir.Filmin bədii rəhbəri Cəmil Quliyevdir. Film Beynəlxalq İpəkyolu Film Festivalında 2021-ci ildə Ən Yaxşı Qısametrajlı Film mükafatı (Türkiyə), Go Debut Avropa Film Festivalı (Litva), Beynəlxalq Rəssam Qısa Film Festivalı 2021 (İran) festivallarında iştirak edib.
https://sputnik.az/20220330/sefir-moskva-beyannamesi-gelecek-inkisafi-ucun-vacib-bir-seneddir-440598373.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42274/09/422740998_0:0:1723:1292_1920x0_80_0_0_95c49188f2e763e6d6bf367a618c398c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, film, nümayiş, kino, kinoteatr
bakı, film, nümayiş, kino, kinoteatr
Dünya şöhrətli festivallarda iştirak etmiş filmlərimiz Bakıda nümayiş olundu -VİDEO
"CinemaPlus" kinoteatrlar şəbəkəsinə məxsus "AzərbaycanCinema" kinoteatrında baş tutan nümayişdə moderatorluğu kinotənqidçi Sevda Sultanova edib.
BAKI, 30 mart — Sputnik. Ötən gün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) ev sahibliyi ilə Azərbaycanın gənc kinematoqrafçılarının filmləri nümayiş olunub. Sputnik Azərbaycan xəbər verir ki, "CinemaPlus" kinoteatrlar şəbəkəsinə məxsus "AzərbaycanCinema" kinoteatrında baş tutan nümayişdə moderatorluğu kinotənqidçi Sevda Sultanova edib. Nümayiş olunan hər bir film müxtəlif ölkələrdə bir çox beynəlxalq mükafatların sahibidir.
İlk nümayiş olunan film Ərturan Nəcəfi Gölün "Səs" filmi oldu. "Səs" filmi Türkiyədə keçirilən 6-cı Kayseri Beynəlxalq film festivalında "Qızıl çinar", XIII Beynəlxalq Kazan Film Festivalının əsas, Bosniya-Hersoqovinanın Pale şəhərində keçirilən XI Jahorina Beynəlxalq Film Festivalının qısametrajlı bədii filmlər bölməsində "Golden Mapple" ("Gızıl Ağcaqayın", birinci mükafat), VIII Azərbaycan Ailə Film Festivalının əsas, Livanda keçirilən Baalbek Beynəlxalq Qısametrajlı Filmlər Festivalında Münsiflər heyətinin xüsusi mükafatlarına layiq görülüb. Film İran Gənc Kinematoqrafçılar İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yardımı ilə ərsəyə gəlib. Çəkilişlər İranda aparılıb. Rolları Turan Malekara və Tağı Türkmeni ifa ediblər.
Növbəti nümayiş olunan film isə gənc rejissor, Gənclər üçün Prezident Mükafatının sahibi Azər Quliyevin "Pa-Pa" qısametrajlı filmi oldu. Film gənc oğlanın anası ilə münasibəti fonunda, doğulandan bəri görmədiyi atasının getmə səbəbini öyrənmək üçün evi tərk edib atasının doğma yerinə yollanması üzərində qurulub. "Pa-Pa" filminin dünya premyerası Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqəsində, daha sonra film Batumi Beynəlxalq Art-House Film Festivalının əsas müsabiqəsində iştirak edib. Bundan başqa, sözügedən film Qazaxıstanın 13-cü Avrasiya Beynəlxalq Film Festivalının rəsmi müsabiqə proqramında nümayiş olunub. Rolları Elxan Quliyev, Şəhla Əliqızı və Ümman Budaqov ifa ediblər.
Azər Quliyevin çəkdiyi "Təngnəfəs" adlı daha bir qısametrajlı bədii filmi də nümayiş olunan filmlər sırasında idi. 2021-ci ildə "Təngnəfəs" filmi cənub-şərqi Avropanın ən böyük və dünyanın nüfuzlu film festivallarından sayılan Sarayevo Film Festivalının əsas müsabiqə proqramına dəvət alıb və filmin dünya premyerası həmin proqram çərçivəsində baş tutub. Həmin film Gürcüstanda XVI Batumi Beynəlxalq Müəllif Kinoları Festivalında (BIAFF 2021) nümayiş olunub.
Oksimedia Production, Debutfilms, Butafilm və CineX kino şirkətlətinin dəstəyi ilə çəkilən filmdə sıradan bir yeni il, sıradan bir gün və adi bir dost xahişi, insan təbiətinin böhranı fonunda, öhdəlik qarşısında üzbəüz qalan qəhrəmanın ağrı və hisslərin qarışığı onu yaşadığı mühitdən yeni bir varlıq dairəsinə salınmasından bəhs olunur. Filmdə baş rolları Şala Alıqızı, Azər Aydəmir və Nicat Kazımov ifa edirlər.
Sonda isə rejissor Amil Amalın "Titrəmə" filmi nümayiş olundu. Filmin əsas mesajı müharibənin törətdiyi dəhşətləri bəşəri dəyərlər çərçivəsində tamaşaçıya çatdırmaqdan ibarətdir. Bədəninin bir parçasını itirən əsgər tibb məntəqəsində hərbi həkim tərəfindən müalicə olunur. Əsgər daim titrəyir. Həkim onun garşını almaq calışır, amma xəstəyə heç nə kömək etmir. Əsgərin titrəməsi dayanmır. Qar yağarkən əsgərin titrəmələri daha da güclənir. Daha sonra həkim anlayır ki, əsgərin titrəməsi fiziki deyil, psixolojidir və yalnız bundan sonra titrəmənin sirri açılır. Böyük sarsıntılar keçirən əsgər bədəninin bir parçasını axtarmaq üçün böyük bir yol keçməli olur.
Ekran əsərinin çəkilişləri qarlı hava şəraitində Qubanın Qəçrəş, 1-ci Nügədi və Qrız kəndlərində aparılıb. Filmdə əsas rolları Əməkdar artistlər Bəhruz Vaqifoğlu və İlqar Cahangir canlandırıb. Filmin digər ssenari müəllifləri Aqşin Evren və Ayşad Səfərəlidir. Cəmil Quliyev və Müşfiq Hətəmovun prodüserliyi ilə lentə alınan filmin təsvir rejissoru Əli Sultanov, Montaj isə Amil Amala və Asif İsgəndərliyə məxsusdur. Barəsində danışdığımız filmin bəstəkarı Azər Hacıəsgəlidir.
Filmin bədii rəhbəri Cəmil Quliyevdir. Film Beynəlxalq İpəkyolu Film Festivalında 2021-ci ildə Ən Yaxşı Qısametrajlı Film mükafatı (Türkiyə), Go Debut Avropa Film Festivalı (Litva), Beynəlxalq Rəssam Qısa Film Festivalı 2021 (İran) festivallarında iştirak edib.