https://sputnik.az/20220330/sefir-moskva-beyannamesi-gelecek-inkisafi-ucun-vacib-bir-seneddir-440598373.html
Səfir: Rusiya Azərbaycanla əlaqələrin inkişafında çox maraqlıdır
Səfir: Rusiya Azərbaycanla əlaqələrin inkişafında çox maraqlıdır
Sputnik Azərbaycan
Səfir Mixail Boçarnikov Qarabağdakı Rusiya sülhməramlılarının Ukraynaya göndərilməsi barədə sosial şəbəkələrdə və bəzi KİV-lərdə yayılan xəbərləri təkzib edib. 30.03.2022, Sputnik Azərbaycan
2022-03-30T11:34+0400
2022-03-30T11:34+0400
2022-03-30T12:43+0400
mixail boçarnikov
rusiya
səfir
https://cdnn1.img.sputnik.az/img/07e6/02/09/438987160_0:160:3072:1888_1920x0_80_0_0_0450cef4d8b0e738f3ebed0f8a86b0aa.jpg
BAKI, 30 mart - Sputnik. Azərbaycanla Rusiya müstəqillik sınağından uğurla çıxıblar.Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bildirib.Səfirin sözlərinə əsasən, Moskva Bəyannaməsi gələcək inkişafı üçün vacib bir sənəddir.Səfir Moskva Bəyannaməsinin ölkələr arasında əlaqələr üçün önəmli olduğunu diqqətə çatdırıb.Diplomat deyib ki, Rusiya Azərbaycanla əlaqələrin inkişafında çox maraqlıdır.Boçarnikov vurğulayıb ki, Moskva Bəyannaməsi Azərbaycanın suverenliyi, təhlükəsizliyi üçün vacib bir anlaşmadır və bu bəyannamə beynəlxalq hüququn önəmli parçasıdır.Boçarnikov Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladıb.İqtisadi münasibətlər və valyuta hesablaşmalarıDiplomat iki ölkənin iqtisadi əlaqələrinə də diqqət çəkib və bunu müsbət qiymətləndirib.Boçarnikov əlavə edib ki, Rusiya tərəfindən Azərbaycana sərmayələr qoyulur, eyni zamanda, ölkələr arasında ticarət dövriyyəsinin həcmi yüksək olub.Səfir vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı milli valyuta ilə ödənişlər mümkün olacaq. Bu, Moskva Bəyannaməsində də öz əksini tapıb. Onun sözlərinə görə, Rusiyadan Azərbaycana olan ixrac qadağası müvəqqəti xarakter daşıyır və bir neçə aya bu qadağa aradan qalxacaq. "Ödənişlə bağlı çətinliklər rublun məzənnəsinin dəyişməsindən qaynaqlanır. Bu məsələnin həllinə milli valyutalarda hesablaşmalara keçid kömək edəcək. Bəyannaməyə uyğun olaraq bank sahəsində milli valyutalarda əməkdaşlığı genişləndirmək niyyətindəyik ki, bu da sözügedən problemin həllinə kömək edəcək. Artıq bu istiqamətdə müəyyən müsbət addımlar atılıb”, - səfir bildirib. O, həmçinin mart ayında Rusiyanın Gömrük Xidmətini təmsil edən nümayəndə heyətinin Azərbaycan səfər etdiyini və səfər çərçivəsində xarici iqtisadi fəaliyyətin iştirakçıları üçün sadələşdirilmiş gömrük dəhlizinin təşkilinə yönəlmiş “Yaşıl dəhliz” pilot layihəsinin təqdimatının keçirildiyini xatırladıb. M.Boçarnikovun sözlərinə görə, 2022-ci ilin ilk iki ayı ərzində Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi 20% artıb. O, əmtəə dövriyyəsinin artım perspektivlərinin kifayət qədər müsbət olduğunu deyib.Turizm və elm sahəsindəki əlaqələrOnun sözlərinə görə, Azərbaycan tərəfi qarşılıqlı inkişaf üçün çox münbit şərait yaradıb. Səfir deyib ki, iki ölkə arasında rəqəmsal innovasiya sahəsində də sənədlər imzalanıb.Rusiya və Azərbaycan Elmlər Akademiyalarının əlaqələrinə diqqət çəkən diplomatın sözlərinə görə, elmi texnoloji inkişaf çox əhəmiyyətlidir. Səfir əlavə edib ki, elm sahəsində də Rusiya və Azərbaycan önəmli addımlar atılacaq. Boçarnikov turizm sahəsindən də danışıb. O diqqətə çatdırıb ki, Azərbaycan hər zaman rus turistlərin diqqət mərkəzində olub: “Artıq quru sərhədlərini açmaq lazımdır. Bununla daha çox turist səfər edəcək”.Səfir əlavə edib ki, Rusiya və Azərbaycan arasında aviareyslər bərpa olunur: “Biz Azərbaycandan xahiş etdik ki, Rusiya aviaşirkətləri uçuş həyata keçirə bilsinlər”.Qarabağdakı sülhməramlılar, Delyaginin açıqlaması və Ermənistan-Azərbaycan əlaqələriSəfir Mixail Boçarnikov Qarabağdakı Rusiya sülhməramlılarının Ukraynaya göndərilməsi barədə sosial şəbəkələrdə və bəzi KİV-lərdə yayılan xəbərləri təkzib edib.O deyib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün uyğun şərait yaradılmalıdır. Səfirin sözlərinə görə, Rusiya Azərbaycanla Ermənistanın sülh danışıqlarına başlamasına hər zaman dəstək verməyə hazırdır. Diplomat, Azərbaycanın Ermənistana sülh danışıqlarına başlamaqla bağlı təklif irəli sürdüyünü də xatırladıb.Səfirin sözlərinə əsasən, Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin açıqlaması yolverilməzdir. O bildirib ki, Rusiya hökuməti yuxarıda adıçəkilən deputatın açıqlamasını qınayıb və üzr istənilib. Səfir vurğulayıb ki, Rusiyanın Azərbaycanla əlaqələri möhtəşəmdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/09/438987160_171:0:2902:2048_1920x0_80_0_0_adc447fb3513deb6297aa8b61f393608.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mixail boçarnikov, səfir
Səfir: Rusiya Azərbaycanla əlaqələrin inkişafında çox maraqlıdır
11:34 30.03.2022 (Yenilənib: 12:43 30.03.2022) Səfir Mixail Boçarnikov Qarabağdakı Rusiya sülhməramlılarının Ukraynaya göndərilməsi barədə sosial şəbəkələrdə və bəzi KİV-lərdə yayılan xəbərləri təkzib edib.
BAKI, 30 mart - Sputnik. Azərbaycanla Rusiya müstəqillik sınağından uğurla çıxıblar.
Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bildirib.
Səfirin sözlərinə əsasən, Moskva Bəyannaməsi gələcək inkişafı üçün vacib bir sənəddir.
Səfir Moskva Bəyannaməsinin ölkələr arasında əlaqələr üçün önəmli olduğunu diqqətə çatdırıb.
Diplomat deyib ki, Rusiya Azərbaycanla əlaqələrin inkişafında çox maraqlıdır.
Boçarnikov vurğulayıb ki, Moskva Bəyannaməsi Azərbaycanın suverenliyi, təhlükəsizliyi üçün vacib bir anlaşmadır və bu bəyannamə beynəlxalq hüququn önəmli parçasıdır.
Boçarnikov Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladıb.
İqtisadi münasibətlər və valyuta hesablaşmaları
Diplomat iki ölkənin iqtisadi əlaqələrinə də diqqət çəkib və bunu müsbət qiymətləndirib.
Boçarnikov əlavə edib ki, Rusiya tərəfindən Azərbaycana sərmayələr qoyulur, eyni zamanda, ölkələr arasında ticarət dövriyyəsinin həcmi yüksək olub.
Səfir vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı milli valyuta ilə ödənişlər mümkün olacaq.
Bu, Moskva Bəyannaməsində də öz əksini tapıb. Onun sözlərinə görə, Rusiyadan Azərbaycana olan ixrac qadağası müvəqqəti xarakter daşıyır və bir neçə aya bu qadağa aradan qalxacaq.
"Ödənişlə bağlı çətinliklər rublun məzənnəsinin dəyişməsindən qaynaqlanır. Bu məsələnin həllinə milli valyutalarda hesablaşmalara keçid kömək edəcək. Bəyannaməyə uyğun olaraq bank sahəsində milli valyutalarda əməkdaşlığı genişləndirmək niyyətindəyik ki, bu da sözügedən problemin həllinə kömək edəcək. Artıq bu istiqamətdə müəyyən müsbət addımlar atılıb”, - səfir bildirib.
O, həmçinin mart ayında Rusiyanın Gömrük Xidmətini təmsil edən nümayəndə heyətinin Azərbaycan səfər etdiyini və səfər çərçivəsində xarici iqtisadi fəaliyyətin iştirakçıları üçün sadələşdirilmiş gömrük dəhlizinin təşkilinə yönəlmiş “Yaşıl dəhliz” pilot layihəsinin təqdimatının keçirildiyini xatırladıb.
M.Boçarnikovun sözlərinə görə, 2022-ci ilin ilk iki ayı ərzində Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi 20% artıb. O, əmtəə dövriyyəsinin artım perspektivlərinin kifayət qədər müsbət olduğunu deyib.
Turizm və elm sahəsindəki əlaqələr
Onun sözlərinə görə, Azərbaycan tərəfi qarşılıqlı inkişaf üçün çox münbit şərait yaradıb.
Səfir deyib ki, iki ölkə arasında rəqəmsal innovasiya sahəsində də sənədlər imzalanıb.
Rusiya və Azərbaycan Elmlər Akademiyalarının əlaqələrinə diqqət çəkən diplomatın sözlərinə görə, elmi texnoloji inkişaf çox əhəmiyyətlidir. Səfir əlavə edib ki, elm sahəsində də Rusiya və Azərbaycan önəmli addımlar atılacaq.
Boçarnikov turizm sahəsindən də danışıb. O diqqətə çatdırıb ki, Azərbaycan hər zaman rus turistlərin diqqət mərkəzində olub: “Artıq quru sərhədlərini açmaq lazımdır. Bununla daha çox turist səfər edəcək”.
Səfir əlavə edib ki, Rusiya və Azərbaycan arasında aviareyslər bərpa olunur: “Biz Azərbaycandan xahiş etdik ki, Rusiya aviaşirkətləri uçuş həyata keçirə bilsinlər”.
Qarabağdakı sülhməramlılar, Delyaginin açıqlaması və Ermənistan-Azərbaycan əlaqələri
Səfir Mixail Boçarnikov Qarabağdakı Rusiya sülhməramlılarının Ukraynaya göndərilməsi barədə sosial şəbəkələrdə və bəzi KİV-lərdə yayılan xəbərləri təkzib edib.
O deyib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün uyğun şərait yaradılmalıdır.
Səfirin sözlərinə görə, Rusiya Azərbaycanla Ermənistanın sülh danışıqlarına başlamasına hər zaman dəstək verməyə hazırdır. Diplomat, Azərbaycanın Ermənistana sülh danışıqlarına başlamaqla bağlı təklif irəli sürdüyünü də xatırladıb.
Səfirin sözlərinə əsasən, Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin açıqlaması yolverilməzdir. O bildirib ki, Rusiya hökuməti yuxarıda adıçəkilən deputatın açıqlamasını qınayıb və üzr istənilib. Səfir vurğulayıb ki, Rusiyanın Azərbaycanla əlaqələri möhtəşəmdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.