https://sputnik.az/20220329/azerbaycandaki-rus-icmasi-qarabagdaki-veziyyetle-bagli-beyanat-yaydi-440581505.html
Azərbaycandakı Rus icması Qarabağdakı vəziyyətlə bağlı bəyanat yaydı
Azərbaycandakı Rus icması Qarabağdakı vəziyyətlə bağlı bəyanat yaydı
Sputnik Azərbaycan
Bildirilib ki, Rusiya Dumasının deputatı Mixail Delyaqinin təxribat xarakterlı bəyanatları Rus icması tərəfindən pislənir. 29.03.2022, Sputnik Azərbaycan
2022-03-29T18:11+0400
2022-03-29T18:11+0400
2022-03-29T18:17+0400
rus icması
cəmiyyət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0d/425460580_523:455:3170:1944_1920x0_80_0_0_96c822ce07544060b809199ee1f59fba.jpg
BAKI, 29 mart — Sputnik. Azərbaycanın Rus icması bəyanatla çıxış edib. Sputnik Azərbaycan xəbər verir ki, bəyanatda Qarabağdakı vəziyyətlə yanaşı, bir sıra məsələrə toxunulub.Qeyd olunub ki, Rus icması bütün Azərbaycan xalqı kimi, ölkə prezidenti İlham Əliyevin mövqeyinə və fəaliyyətinə tam dəstəyini ifadə edir:"Azərbaycan ərazilərində qeyri-qanuni silahlı dəstələrinin mövcudluğu bölgədəkı vəziyyətə mənfi təsir edir və sülh quruculuğuna ciddi maneə yaradır. Rus icması Rusiyanı vəziyyəti və Bakının addımlarını obyektiv dəyərləndirməyə və erməni silahlı birləşmələrinin ərazidən çıxarılmasına töhfə verməyə çağırır".Bildirilib ki, Rusiya Dumasının deputatı Mixail Delyaqinin təxribat xarakterlı bəyanatları Rus icması tərəfindən pislənir və bu cür bəyanatlar ikitərəfli münasibətlərin heç də xeyrinə deyil:"Rusiya rəsmi sənədlərində və KİV-lərində "Dağlıq Qarabağ" ifadəsinin işlədilməsinə son qoymaq vacibdir. Bu hüquqi cəhətdən mövcud olmayan toponimdir. Rus icması əmindir ki, xeyirxah qonşuluq, qarşılıqlı hörmət və yüksək mənəviyyat Bakı və Moskva arasında uğurlu münasibətlərin bünövrəsidir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220329/duma-uzvunun-azerbaycan-neft-senayesine-nuve-zerbesi-endirmek-teklifine-kremlden-reaksiya-440567666.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0d/425460580_286:0:3017:2048_1920x0_80_0_0_94dd54298b32c9203e9ab6d523b8e3fc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rus icması, azərbaycan
Azərbaycandakı Rus icması Qarabağdakı vəziyyətlə bağlı bəyanat yaydı
18:11 29.03.2022 (Yenilənib: 18:17 29.03.2022) Bildirilib ki, Rusiya Dumasının deputatı Mixail Delyaqinin təxribat xarakterlı bəyanatları Rus icması tərəfindən pislənir.
BAKI, 29 mart — Sputnik. Azərbaycanın Rus icması bəyanatla çıxış edib. Sputnik Azərbaycan xəbər verir ki, bəyanatda Qarabağdakı vəziyyətlə yanaşı, bir sıra məsələrə toxunulub.
Qeyd olunub ki, Rus icması bütün Azərbaycan xalqı kimi, ölkə prezidenti İlham Əliyevin mövqeyinə və fəaliyyətinə tam dəstəyini ifadə edir:
"Azərbaycan ərazilərində qeyri-qanuni silahlı dəstələrinin mövcudluğu bölgədəkı vəziyyətə mənfi təsir edir və sülh quruculuğuna ciddi maneə yaradır. Rus icması Rusiyanı vəziyyəti və Bakının addımlarını obyektiv dəyərləndirməyə və erməni silahlı birləşmələrinin ərazidən çıxarılmasına töhfə verməyə çağırır".
Bildirilib ki, Rusiya Dumasının deputatı Mixail Delyaqinin təxribat xarakterlı bəyanatları Rus icması tərəfindən pislənir və bu cür bəyanatlar ikitərəfli münasibətlərin heç də xeyrinə deyil:
"Rusiya rəsmi sənədlərində və KİV-lərində "Dağlıq Qarabağ" ifadəsinin işlədilməsinə son qoymaq vacibdir. Bu hüquqi cəhətdən mövcud olmayan toponimdir. Rus icması əmindir ki, xeyirxah qonşuluq, qarşılıqlı hörmət və yüksək mənəviyyat Bakı və Moskva arasında uğurlu münasibətlərin bünövrəsidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.