https://sputnik.az/20220329/duma-uzvunun-azerbaycan-neft-senayesine-nuve-zerbesi-endirmek-teklifine-kremlden-reaksiya-440567666.html
Duma üzvünün Azərbaycan neft sənayesinə nüvə zərbəsi endirmək təklifinə Kremldən reaksiya
Duma üzvünün Azərbaycan neft sənayesinə nüvə zərbəsi endirmək təklifinə Kremldən reaksiya
Sputnik Azərbaycan
Peskov: "Biz bu emosiyaları cilovlamağa və tərəfdaşlarımıza qarşı münasibətdə bu tip bəyanatlardan çəkinməyə çağırırıq" 29.03.2022, Sputnik Azərbaycan
2022-03-29T14:38+0400
2022-03-29T14:38+0400
2022-03-29T15:07+0400
kreml
rusiya
peskov
vladimir putinin köməkçisi dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071537_0:186:2980:1862_1920x0_80_0_0_0a6ffd2466466fb1dab944bb70bd8e1d.jpg
BAKI, 29 mart — Sputnik. Kreml Qarabağla bağlı emosional bəyanatlardan çəkinməyə çağırır. Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.Bundan əvvəl Rusiya Federasiyasının Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Mixail Delyagin Azərbaycanın neft sənayesinə nüvə zərbələri endirməyi təklif etmişdir.Dmitri Peskovun isə bu bəyanatın heç bir halda Rusiyanın rəsmi xəttinə uyğun olmadığını və uyğun gəlməyəcəyini də bildirib."Sözügedən bəyanat daha çox şəxsi emosiyalar müstəvisində yaranan və "olduğu yeri tərk edən" bir ifadədir. Təbii olaraq, biz bu emosiyaları cilovlamağa və tərəfdaşlarımıza qarşı münasibətdə bu tip bəyanatlardan çəkinməyə çağırırıq", - deyə o, jurnalistlərə bildirib.Dmitri Peskov qeyd edib ki, Azərbaycan tərəfdaş ölkələr sırasındadır. Belə ki, Rusiya Qarabağ bölgəsində sülhün qorunması və bütün müvafiq öhdəliklərin yerinə yetirilməsi üçün kifayət qədər iş görür.Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Rusiya Dövlət Dumasının sabiq deputatı Sergey Markov isə deyib ki, Dövlət Dumasının deputatı Mixail Delyaginin Rusiyanın Azərbaycanın neft infrastrukturuna zərbələr endirməsi ehtimalı ilə bağlı bəyanatı Rusiya rəhbərliyinin siyasətinə tamamilə ziddir.“Bu bəyanatlar məsuliyyətsizlikdir və Rusiyanın maraqlarına ziddir”, - deyə politoloq öz “Telegram” səhifəsində yazıb.Xatırladaq ki, Rusiya Federasiyasının Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Mixail Delyagin "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramındakı çıxışı zamanı Azərbaycanın neft sənayesini bombalamaqla hədələyib.O, Rusiyanın dövlət kanalında, Mariya Skabeyevanın verilişində çıxışı zamanı Azərbaycan ordusunun öz ərazimizdəki yerdəyişməsini "işğal" adlandırıb və buna qarşı sərt addımlar atmağın zəruri olduğunu bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071537_125:0:2856:2048_1920x0_80_0_0_e405e67f79b2a5047b2d7ba1bcf3a04e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kreml, peskov, vladimir putinin köməkçisi dmitri peskov
kreml, peskov, vladimir putinin köməkçisi dmitri peskov
Duma üzvünün Azərbaycan neft sənayesinə nüvə zərbəsi endirmək təklifinə Kremldən reaksiya
14:38 29.03.2022 (Yenilənib: 15:07 29.03.2022) Peskov: "Biz bu emosiyaları cilovlamağa və tərəfdaşlarımıza qarşı münasibətdə bu tip bəyanatlardan çəkinməyə çağırırıq"
BAKI, 29 mart — Sputnik. Kreml Qarabağla bağlı emosional bəyanatlardan çəkinməyə çağırır. Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl Rusiya Federasiyasının Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Mixail Delyagin Azərbaycanın neft sənayesinə nüvə zərbələri endirməyi təklif etmişdir.
Dmitri Peskovun isə bu bəyanatın heç bir halda Rusiyanın rəsmi xəttinə uyğun olmadığını və uyğun gəlməyəcəyini də bildirib.
"Sözügedən bəyanat daha çox şəxsi emosiyalar müstəvisində yaranan və "olduğu yeri tərk edən" bir ifadədir. Təbii olaraq, biz bu emosiyaları cilovlamağa və tərəfdaşlarımıza qarşı münasibətdə bu tip bəyanatlardan çəkinməyə çağırırıq", - deyə o, jurnalistlərə bildirib.
Dmitri Peskov qeyd edib ki, Azərbaycan tərəfdaş ölkələr sırasındadır. Belə ki, Rusiya Qarabağ bölgəsində sülhün qorunması və bütün müvafiq öhdəliklərin yerinə yetirilməsi üçün kifayət qədər iş görür.
Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Rusiya Dövlət Dumasının sabiq deputatı Sergey Markov isə deyib ki, Dövlət Dumasının deputatı Mixail Delyaginin Rusiyanın Azərbaycanın neft infrastrukturuna zərbələr endirməsi ehtimalı ilə bağlı bəyanatı Rusiya rəhbərliyinin siyasətinə tamamilə ziddir.
“Bu bəyanatlar məsuliyyətsizlikdir və Rusiyanın maraqlarına ziddir”, - deyə politoloq öz “Telegram” səhifəsində yazıb.
Xatırladaq ki, Rusiya Federasiyasının Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Mixail Delyagin "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramındakı çıxışı zamanı Azərbaycanın neft sənayesini bombalamaqla hədələyib.
O, Rusiyanın dövlət kanalında, Mariya Skabeyevanın verilişində çıxışı zamanı Azərbaycan ordusunun öz ərazimizdəki yerdəyişməsini "işğal" adlandırıb və buna qarşı sərt addımlar atmağın zəruri olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.