https://sputnik.az/20220328/rubl-manat-qarsisinda-bahalasib-440513946.html
Rubl manat qarşısında bahalaşıb
Rubl manat qarşısında bahalaşıb
Sputnik Azərbaycan
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, Rusiya rublunun məzənnəsi 3,03 faiz artıb/ 28.03.2022, Sputnik Azərbaycan
2022-03-28T14:20+0400
2022-03-28T14:20+0400
2022-03-28T14:20+0400
rubl
iqtisadiyyat
manat
məzənnə
https://cdnn1.img.sputnik.az/img/42230/73/422307322_0:0:2001:1125_1920x0_80_0_0_2465c18be80498605e5c54b15449279d.jpg
BAKI, 28 mart — Sputnik. Martın 28-də Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 3,03 faiz artaraq 0.0170 manat (1 manat=58,82 rubl) təşkil edib. Başqa sözlə, bu günə 1000 rubl 17 manat olub.Qeyd edək ki, martın 18-də Rusiya rublunun məzənnəsi 6,8 faiz azalaraq 0,0165 manat (1 manat=60,60 rubl) təşkil edib. Başqa sözlə, martın 18-də 1000 rubl 16,50 manat olub.Xatırladaq ki, martın 9-da Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 5,1 faiz azalaraq 0,0131 manat (1 manat=76,33 rubl) təşkil etmişdi. 1000 rubl 13,10 manat olmuşdu. Bu da 2015-ci ilin 20 fevral tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.Onu da bildirək ki, son günlər tədricən ucuzlaşan rubl fevralın 28-də manat qarşısında kəskin dəyər itirmişdi. Həmin gün 1000 rubl 15,7 manat olub. Fevralın 25-də isə 1000 rubl 22 manat idi. Başqa sözlə, bir gün ərzində rubl manat qarşısında 21 faiz dəyər itirmişdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220328/heftenin-evvelinde-seher-sovdelesmeleri---neft-ve-metallar-ucuzlasir-rubl-mohkemlenir---440511157.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42230/73/422307322_0:0:1773:1330_1920x0_80_0_0_3c738c1629572c947268736cac67a16b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
rubl, manat, məzənnə
Rubl manat qarşısında bahalaşıb
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, Rusiya rublunun məzənnəsi 3,03 faiz artıb/
BAKI, 28 mart — Sputnik. Martın 28-də Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 3,03 faiz artaraq 0.0170 manat (1 manat=58,82 rubl) təşkil edib. Başqa sözlə, bu günə 1000 rubl 17 manat olub.
Qeyd edək ki, martın 18-də Rusiya rublunun məzənnəsi 6,8 faiz azalaraq 0,0165 manat (1 manat=60,60 rubl) təşkil edib. Başqa sözlə, martın 18-də 1000 rubl 16,50 manat olub.
Xatırladaq ki, martın 9-da Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 5,1 faiz azalaraq 0,0131 manat (1 manat=76,33 rubl) təşkil etmişdi. 1000 rubl 13,10 manat olmuşdu. Bu da 2015-ci ilin 20 fevral tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Onu da bildirək ki, son günlər tədricən ucuzlaşan rubl fevralın 28-də manat qarşısında kəskin dəyər itirmişdi. Həmin gün 1000 rubl 15,7 manat olub. Fevralın 25-də isə 1000 rubl 22 manat idi. Başqa sözlə, bir gün ərzində rubl manat qarşısında 21 faiz dəyər itirmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.