Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Həftənin əvvəlində səhər sövdələşmələri - neft və metallar ucuzlaşır, rubl möhkəmlənir

© AP Photo / Richard DrewЭлектронное табло, отображающее индексы мировой экономики, фото из архива
Электронное табло, отображающее индексы мировой экономики, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.03.2022
Abunə olmaq
Gələcəkdə, həmçinin dörd gün ərzində şəhərin qərb hissəsi bağlanacaq. Ekspertlər karantin məhdudiyyətlərinin Çində enerjiyə olan tələbatı zəiflədəcəyindən ehtiyat edirlər.
BAKI, 28 mart - Sputnik. Çinin koronavirusun yayılmasının qarşısını almaq üçün ciddi məhdudlaşdırıcı tədbirlər tətbiq etməsi ilə bağlı xəbərlər fonunda bazar ertəsi, martın 28-də səhər sözdələşmələrində neftin qiyməti aşağı düşüb.
Bakı vaxtı ilə saat 10:15-ə Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti 3,33% ucuzlaşaraq bir barel üçün 116,7 dollar təşkil edib. Cümə günü sövdələşmələri nəticəsində bu fyuçerslərin qiyməti 1,4% artaraq 1 barel üçün 120,65 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin may fyuçerslərinin qiyməti 3,70% ucuzlaşaraq, bu vaxta kimi bir barelə görə 109,7 dollar təşkil edib.
Cümə günü bu müqavilələrin dəyəri 1,4% artaraq bir barel üçün 113,9 dollar olub. Bloomberg xəbər verir ki, Şanxay hakimiyyəti bazar ertəsindən etibarən şəhərin maliyyə rayonu və sənaye parklarının yerləşdiyi şərq hissəsini vətəndaşların kütləvi sınaqdan keçirilməsi üçün dörd gün müddətinə bağlayıb.
Gələcəkdə, həmçinin dörd gün ərzində şəhərin qərb hissəsi bağlanacaq. Ekspertlər karantin məhdudiyyətlərinin Çində enerjiyə olan tələbatı zəiflədəcəyindən ehtiyat edirlər.
Qızıl ucuzlaşır
Bazar ertəsi səhər saatlarında qızılın qiyməti möhkəmlənən dollar və ABŞ Xəzinədarlığının gəlirliliyinin artmasının təzyiqi altında enir. Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, Nyu-York Comex birjasında qızılın aprel fyuçerslərinin qiyməti 10,6 dollar və ya 0,54% ucuzlaşaraq 1 troy unsiyası üçün 1943,6 dollar təşkil edib.
Gümüşün may fyuçersləri 1,14% ucuzlaşaraq bir unsiya üçün 25,323 dollar olub. Bazar ertəsi səhər qiymətli metalın qiyməti əvvəlki bağlanışdan 2,493%-dən on il ərzində ABŞ Xəzinədarlığı qiymətli qağızlarının 2,529%-ə yüksələn gəlirliyinin təzyiqi altındadır.
Mis ucuzlaşır
Ticarət məlumatlarına görə, 28 Mart Bazar ertəsi səhər misin dəyəri, ən böyük idxalçısı Çində - koronavirusun yayılması fonunda məhdudiyyətlərin tətbiqi səbəbindən azalıb.
Bakı vaxtı ilə səhər saat 9:30-a olan məlumata görə, Comex birjasında misin may fyuçersləri 0,83% ucuzlaşaraq bir funt sterlinq üçün 4,6555 dollara (təxminən 0,45 kiloqram) bərabərdir.
Cümə günü London Metal Birjasında (LME) üç ayda çatdırılma ilə bir ton misin dəyəri 0,8% azalaraq 10267 dollara, alüminium 0,51% azalaraq 3605 dollara düşüb.
Bazar ertəsi səhəri mis Çində koronavirusun yayılması ilə əlaqədar tətbiq edilən yeni məhdudiyyətlərin təzyiqi altında ucuzlaşır. Bu, xammala olan tələbatı azaldır.
Associated Press xəbər verir ki, Çin Şanxayda kütləvi sınaq keçirmək və böyüyən COVID-19 epidemiyasına nəzarət etmək üçün bazar ertəsi günü iki ilin ən böyük "müdafiəsinə" başlayıb.
Rubl dollara nisbətdə möhkəmlənməkdə davam edir
Moskva birjasının məlumatına görə, martın 28-də hərracların açılışı ilə rubl dollar və avroya nisbətdə artmaqda davam edib.
Belə ki, Bakı vaxtı ilə saat 10:26-da dolların məzənnəsi 95,66 rubl, avronun məzənnəsi isə 105,26 rubl səviyyəsinə düşüb.
Bununla yanaşı, bazar ertəsi səhər ticarətində manatın Rusiya rubluna nisbətdə rəsmi məzənnəsi 0,0170 manata yüksəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Manat və rubl - Sputnik Azərbaycan, 1920, 25.03.2022
İQTİSADİYYAT
Azərbaycan və Rusiya hesablaşmalarda manat və rubldan istifadə edəcək – ŞƏRH
Xəbər lenti
0