CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Min bir dərdin dərmanı olan yağ - amma, "bir inci saflığı varsa da suda...

© pixabay / congerdesignZəncəfil
Zəncəfil - Sputnik Azərbaycan, 1920, 28.03.2022
Abunə olmaq
Bu yağ yüksək təzyiq riskini azaldır, damardakı trombları aradan qaldırır
BAKI, 28 mart - Sputnik. Tarixi qədim dövrlərədək gedib çıxan zəncəfil yağı bir çox xəstəliklərin müalicəsində faydalı təsirə malikdir. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, doğru istifadə edildikdə faydalı olan zəncəfil yağı antioksidant təsirə malikdir.
İmmun sisteminin möhkəmlənməsində xüsusi rola malik olan bu yağ qəbzlikdən əziyyət çəkənlərə də faydalıdır. Bundan başqa, zəncəfil yağı təbabətdə həm də cinsi istəyi artıran bir vasitə olaraq tanınır.
Düzgün istifadə edildikdə zəncəfil yağı bədəndəki ağrıları azaltmaqda da faydalı təsirə malik olur.
Digər faydaları:
Bu yağ yüksək təzyiq riskini azaldır, damardakı trombları aradan qaldırır. Xərçənglə mübarizədə bu yağdan çox istifadə edilməsi məsləhətdir.
Elm xüsusən ağciyər və yumurtalıq xərçənginə qarşı mübarizədə zəncəfil yağının faydalarını sübuta yetirib. Yaşlanmanın qarşısını alan bu yağ xüsusən də, qadınlar üçün inanılmaz faydalı təsirlərə malikdir.
Necə istifadə etmək olar?
Yeməklərə, salatlara əlavə etməklə, yaxud da birbaşa daxilə qəbul edilə bilər. Lakin bu yağdan həddindən artıq istifadə tövsiyə edilmir. Dahi Nizaminin təbirincə desək:
"Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da"
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Dr. Mojtaba Hashemzadeh - Sputnik Azərbaycan, 1920, 05.01.2022
SƏHİYYƏ
Azərbaycanda da şəkər xəstəliyindən xilas olmaq mümkündür - VİDEO
Xəbər lenti
0