CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hotellər də çökür - Qiymətləri artırmayıblar, amma öz gəlirləri azalıb

© AP Photo / Kemal SofticHotel
Hotel - Sputnik Azərbaycan, 1920, 28.03.2022
Abunə olmaq
S.Dübəndi deyir ki, Bakıda müxtəlif qiymətlərdə məhsul təklif edən restoranlar fəaliyyət göstərir.
BAKI, 28 mart — Sputnik. Enerjinin qiymətinin qalxması, ərzaq məhsullarının bahalaşması bir sıra sahələrdə qiymət artımını qaçılmaz edib. Maraqlıdır, yaranmış bu vəziyyət turizmə, hotellərin fəaliyyətinə necə təsir edib?
Sputnik Azərbaycan bunu araşdırmağa çalışdı.
DAİR Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri və Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Sputnik Azərbaycan-a açıqlamasında bahalaşmanın təsirlərindən danışaraq bildirib ki, bu təsir turizm sektorunda hiss edilməkdədir:
"Hotellərin avadanlığı, mebeli, bir sözlə, alınan bütün mal və materialların da qiymətində artım var. Təbii ki, bu da hotellərdə otaqların satış qiymətinə təsir edəcək. Bəzi ölkələrdə hava nəqliyyatının açılmasının hesabına həmin ölkələrdən Azərbaycana xarici turist gəlir. Bir sıra ölkələrdə də pandemiyadan sonra da durum o qədər də yaxşı olmadığı üçün həmin ölkələrdən gələn turist sayı azdır. Bu səbəbdən baş verən hadisələr həm hotellərdə gecələmə, həm də restoran qiymətlərinə mənfi təsir edəcək".
© Sputnik / Murad OrujovSamir Dübəndi
Председатель правления Ассоциации отелей и ресторанов Азербайджана Самир Дюбенди - Sputnik Azərbaycan, 1920, 27.03.2022
Samir Dübəndi
S.Dübəndi təklif edir ki, regionlarda turizm fəaliyyətlərinin genişlənməsinə təkan verilsin:
"Turizmin inkişafında bələdiyyələrin rolunu artırmaq lazımdır. Başqa ölkələrdə turizm sahəsində maraqlı olan bələdiyyələr müəyyən işlər görürlər. Bələdiyyələr turizmi inkişaf etdirdikləri ərazilərdən müəyyən vəsait qazanırlar. Lakin bizdə bu təcrübə yoxdur, birmənalı olaraq demək olar ki, Azərbaycanda bələdiyyələrin turizmin inkişafında heç bir rolu yoxdur".
Restoranların qiymətinə gəldikdə isə S.Dübəndi deyir ki, Bakıda müxtəlif qiymətlərdə məhsul təklif edən restoranlar fəaliyyət göstərir. O deyir ki, restoranda qiymət yüksəkdirsə, bunun üçün müştəriyə yüksək xidmət də göstərilməlidir.
O bildirir ki, yayda Bakı ilə müqayisədə regional turizm obyektlərinin vəziyyəti daha yaxşı idi:
"Yerli turistlərin bölgələrə axını artmışdı. Hazırda da bölgələrə həftəsonu turlar təşkil olunur. Bundan başqa, bayram günlərində də müxtəlif turlar təşkil olunur və artıq bir qədər də olsa, bu bazarda da canlanma var".
Turizm üzrə mütəxəssis, "Hyatt Regency" Hotelinin təmsilçisi Rəmiş Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bahalaşmanın təsirlərindən danışaraq bildirib ki, məhsulu özləri daha baha alsalar da, müştəriləri məmnun etmək üçün qiyməti artırmayıblar:
"Nəticədə öz mənfəətimiz azalıb. Bir çox ölkələrdən turist qəbul edə bilmədiyimiz üçün məcbur olub öz gəlirlərimizdən kəsirik ki, müştəriləri təmin edə bilək. Hazırda bütün hotellərin mənfəətləri minimumdur".
O deyir ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə gəlir aşağı düşüb. "Vəziyyəti tənzimləmək üçün daha çox yerli məhsullara üstünlük verilməlidir. Bundan başqa, işçilər çoxfunksiyalı və çevik olmalıdırlar. Onlar fərqli-fərqli şöbələrdə də fəaliyyət göstərə bilməlidirlər".
"New Baku Hotel"in təmsilçisi Ceyhun Aşurov isə bildirir ki, pandemiyanın yumşaldığı dövrdə hotellərin müştərilərlə dolululuq səviyyəsi Bakı ilə müqayisədə regionlarda daha çox oldu. Bu dövrdə Bakıda ciddi şəkildə bir boşluq yaşadı:
"Bəzi hotellər ümumiyyətlə qapalı vəziyyətdə qaldı, bəzi hotellər fəaliyyət istiqamətlərini, profillərini dəyişdi. Digər hotellər isə müştəri cəlb etmək üçün qiymət siyasətini üstün tutub bir-biri ilə rəqabət aparmaq üçün qiymətləri azaltdılar. Müştərilər üçün qiymətlər endi, lakin hotellərin öz xərcləri artdı. Maska, spirtin alınması, hər bir otağın bununla təchiz edilməsi, otaqların, bütün ərazilərin mütəmadi olaraq dezinfeksiya olunması elə əlavə xərc deməkdir. Bununla yanaşı, kommunal xərclərin qiyməti artdı, ərzaq bahalaşdı".
© Sputnik / Nigar IskanderovaCeyhun Aşurov
Ceyhun Aşurov - Sputnik Azərbaycan, 1920, 27.03.2022
Ceyhun Aşurov
C.Aşurov statistikaya əsaslanaraq deyir ki, ötən illə müqayisədə ölkəyə gələn turistlərin sayında 25 faizədək azalma var. O vurğulayır ki, qiymətlər ciddi şəkildə artmaqda davam edərsə, hotellərdə də bahalaşma qaçılmaz olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakıda “Intercontinental” oteli - Sputnik Azərbaycan, 1920, 17.03.2022
CƏMİYYƏT
Hotellər cütlüklərdən niyə nikah şəhadətnaməsi tələb edir? Rəsmi açıqlama
Xəbər lenti
0