https://sputnik.az/20220317/hoteller-cutluklerden-niye-nikah-sehadetnamesi-teleb-edir-resmi-aciqlama-440237293.html
Hotellər cütlüklərdən niyə nikah şəhadətnaməsi tələb edir? Rəsmi açıqlama
Hotellər cütlüklərdən niyə nikah şəhadətnaməsi tələb edir? Rəsmi açıqlama
Sputnik Azərbaycan
Vətəndaş, əcnəbi, yaxud vətəndaşlığı olmayan cütlüklərdən hoteldə qalmaq, yaxud gecələmək üçün nikah şəhadətnaməsi tələbi qanunsuzdur. 17.03.2022, Sputnik Azərbaycan
2022-03-17T12:15+0400
2022-03-17T12:15+0400
2022-03-17T12:15+0400
hotel
cəmiyyət
mülki məcəllə
dövlət turizm agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427254259_0:205:3073:1933_1920x0_80_0_0_e62e82bf80c0b2c02753f8dcca22a616.jpg
BAKI, 17 mart — Sputnik. Azərbaycanda bəzi hotellərə nikah şəhadətnaməsi olmayan cütlükləri buraxmırlar. Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, qanunvericiliyə görə, vətəndaşlar hotel və istirahət mərkəzlərinə yerləşən zaman nikah kağızı təqdim etməyə borclu deyil. Amma bir çox hotellər cütlüklərdən hotellərdə yerləşməsi üçün nikah kağızını tələb edir. Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, hoteldə qalmaq istəyən vətəndaş, əcnəbi yaxud vətəndaşlığı olmayan şəxslər hotelə şəxsiyyətlərini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi, pasport) təqdim etməlidirlər. Cütlüklərdən hoteldə qalmaq, yaxud gecələmək üçün nikah şəhadətnaməsi tələb olunmur. Azərbaycan Mülki Məcəlləsnin 400.2-ci maddəsinə əsasən, hotel nikah şəhadətnaməsi təqdim olunmadığına görə qonaqları qəbul etməkdən imtina edə bilməz. Mülki Məcəllənin 400.2-ci maddəsinə görə, sahibkarlıq məqsədi olmadan və ya özünün zəruri ehtiyaclarının ödənilməsi üçün əmlak və ya xidmət əldə edən və ya onlardan istifadə edən şəxslə, əgər digər tərəf özünün sahibkarlıq fəaliyyəti həddində hərəkət edirsə, müqavilə bağlamaqdan əsassız imtina edilə bilməz.Lakin dəfələrlə hotellərdə nikah şəhadətnaməsi olmayan cütlüklərin gecələməsinə maneələr yaradılıb. Hotel xidmətlərindən istifadə edən şəxslər sosial şəbəkələrdə nikah şəhadətmanəsinin olmaması səbəbindən hotelə buraxılmadıqlarından, yaxud da daha yüksək məbləğ ödəyəndən sonra buraxıldıqlarından şikayətləniblər. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427254259_125:0:2856:2048_1920x0_80_0_0_0a1d099f221104bab3923b4447d14988.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
hotel, mülki məcəllə, dövlət turizm agentliyi
hotel, mülki məcəllə, dövlət turizm agentliyi
Hotellər cütlüklərdən niyə nikah şəhadətnaməsi tələb edir? Rəsmi açıqlama
Vətəndaş, əcnəbi, yaxud vətəndaşlığı olmayan cütlüklərdən hoteldə qalmaq, yaxud gecələmək üçün nikah şəhadətnaməsi tələbi qanunsuzdur.
BAKI, 17 mart — Sputnik. Azərbaycanda bəzi hotellərə nikah şəhadətnaməsi olmayan cütlükləri buraxmırlar.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, qanunvericiliyə görə, vətəndaşlar hotel və istirahət mərkəzlərinə yerləşən zaman nikah kağızı təqdim etməyə borclu deyil.
Amma bir çox hotellər cütlüklərdən hotellərdə yerləşməsi üçün nikah kağızını tələb edir.
"Bunun heç bir hüquqi əsası yoxdur. Maraqlıdır ki, bu qayda ancaq yerli vətəndaşlara tətbiq edilir. Xarici vətəndaşlardan nikah sənədi istənilmir. Biz bunu illərdir ki, müşahidə edirik," - deyə S.Dübəndi bildirib.
Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, hoteldə qalmaq istəyən vətəndaş, əcnəbi yaxud vətəndaşlığı olmayan şəxslər hotelə şəxsiyyətlərini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi, pasport) təqdim etməlidirlər.
Cütlüklərdən hoteldə qalmaq, yaxud gecələmək üçün nikah şəhadətnaməsi tələb olunmur.
Azərbaycan Mülki Məcəlləsnin 400.2-ci maddəsinə əsasən, hotel nikah şəhadətnaməsi təqdim olunmadığına görə qonaqları qəbul etməkdən imtina edə bilməz.
Mülki Məcəllənin 400.2-ci maddəsinə görə, sahibkarlıq məqsədi olmadan və ya özünün zəruri ehtiyaclarının ödənilməsi üçün əmlak və ya xidmət əldə edən və ya onlardan istifadə edən şəxslə, əgər digər tərəf özünün sahibkarlıq fəaliyyəti həddində hərəkət edirsə, müqavilə bağlamaqdan əsassız imtina edilə bilməz.
Lakin dəfələrlə hotellərdə nikah şəhadətnaməsi olmayan cütlüklərin gecələməsinə maneələr yaradılıb. Hotel xidmətlərindən istifadə edən şəxslər sosial şəbəkələrdə nikah şəhadətmanəsinin olmaması səbəbindən hotelə buraxılmadıqlarından, yaxud da daha yüksək məbləğ ödəyəndən sonra buraxıldıqlarından şikayətləniblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.