Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan və Rusiya hesablaşmalarda manat və rubldan istifadə edəcək – ŞƏRH

© Sputnik / Murad OrujovManat və rubl
Manat və rubl - Sputnik Azərbaycan, 1920, 25.03.2022
Abunə olmaq
"Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"yə əsasən, tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə imkan yaradacaqlar.
BAKI, 25 mart — Sputnik. Azərbaycan və Rusiya hesablaşmalarda milli valyutalardan istifadə edəcək. Bu, "Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"də öz əksini tapıb.
Sənədə əsasən, tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar.
© Photo : TRENDMilli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 25.03.2022
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Tərəflər idxal-ixrac imkanlarını genişləndirə biləcəklər
Məsələ ilə bağlı deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, "Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" iki ölkə arasındakı iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edəcək:
"Bəyannamədə eyni zamanda iqtisadi məsələlər də öz əksini tapıb. Tərəflər qarşılıqlı olaraq investisiya qoyuluşlarını artırmaq və eləcə də idxal-ixrac imkanlarını genişləndirə biləcəklər. Bu, xüsusən də Rusiya və Azərbaycanın qarşılıqlı daha çox mal idxal və ixrac etməsinə imkan yaradacaq".
Rusiya Azərbaycanın idxalda ən böyük tərəfdaşıdır
Deputat bildirib ki, Rusiya Azərbaycanın qeyri-neft ixracatında ən böyük ticarət tərəfdaşıdır:
"2,7 milyard dollarlıq ümumi qeyri-neft ixracatımızın təxminən üçdə biri Rusiyanın payına düşür. Eyni zamanda, Rusiya Azərbaycanın idxalda ən böyük tərəfdaşıdır. Azərbaycanın Rusiyadan idxalı 2 milyard dollara yaxındır. O baxımdan qarşılıqlı olaraq bankların müxbir hesab açmaq imkanları və gələcəkdə milli valyutadan istifadə imkanlarının nəzərdə tutulması həm də xarici ticarətin genişləndirilməsi baxımından vacibdir".
© Sputnik / Сергей Аверин / Mediabanka keçidBuğda
Зерна пшеницы, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.03.2022
Buğda
Qeyd edək ki, 22 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb.
Sənədə görə, Azərbaycan və Rusiya milli qanunvericilikləri çərçivəsində metallurgiya, neft-qaz və ağır maşınqayırma, aviasiya, avtomobil, kimya, əczaçılıq və yüngül sənaye, kənd təsərrüfatı, yol-tikinti və qida maşınqayırması müəssisələri arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacaqlar.
İki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dollar olub
Xatırladaq ki, 2021-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dolları olub. Bunun 2,1 milyard dolları Rusiyadan idxalın, 0,921 milyard dolları isə bu ölkəyə ixracımızın payına düşür.
Ötən il Rusiya ilə ticarət xarici ticarət dövriyyəmizdə 8,83 faiz paya malik olub. O cümlədən qonşu ölkənin idxalımızda payı 17,72 faiz, ixracımızda payı isə 4,15 faiz təşkil edib.
2020-ci illə müqayisədə Rusiya ilə ticarət 12,1 faiz, bu ölkəyə ixrac 29,8 faiz, bu ölkədən idxal isə 5,7 faiz artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycanda  xurma ixracı ilə bağlı problem   - Sputnik Azərbaycan, 1920, 18.03.2022
İQTİSADİYYAT
Rubl məzənnədən düşür, xurmamız anbarlarda qalır - Foto - Video
Xəbər lenti
0