Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İçməli sudan istifadəyə dair yeni mexanizm müəyyənləşib

© AFP 2023 / ARMEND NIMANIKişi əllərini yuyur
Kişi əllərini yuyur - Sputnik Azərbaycan, 1920, 28.03.2022
Abunə olmaq
Qərara əsasən, "Azərsu" ASC fəaliyyət istiqamətlərinə uyğun olaraq su istehlakçılarını mərkəzləşdirilmiş qaydada ödənişli əsaslarla içməli su ilə təchiz edir.
BAKI, 28 mart — Sputnik. "Azərsu" ASC üzrə sudan ödənişli istifadə qaydaları müəyyənləşib.
APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları"nda əksini tapıb.
Qərara əsasən, "Azərsu" ASC fəaliyyət istiqamətlərinə uyğun olaraq su istehlakçılarını mərkəzləşdirilmiş qaydada ödənişli əsaslarla içməli su ilə təchiz edir.
"Azərsu" ASC tərəfindən su istehlakçısına verilən suyun həcmi "Su təchizatı və tullantı suları haqqında" qanuna uyğun olaraq, Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"na əsasən müəyyənləşdirilir.
Su istehlakçıları tərəfindən istifadə olunan içməli suyun həcminə görə ödəniş təsdiq edilən sudan istifadə haqqı (tariflər) əsasında hesablanır. İstifadə olunan içməli suyun həcminə görə "Azərsu" ASC-yə ödənişlər aşağıdakı istehlakçı qruplar tərəfindən həyata keçirilir:
- əhali istehlakçı qrup (məişət abonentləri) – yaşayış binalarının mənzillərində, yaşayış evlərində, həmçinin qarajlarda, həyətyanı və bağ sahələrində içməli sudan məişət ehtiyacları üçün (suvarma da daxil olmaqla) istifadə edən istehlakçılar (hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər istisna olmaqla);
- qeyri-əhali istehlakçı qrupu – istifadə təyinatından asılı olmayaraq, bu Qaydalarda nəzərdə tutulmayan bütün istehlakçılar;
- sudan xammal kimi istifadə edən istehlakçı qrupu – içməli sudan xammal kimi istifadə etməklə içkilərin sənaye üsulu ilə istehsalını həyata keçirən qeyri-xidmət sahələri.
Bu Qaydalara qeyd edilən istehlakçı qrup üçün tullantı sularının axıdılması xidmətinə görə Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən haqq sudan istifadə haqqına (tarifə) daxildir.
Xidmət göstərdiyi ərazilərdə içməli suyun təchizatı və tullantı sularının axıdılması üzrə uçotun aparılması, istifadəçilərin siyahısının müəyyənləşdirilməsi, ödənişlərin aparılmasına nəzarət "Azərsu" ASC tərəfindən həyata keçirilir.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi su obyektlərindən bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən götürülən suyun həcminə görə ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflərini hazırlayıb üç ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Sudan istifadə haqqı onun keyfiyyətindən, istifadəyə görə təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə və nəqledilmə üsullarından və normativ hüquqi aktlara uyğun olaraq istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı olaraq, ayrı-ayrı su təsərrüfatı sistemləri üzrə differensiallaşdırılacaq. Sudan istifadə haqqı (tariflər) və sudan istifadə haqqının (tariflərin) yuxarı həddi bu Qaydalarda nəzərdə tutulan təyinatlar və respublika üzrə illik su təsərrüfatı balansının müvafiq göstəriciləri üzrə təhlillərin nəticələri nəzərə alınmaqla Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Su turbası - Sputnik Azərbaycan, 1920, 28.03.2022
İQTİSADİYYAT
Sudan istifadə haqqı yeni qaydada hesablanacaq
Xəbər lenti
0