Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sudan istifadə haqqı yeni qaydada hesablanacaq

© Sputnik / Ilham MustafayevSu turbası
Su turbası - Sputnik Azərbaycan, 1920, 28.03.2022
Abunə olmaq
Bbu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları"nda əksini tapıb.
BAKI, 28 mart — Sputnik. Sudan istifadə haqqı onun keyfiyyətindən, istifadəyə görə təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə və nəqledilmə üsullarından və normativ hüquqi aktlara uyğun olaraq istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı olaraq, ayrı-ayrı su təsərrüfatı sistemləri üzrə differensiallaşdırılacaq.
APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları"nda əksini tapıb.
Sudan istifadə haqqı (tariflər) və sudan istifadə haqqının (tariflərin) yuxarı həddi bu Qaydalarda nəzərdə tutulan təyinatlar və respublika üzrə illik su təsərrüfatı balansının müvafiq göstəriciləri üzrə təhlillərin nəticələri nəzərə alınmaqla Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunacaq. Sudan istifadəyə görə ödəniş təchiz edilən suyun həcmi nəzərə alınmaqla, təsdiq edilən sudan istifadə haqqı (tariflər) əsasında hesablanacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, "Azmelsutəsərrüfat" ASC və "Azərsu" ASC uçot üzrə məlumatlarını aidiyyəti üzrə "Elektron su təsərrüfatı" informasiya sisteminə daxil edəcəklər və həmin məlumatların mütəmadi yenilənməsini təmin edəcəklər.
Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan ödənişli istifadə qaydaları "Bələdiyyələrin su təsərrüfatı haqqında" qanunun tələbləri nəzərə alınmaqla bələdiyyə aktları ilə müəyyən ediləcək. Bələdiyyə mülkiyyətində olan su obyektlərində sudan istifadə haqqı bələdiyyələr tərəfindən müəyyən ediləcək.
Xüsusi mülkiyyətdə olan su obyektlərində sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanılmış müqavilə əsasında müəyyən ediləcək.
Ümumi istifadədə olan, istifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslər öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən sugötürmə və s.) ödənişsiz istifadə edəcəklər.
Torpaq sahibləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 238 nömrəli Qərarı ilə təsdiq edilmiş "Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları"na uyğun olaraq onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında həmin Qaydalarda nəzərdə tutulan yerin təkindən istifadəyə görə ödənişlərdən azaddırlar.
Yanğından mühafizə ehtiyacları üçün bütün su obyektlərindən tələb olunan həcmdə və ödənişsiz su götürülməsinə yol verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0