SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan-Misir əməkdaşlığının qurulmasından 30 il keçir

Qahirə
Qahirə - Sputnik Azərbaycan, 1920, 28.03.2022
Abunə olmaq
Nazirliyin paylaşımında bildirilib ki, Azərbaycan və Misir arasında əməkdaşlığın daha da inkişafını səbirsizliklə gözləyirik
BAKI, 28 mart — Sputnik. Azərbaycan və Misir arasında diplomatik əlaqələrin yaradılmasından 30 il ötür.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı tviter səhifəsində paylaşım edib.
"Bu gün Azərbaycan və Misir arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə Misirin hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və Misir arasında əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik", - deyə nazirlikdən bildirilib.
Xatırladaq ki, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycana səfər edəcək.
Bu barədə Misirin Azərbaycandakı səfiri Adel İbrahim deyib.
Onun sözlərinə görə, COVID-19 pandemiyası səbəbindən səfər təxirə salınmışdı.
İndiyədək iki ölkə arasında 50-yə yaxın sənəd imzalanıb, 21 sənəd layihəsi isə müzakirə mərhələsindədir. Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində 14 Misir investisiyalı şirkət fəaliyyət göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Buğda dənələri, Arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.03.2022
DÜNYA XƏBƏRLƏRİ
Hindistan Azərbaycan bazarına buğda tədarük etmək niyyətindədir
Xəbər lenti
0