DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hindistan Azərbaycan bazarına buğda tədarük etmək niyyətindədir

© Sputnik / Виталий Тимкив / Mediabanka keçidBuğda dənələri, Arxiv şəkli
Buğda dənələri, Arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.03.2022
Abunə olmaq
Hindistan buğda ixracatçılarından biri kimi dünya bazarında öz yerini tutmağa və 15-ə yaxın ölkəyə ərzaq təminatından bəhrələnməyə çalışır.
BAKI, 27 mart - Sputnik. Hindistan mediası yazır ki, Hindistan buğda idxal edən 30-a yaxın ölkədə Rusiya və Ukraynanı əvəz etməyi hədəfləyir. Azərbaycan da bu ölkədən yeni buğda alıcısı ola bilər.
Bunlardan hazırda Rusiya və Ukrayna ilə yanaşı, 15-ə yaxın ölkə Hindistan buğdasının alıcısıdır.
Hindistan buğdasının ixracına daha 30 ölkənin cəlb edilməsi barədə qərar ölkənin Ticarət Nazirliyinin ötən həftə keçirilən iclasında qəbul edilib.
Bununla belə, Hindistanın qlobal taxıl idxalında payı Rusiya və ya Ukraynanın payından azdır. Bundan başqa, daha 10-15 ölkə var ki, onilliklər ərzində taxıl yalnız Rusiya və Ukraynadan alır.
Hindistan ya hökumətdən hökumətə sövdələşmələr, ya da özəl kanallar vasitəsilə onlara tədarükün artırılmasına diqqət yetirir.
Hindistan Misir, Suriya, Mərakeş, Türkiyə, Azərbaycan, Sudan, İtaliya, Yəmən, Yunanıstan, eləcə də Şimal-Şərqi Afrika ölkələrini yeni alıcı kimi nəzərdən keçirir.
Hindistan rəsmiləri artıq bəyan ediblər ki, onlar qısamüddətli mənfəət əldə etmək məqsədi güdmürlər, lakin Rusiya və Ukrayna buğdasının üstünlük təşkil etdiyi bazarlarda uzunmüddətli keyfiyyətli buğda tədarükçüsü olmaq niyyətindədirlər.
Onlar əsas tədarükçülərinin yaxın bir neçə ay ərzində taxıl ixrac etməyəcəklərinə ümid edirlər.
Aparıcı buğda alıcıları Misir, İndoneziya, Türkiyə, Çin, Nigeriya, İtaliya, Əlcəzair, Filippin, Yaponiya, Mərakeş, Braziliya, Banqladeş, Cənubi Koreya, Hollandiya və İspaniyadır.
Bunlardan Hindistan buğdası yalnız beş ölkəyə - Banqladeş, İndoneziya, Filippin, Nigeriya və Yaponiyaya verilir.
Hindistanın mərkəzində böyük bir əyalət olan Madhya Pradeş səlahiyyətlilərinə 2023-cü maliyyə ilində demək olar ki, 11-12 milyon ton buğda ixrac etmək tapşırılıb.
Bu, 2022-ci il üçün nəzərdə tutulan 7-7,25 milyon tonluq rekord buğda tədarükünü əhəmiyyətli dərəcədə üstələyir.
Son zamanlar dünya bazarlarında hind buğdasının qiyməti 1 ton üçün təxminən 360 dollara qədər qalxsa da, son bir neçə gündə buğdanın qiyməti bir qədər azalıb - 330-340 dollara qədər.
Eyni zamanda, Hindistan buğdasının hazırkı qiyməti qlobal rəqiblər arasında hələ də ən aşağı qiymətdir, burada bəzi növlər üçün qiymətlər hətta ton üçün 400 dollara çatıb”, Hindistan mediası yazır.
Hindistanın 2022-ci ilin aprelindən 2023-cü ilin martına qədər rekord həddə - 111 milyon ton buğda yığacağı gözlənilir ki, bu da əvvəlki mövsümdən demək olar ki, iki milyon ton çoxdur.
*Məqalədə Rediff-in məlumatlarından istifadə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Свежеиспеченный хлеб на столе - Sputnik Azərbaycan, 1920, 19.03.2022
İQTİSADİYYAT
Dövlət Xidməti buğda, un və çörəyin bahalaşması ilə bağlı hərəkətə keçdi
Xəbər lenti
0