Zərnavanın asma körpüsündən keçmək "hər oğulun işi deyil"
22:00 27.03.2022 (Yenilənib: 22:23 27.03.2022)
© Sputnik
Abunə olmaq
"Təsəvvür edin, qar yağıb, yol ilə hərəkət etmək olmur, çayda su var - keçmək olmur. Bu o deməkdir ki, həmin anda burda ölək?! Elə olub ki, hamilə qadın doğuşu evdə icra edib"
BAKI, 27 mart - Sputnik. Yolumuz İsmayıllının rayon mərkəzindən xeyli aralıda yerləşən, ucqar dağ kəndi Yuxarı Zərnavayadır. Bu kəndə yetişmək üçün Muğanlı-İsmayıllı yolundan ayrılıb Lahıc istiqamətində asfat yol ilə hərəkət edirik. Bir qədər sonra rahat yoldan çıxıb, daşlı-kəsəkli torpaq yola düşürük.
Zərnava kəndinə gedən piyada yolu İsmayıllıda məşhur olan asma körpüdən keçir. Gərək daxildəki bütün qorxularını yenəsən ki, bu yolu axıra kimi qət emək mümkün olsun. Bu körpü turistlər üçün adrenalin mənbəyi olsa da, kənd sakinləri onu evləri, ailələrinə qovuşduran həyat körpüsü adlandırırlar.
İlin bütün fəsillərində yerli və xarici turistlərin diqqətini cəlb edən, iki dağın arasında, Girdman çayının üzərində, uzunluğu 74 metr olan bu asma körpünün əsas əhəmiyyəti Yuxarı Zərnava kənd sakinlərinin çay üzərindən keçməklə avtomobil yoluna çıxışını təmin etməkdir.
© Sputnik / Ilham Ahmadovİsmayıllı rayonunun Zərnava kəndində
İsmayıllı rayonunun Zərnava kəndində
© Sputnik / Ilham Ahmadov
Asma körpüyə sakinlər adətən nəqliyyat vasitələri Girdman çayından keçə bilməyəndə pənah gətirirlər. Mənzil başına çatmaq üçün isə piyadalar təxminən 6-7 kilometr yol qət etməlidilər. Bu yolu getmək isə, necə deyərlər, "hər oğulun işi deyil".
Kəndə getmək üçün yolsuzluq avtombilimizin köməkliyi ilə sakinlərin hər gün qarşılaşdığı problemlə üzləşib Girdman çayını çətinliklədə olsa keçə bilirik. Elə burada Zərnava kənd sakini Ehtibar Abbaszadə ilə həm söhbət oluruq. Müsahibimiz deyir ki, çayda suyun az olan vaxtıdır, yağış yağanda burada su bir neçə dəfə artır.
"Bu proses bir neçə gün davam edir və rayonla kəndin əlaqəsi tamam kəsilir. Həmin vaxtda kəndə ağır xəstəmiz olsa biz onu bu tərəfə keçirə bilmirik. Allah umuduna qalır: qalar, qalar - ölər, ölər".
© Sputnik / Reshad Rashidovİsmayıllı rayonunun Zərnava kəndində
İsmayıllı rayonunun Zərnava kəndində
© Sputnik / Reshad Rashidov
Onun sözlərinə görə, kəndə gedən yol o qədər enişli-yoxuşludur ki, bu yollarda hər maşın da qalxa bilmir. Eyni zamanda bu avtomobillər də günün hər saatında kənddən çıxmırlar. Çıxırlarsa da, bu, sakinlər üçün baha başa gəlir.
Sakinlərin bələdçiliyi ilə nağıllarda olduğu kimi dərədən, təpədən keçərək dağlar qoynunda yerləşən kəndə çatırıq. Öyrənirik ki, 100-dən çox evi, 1000-ə yaxın sakini olan kəndin əhalisi əsasən etnik Tatlardan ibarətdi. Onlar öz aralarında çox vaxt tat dilində danışsalar da, Azərbaycan dilini də yaxşı bilirlər.
Füsunkar təbiətə məxsus kəndin turizm potensialı əlverşili olsa da, əslində qonaqları çox az olur. Ara-sıra bura kəndin keçilməz yollarını adlaya bilən turistlər gəlirlər ki, onların da sayı çox olmur. Kəndin təbiəti gözəl olduğu qədər elə problemlərinin də yetərincə olduğunu deyən sakinlər çıxılmaz vəziyyətə qarşılaşdıqlarını bildirirdilər.
© Sputnik / Reshad Rashidovİsmayıllı rayonunun Zərnava kəndində
İsmayıllı rayonunun Zərnava kəndində
© Sputnik / Reshad Rashidov
Zərnava sakini Anar Abdurrəhmanov deyir ki, əzab-əziyyətlə meyvə-tərəvəz yetişdirib bazara çıxartmaq istəyi elə yolsuzluq üzündən istək olaraq da qalır.
Kəndin əsas problemlərindən biri də həkimsizlikdir. Kəndin yaşlı sakinlərindən olan Üzeyir Tarıverdiyev deyir ki, bir vaxtlar kəndin feldşer-mama məntəqəsi olsa da, sonradan onu tibb məntəqəsilə əvəz ediblər.
"Bu mətəqənin də adı var, amma özü yoxdur. Bura ucqar dağ kəndidir, bir xəstəmiz olsa, bir başağrılı, qızdırmalı olsa, ona dərman tapmaq qeyri mümkündür. Kənd yeridir, dağ yeridir, bunun dağdan aşanı da olur, ayağını kəsəni də olur, əlini kəsəni də olur, ilan vuranı da olur. Hamilə qadınlarımız var, gecə vaxtı hara gedəsən, nə edəsən? Heç olmasa mama həkimi olsun, qadınlara kömək etsin yardım etsin. Təsəvvür edin, qar yağıb, yol ilə hərəkət etmək olmur, çayda su var - keçmək olmur. Bu o deməkdir ki, həmin anda burda ölək?! Elə olub ki, hamilə qadın doğuşu evdə icra edib".
© Sputnik / Reshad Rashidovİsmayıllı rayonunun Zərnava kəndində
İsmayıllı rayonunun Zərnava kəndində
© Sputnik / Reshad Rashidov
Kəndin təbii qazı, telefon xətləri ümumiyyətlə olmayıb. Mobil telefonla zəng etmək bura gəlmək qədər müşkül məsələdir. Ötən əsrin 60 cı illərində qurulan, bu günə qədər yenilənməyən elektrik dirəkləri və naqilləri əhali üçün təhlükə mənbəyidir. Evlərin isidilməsi üçün sakinlər quru oduncaga möhtacdırlar. Bu səbəbdən bütün həyətlərdə balta ilə odun doğrayan kənd sakini görmək mümkündür.
Zərnava kənd sakini 73 yaşlı Ziba Tarıverdiyeva deyir ki, qazın olmamasından daha çox əziyyət qadınların üzərinə düşür:
"Yemək və çayın hazırlanması, evlərin isdilməsi üçün odundan istifadə edirik. Qış sərt keçəndə odun da toplamaq asan deyil. Qaz yandırmaq, rahatlıq görmək bizim də haqqımızdır, amma təssüf ki, hisə, pasa, tüstüyə möhtacıq".
Məlum olur ki, kənd ərazisində bir tək klub olub ki, o da tarixə qovuşub. Hər an uçma təhlükəsi olan klub binası da azyaşlı uşaqlar üçün ölüm saçır. İsmayıllı rayon icra hakimiyyətinin yerli nümayəndəsi kəndin bir sıra problemlərinin müvafiq qurumlar qarşısında qaldırdıqlarını desə də, amma konkiret işlərin nə vaxt başlanılacağı sual altında olduğunu bildirdi.
© Sputnik / Reshad Rashidovİsmayıllı rayonunun Zərnava kəndində
İsmayıllı rayonunun Zərnava kəndində
© Sputnik / Reshad Rashidov
Namiq Aslanov İsmayıllı RİH-nin Zərnava kənd üzrə nümayəndəsinin müavini bunları deyir:
“İsmayıllı rayon mərkəzindən Zərnava kəndində gələn əsas yolun Girdman çayından keçən hissəsində nəqliyyat körpüsünün qoyulması istiqamətində aidiyyatı orqanlara məlumat verilmiş, oradan da bizə nəqliyyat körpüsünün dövlət proqramına salındığı bildirilmişdir. Həmçinin Zərnava kəndinin qazlaşdırılması ilə bağlı "Azəriqaz" ASC-nin rəsmisinə məktub göndərilmişdir. Kəndin qazlaşdırılması yaxın gələcəkdə həyata keçiriləcəyi bildirilmişdir”.
İcra nümayəndəsi onu da əlavə edib ki, kəndin elektrik dirəklərinin dəyişdirilməsi, xətlərin yenilənməsi üçün "Azərişıq" ASC-yə edilən müraciətə cavab olaraq yaxın müddətdə bu problemin də həll ediləcəyi deyilib.
Bir sözlə deyilənlərə əməl edilərsə bu dağ kəndinin sakinləri də problemlərlə görə dağa-daşa düşməzlər. 100-dən çox evi 1000-ə yaxın sakini olan Zərnava kənd sakinlərinin probləmləri tezliklə həll olunar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.