CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çənlibeldəki evlərin iki cür müştərisi var: ya Gədəbəyli, ya Bakılı

© Sputnik / Ilham Mustafayev Şəmkirdə satılan ev
 Şəmkirdə satılan ev - Sputnik Azərbaycan, 1920, 09.03.2022
Abunə olmaq
Səfalı təbiət və turizm bölgəsində yerləşən kənddə evlərin kütləvi satışa çıxarılmasının səbəbini Sputnik Azərbaycan-ın bölgə müxbiri araşdırıb.
BAKI, 8 mart — Sputnik. Şəmkir rayonunun dağ kəndi olan Çənlibeldə evlər kütləvi olaraq satışa çıxarılır. Şəmkir-Gədəbəy magistral yolu üzərində yerləşən kənddə demək olar hər 3 evdən birinin üzərinə "satılır" sözü yazılıb. Səfalı təbiət və turizm bölgəsində yerləşən kənddə evlərin kütləvi satışa çıxarılması səbəbini Sputnik Azərbaycan-ın bölgə müxbiri araşdırıb.
© Sputnik / Ilham Mustafayev Şəmkirdə satılan ev
 Şəmkirdə satılan ev - Sputnik Azərbaycan, 1920, 07.03.2022
Şəmkirdə satılan ev
Dəniz səviyyəsindən 1200 metr hündürlükdə yerləşən kəndin sakinləri əsasən əkinçilik və maldarlıqla məşğul olurlar. Elə onların evlərini tərk etmə səbəblərini də əsasən quraqlıq və işsizlik əlaqəli olduğunu deyirlər.
Öz evini satışa çıxaran kənd sakini Əlviz Məmmədov olduqca mehriban və zəhmətkeş olan kənd adamlarından ayrılmaq istəməsə də, buna bəzi səbəblərin olduğunu söyləyib.
© Sputnik / Ilham Mustafayev Şəmkirdə satılan ev
 Şəmkirdə satılan ev - Sputnik Azərbaycan, 1920, 07.03.2022
Şəmkirdə satılan ev

"Kəndin gözəl havası var, yaxşı təbiəti var. Lakin neçə ildir keçən quraqlıq, işsizlik camaatı evlərindən, eşiyindən edib. Burada olan camaatın çoxunun Bakıda evləri var. Burada əkdikləri-səpdikləri çıxmadıqca köçüb şəhərlərdə iş axtarırlar. Mənim də Bakıda evim var, övladlarım hamısı orada işləyir, yaşayır. Əl çəkmirlər ki, yaşlı adamsan, gəl bir yerdə yaşayaq. Ona görə "satılır" yazıb vurmuşam. Amma heç köçmək istəmirəm. Nə qədər ömrüm var elə burada yaşamaq istəyirəm".

© Sputnik / Ilham MustafayevƏlviz Məmmədov
Əlviz Məmmədov - Sputnik Azərbaycan, 1920, 07.03.2022
Əlviz Məmmədov
Digər sakin Qurban Məmmədov isə əsas səbəbin işsizlikdə olduğunu deyib:
"Cavanlarımz üçün iş yoxdur burada. Ona görə gedirlər, böyük şəhərlərdə iş-güc tapırlar, həyatlarını orada qururlar. Valideynləri qalır burada. Onlar da indi qocalır, dünyadan köçəni olur, qulluğa ehtiyacı olur, köçüb övladlarının yanına gedirlər. Nəticədə evlər boş qalır. Kimin imkanı var - saxlayır, yayda gəlir, kimin imkanı yoxdur - satıb başqa işlərinə xərcləyir".
© Sputnik / Ilham MustafayevQurban Məmmədov
Qurban Məmmədov - Sputnik Azərbaycan, 1920, 07.03.2022
Qurban Məmmədov
Sakinlərlə söhbət zamanı satışa çıxarılan evlərin bəzilərinin isə məcburiyyətdən satışa çıxarıldığı məlum olub. İllərdir kənddə müəllim işləmiş təqaüdçü Fərman Abdullayev kimi. O ömrünün 30 ilini hazırda yaşadığı evə sərf etdiyini, hər daşnı öz zəhməti ilə tikdiyini bildirib. Lakin nəvəsinin səhhətində yaranan problem onu buradan köçməyə vadar edib:
© Sputnik / Ilham Mustafayev
 Şəmkirdə satılan ev - Sputnik Azərbaycan
1/4
© Sputnik / Ilham Mustafayev
 Şəmkirdə satılan ev - Sputnik Azərbaycan
2/4
© Sputnik / Ilham Mustafayev
 Şəmkirdə satılan ev - Sputnik Azərbaycan
3/4
© Sputnik / Ilham Mustafayev
 Şəmkirdə satılan ev - Sputnik Azərbaycan
4/4
1/4
2/4
3/4
4/4

"Bura gediləsi kənd deyil. 30 ildir bu evə zəhmət çəkmişəm, bütün işlərini özüm görmüşəm. Lakin nəvəmdə eşitmə qabiyyəti sıfır olduğundan bir sıra əmliyyat keçirdi. İndi onun nitqinin bərpa olunmalıdır. Bundan sonra danışıq qabilgiyyətinin bərpasına başlanmalıdır. Loqoped və psixoloq yanına getməlidir. Bunun üçünsə rayonda heç bir şərait yoxdur. Məcburam satıb gedib Bakıda yaşayım. Oğlum da nəvəmin müalicəsi üçün buradakı işini atıb gedib Bakıda kirayədə yaşayır. İki yerdə yaşamaq çətin olduğundan məcburuq buranı satıb gedib şəhərdə yaşayaq".

© Sputnik / Ilham MustafayevFərman Abdullayev
Fərman Abdullayev - Sputnik Azərbaycan, 1920, 07.03.2022
Fərman Abdullayev
Sakinlər satış elanı verilən evlərin sayının kəndd onlarla olduğunu deyirlər. Maraqlananlar isə əsasən qonşu Gədəbəy rayonu sakinlərir. Qismən yay istirahəti üçün Bakı sakinləri tərəfindən alınanlar da var. Onların sözlərinə görə satışa çıxarılan bu evlərin alıcısı çox azdır. Evlərdən eləsi var ki, illərdir üzərinə elan vurulsa da, alıcısı çıxmayıb. Qiymətlər də evin vəziyyətindən asılı olaraq 15 min manatdan başlayır, 60 min manata qədər dəyişir.
Qeyd edək ki dəniz səviyyəsindən 1200 metr hündürdə yerləşən Çənlibel kəndində hazırda 850-dən çox təsəsrrüfat var. Kənddə 3500-ə yaxın sakin yaşayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Şəmkir rayonunun Hacıalılar kəndində - Sputnik Azərbaycan, 1920, 04.02.2022
FOTO
Su əldə etməyə sərf olunan ömür və ya uzunqulaqların ümidinə qalmış kənd
Xəbər lenti
0