https://sputnik.az/20220327/kinosunas-filmde-musiqi-ayrica-respublika-kimi-seslenmememlidir---vdeo-440159519.html
Kinoşünas: "Filmdə musiqi ayrıca respublika kimi səslənməməmlidir" - VİDEO
Kinoşünas: "Filmdə musiqi ayrıca respublika kimi səslənməməmlidir" - VİDEO
Sputnik Azərbaycan
Sovet dönəmində çəkilən hər bir film üçün musiqi yazılırdı. Kinematoqrafiyamıza nəzər salsaq görərik ki, bəzi filmlərin dramaturgiyası zəif olsa da musiqi ilə... 27.03.2022, Sputnik Azərbaycan
2022-03-27T20:00+0400
2022-03-27T20:00+0400
2022-03-27T23:27+0400
musiqi
mədəniyyət
film
kino
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1b/440506183_0:0:1025:577_1920x0_80_0_0_a4827b17a5d3e196e0f69dd3d81e080c.jpg
BAKI, 27 mart — Sputnik. Sovet dönəmində çəkilən hər bir film üçün ayrıca musiqi yazılırdı. Kinematoqrafiyamıza nəzər salsaq görərik ki, bəzi filmlərin dramaturgiyası zəif olsa da musiqi ilə yaddaşlarımızda qalıb. Azərbaycan kinosunun tənəzzül dövründə kino musiqisi də onunla birlikdə yoxa çıxmağa başladı. Son illər ölkəmizdə az sayda filmlər çəkilsə də onun üçün yazılmış musiqiyə nadir hallarda rast gəlirik. Səbəb nədir? Bu məsələni Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, kino bəstəkarı Azər Hacıəsgərli ilə müzakirə etdik.Bəstəkar Sputnik Azərbaycan-a verdiyi müsahibədə bildirir ki, bir çox filmlərimizdə musiqi çox önəmli yer tutub həmçinin bir çox musiqi parçaları da kinomuzun köməyi ilə yaşayıb: "Azərbaycan kinosunda musiqi Üzeyir bəyin yaradıcılığı ilə başlayır. Həmin dönəmlərdə sənədli filmlər çəkilsə də, "Arşın mal alan" tammetrajlı bədii film kimi tarixə düşdü. "Arşın mal alan" tək Azərbaycanda deyil, dünya ölkələrində kassa yığa bildi. Film o qədər uğurlu olub ki, Çində onun "remeyk"ini də çəkmişdilər".Müsahibimiz bildirir ki, sovet dövründə müəyyən təzyiqlər olsa da, musiqi sahəsində müəyyən irəliləyişlər olub. Bəstəkarlarımız dünya musiqisində olan inkişafla tanış olublar. Nəticədə bizdə də akademik musiqi inkişaf etməyə başladı. Artıq filmlərimizdə orkestr musiqisi səslənməyə başladı. Bəstəkar vurğulayır ki, elə filmlər də var ki, burada musiqi çox vacibdir. Həmin dövrün rejissorları bunu çox yaxşı anlayıblar. Həmişə musiqidən istifadə etməyə çalışıblar:"Hər ölkə kinosu üçün janr və üslubundan aslı olmayaraq strateji xətt öndə durur və bunu məhz rejissorlar edirlər. Məsələn, italiyan kinosunda musiqi önəmli yer tutub. Ən azından ona görə ki, bütün Avropa onların musiqi sistemindən istifadə edir. Türkiyədə isə sosial problemlər, Hind filmlərində rəqs və musiqi, İran filmlərində isə dini və insan qayğıları öndə olub. Azərbaycan filmi üçün spesifik xarakter musiqi və poeziyadır. Əsas fikir tamaşaçını inandırmaqdır və maksimum reallığı təqdim etməyə çalışmaqla bunu əldə etmək demək olar ki mümkün deyil. Onsuz da kinoda baş verənlər tam reallığı ilə baş vermir".Hacıəsgərli qeyd edir ki, kino musiqisinin yazılışı ənənə halını almaldır. Musiqi çox qədim incəsənət növüdür və artıq insan o musiqinin harmoniyası ilə ağlayıb gülə bilir. Rejissorla bəstəkarın işbirliyi özü çox maraqlı nəticələrə gətirib çıxara bilər və həqiqətən də maraqlı sənət nümunəsinin şahidi ola bilərik. Müsahibimizin fikrincə, rejissorun bəstəkarla işləməməsinin bir səbəbi də maddiyyatdır:"Bəstəkarla işləmək rejissora baha başa gəlir. Produsser sistemi zəifdir. Bir çox filmlərin çəkilişi, şəxsi büdcə və ya çox kiçik qonorarla edilir. Buna görə də qənaət etməyə çalışırlar və daha rahat yollar axtarılır. Musiqi də bu qənaət siyahısına düşür. Bəstəkarla iş, vaxt və enerji tələb edir həm də daha baha başa gəlir. Sonda, "Youtube" da olan musiqini götürür, filmində istifadə edir. Bununla da qənaət etmiş olur. Amma rejissor bilməlidir ki, bu halda filmin atmosferi dəyişir vəya musiqinin filmə uyğunluğu sual altında ola bilər. Həmçinin digər filmə yazılmış musiqinin istifadə olunması həmin filmə verilən əməyə qarşı hörmətsizlikdir".Başqa bir səbəb də odur ki, rejissor düşünür ki, bəstəkar filmə onun yanaşdığı kimi yanaşmaz:"İnanmıram ki hansısa professional bəstəkar filmə yazdığı hər hansı notu belə dırnaqarası işləyə. Hətta qonorarın az olması və ya daha vacib işləri olsa belə. Lakin hiss edirsən ki rejissorlar çox vaxt narahat olur. Bu məndə də olur. Bəzən düşünürəm ki, görəsən mənim yazdığım musiqini ifaçı mənim istədiyim kimi çatdıra bilərmi? Kifayət qədər məşq edibmi? İnsanın içində istər-istəməz şübhə hissi olur".30-dan artıq filmin bəstəkarı olan Azər bəy bildirir ki, rejissorla bəstəkar dost olmaldır. Ən azından bir-birini yaxşı tanımalıdır:"Uğurlu filmlərə nəzər salsaq görərik ki, rejissorla bəstəkar yaxın dost olublar. Məsələn, "Titanik" filminin rejissoru Ceyms Kemeronla filmin bəstəkarı Ceyms Horner çox yaxın dost olublar. Emin Sabitoğlu ilə Rasim Ocaqov da yaxın dost olublar. Nəticədə çox gözəl filmlər və musiqi ərsəyə gəlib".Müsahibimiz bildirir ki, 90-cı illərdə ölkəmizdə baş verən hadisələr filmlərə də təsir etdi. İndi yavaş-yavaş dirçəlməyə başlayıb. Amma müəyyən nüanslar var ki, hələ də problem davam edir:"Məsələn, hələ də Azərbaycanda orkestr musiqisinin yazılması çox böyük problemdir. Doğrudur, elektron musiqi Avropada geniş yayılıb. Amma canlı musiqi öz aktuallığını həmişə saxlayır. Avropada kino musiqisi üçün ixtisaslaşma var. Məsələn, Praqa konservatoriyasında bəstəkarlıq 3 istiqamətdə gedirdi: Ənənəvi musiqi, elektron musiqi və kino musiqisi. Düşünürəm gələcəkdə kinomuzun inkişafı ilə bu ixtisaslaşma da baş verəcək".Kinoşünas Aygün Aslanlı isə tərəfdarıdır ki, filmdə musiqidən çox az istifadə olunsun:"Azərbaycan tamaşaçısı sovet filmlərinə öyrəşib. Filmlərdə gözəl musiqinin səslənməsinə öyrəşiblər. Amma musiqi filmin sentimentallığını artırmağa xidmət edir. Axı həyatda elə olmur ki, yol gedirsən, arxadan musiqi səslənsin. Musiqinin mənbəyi olmalıdır. Əgər filmdə musiqi səslənirsə, o musiqinin mənbəyi olmalıdır. Radiodanmı gəlir, kafedə oturmusan, oradanmı gəlir o səs. Filmlərə musiqilər hər zaman yazılır. Baxır o musiqidən bəstəkar necə istifadə edir".Aygün Aslanlının fikrincə, əgər filmin musiqisi tamaşaçının yadında ayrıca qalmırsa, deməli rejissor o musiqidən yaxşı istifadə olunub:"Buna İlqar Nəcəfin "Nar bağı", Asif Rüstəmovun "Axınla aşağı", "Arxası qibləyə" kimi filmləri buna nümunə gətirə bilərik. Musiqi filmin dramaturgiyasına xidmət eləməlidir. Ayırca respublika kimi səslənməməmlidir. Elə olmamalıdır ki, film unudulsun, mahnı yadda qalsın. Sovet dönəmində bəstəkar filmin müəlliflərindən biri idi. Ona da ayrıca qanorar ayırırdılar. Bəstəkar filmə musiqi yazırdı. Bəzən film unudulurdu, amma musiqisi yadda qalırdı. Əslində bu doğru deyil. Kino bütün sənətlərin sintezidir. Onlar bir qazanın içində elə əriməlidirlər ki, birini digərindən ayıra bilməyəsən. Əgər ayrılırsa, deməli film alınmayıb"."Sadaladıqlarım sənət filmlərinə aiddir. Kommersiya xarakterli filmlərdə musiqiyə üstünlük verirlər. Məsələn, "Titanik" filmi kommersiya xarakterli filmdir. Müəllifə lazımdır ki, tamaşaçı gəlsin kinoteatra, ağlasın getsin. Ceyms Kameron o filmi çox yüksək keyfiyyətli texnika ilə çəkib. Amma o filmi tamaşaçı musiqisi ilə birlikdə xatırlayır. O filmi sənət filmi adlandıra bilmərik", deyə kinoşünas bildirib.Rejissor Asif Rüstəmov bildirir ki, bu rejissor dramaturgiyasından aslıdır. Rejissor filmində musiqiyə ehtiyac duyursa, istifadə edir:"Bunu yaxşı və ya pis kimi qiymətləndirmək olmaz. Filmin janrı nəyi tələb edirsə, rejissor ondan istifadə etməldir. Elə filmlər də var ki, orada musiqi tələb olunmur. Bunu qayda kimi qəbul edə bilmərik ki, filmdə mütləq musiqi olmalıdır, ya da musiqi az istifadə olmamalıdır".Onun sözlərinə görə, bu gün texnologiya o qədər inkişaf edib ki, hər kəs film çəkə bilər:"Ola bilər ki, həmin adamın filminin büdcəsi olmur, o gedib haradansa musiqi götürür və istifadə edir. Və ya işinə qeyri-ciddi yanaşır, ona görə də buna əhəmiyyət vermir. Amma peşəkar rejissor bu işə ciddi yanaşır. Qeyir-peşəkarların işləri müzakirə olunmur".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220327/turkiyede-aktyor-3-filme-cekilir-ve-taninmis-bir-ulduza-cevrilir---vdeo-440311985.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1b/440506183_2:0:977:731_1920x0_80_0_0_0f4d0bbda4923c1aca6f15c02c0547c7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
musiqi, film, kino, azərbaycan
musiqi, film, kino, azərbaycan
Kinoşünas: "Filmdə musiqi ayrıca respublika kimi səslənməməmlidir" - VİDEO
20:00 27.03.2022 (Yenilənib: 23:27 27.03.2022) Sovet dönəmində çəkilən hər bir film üçün musiqi yazılırdı. Kinematoqrafiyamıza nəzər salsaq görərik ki, bəzi filmlərin dramaturgiyası zəif olsa da musiqi ilə yaddaşlarımızda qalıb.
BAKI, 27 mart — Sputnik. Sovet dönəmində çəkilən hər bir film üçün ayrıca musiqi yazılırdı. Kinematoqrafiyamıza nəzər salsaq görərik ki, bəzi filmlərin dramaturgiyası zəif olsa da musiqi ilə yaddaşlarımızda qalıb. Azərbaycan kinosunun tənəzzül dövründə kino musiqisi də onunla birlikdə yoxa çıxmağa başladı. Son illər ölkəmizdə az sayda filmlər çəkilsə də onun üçün yazılmış musiqiyə nadir hallarda rast gəlirik. Səbəb nədir? Bu məsələni Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, kino bəstəkarı Azər Hacıəsgərli ilə müzakirə etdik.
Bəstəkar Sputnik Azərbaycan-a verdiyi müsahibədə bildirir ki, bir çox filmlərimizdə musiqi çox önəmli yer tutub həmçinin bir çox musiqi parçaları da kinomuzun köməyi ilə yaşayıb:
"Azərbaycan kinosunda musiqi Üzeyir bəyin yaradıcılığı ilə başlayır. Həmin dönəmlərdə sənədli filmlər çəkilsə də, "Arşın mal alan" tammetrajlı bədii film kimi tarixə düşdü. "Arşın mal alan" tək Azərbaycanda deyil, dünya ölkələrində kassa yığa bildi. Film o qədər uğurlu olub ki, Çində onun "remeyk"ini də çəkmişdilər".
Müsahibimiz bildirir ki, sovet dövründə müəyyən təzyiqlər olsa da, musiqi sahəsində müəyyən irəliləyişlər olub. Bəstəkarlarımız dünya musiqisində olan inkişafla tanış olublar. Nəticədə bizdə də akademik musiqi inkişaf etməyə başladı. Artıq filmlərimizdə orkestr musiqisi səslənməyə başladı. Bəstəkar vurğulayır ki, elə filmlər də var ki, burada musiqi çox vacibdir. Həmin dövrün rejissorları bunu çox yaxşı anlayıblar. Həmişə musiqidən istifadə etməyə çalışıblar:
"Hər ölkə kinosu üçün janr və üslubundan aslı olmayaraq strateji xətt öndə durur və bunu məhz rejissorlar edirlər. Məsələn, italiyan kinosunda musiqi önəmli yer tutub. Ən azından ona görə ki, bütün Avropa onların musiqi sistemindən istifadə edir. Türkiyədə isə sosial problemlər, Hind filmlərində rəqs və musiqi, İran filmlərində isə dini və insan qayğıları öndə olub. Azərbaycan filmi üçün spesifik xarakter musiqi və poeziyadır. Əsas fikir tamaşaçını inandırmaqdır və maksimum reallığı təqdim etməyə çalışmaqla bunu əldə etmək demək olar ki mümkün deyil. Onsuz da kinoda baş verənlər tam reallığı ilə baş vermir".
Hacıəsgərli qeyd edir ki, kino musiqisinin yazılışı ənənə halını almaldır. Musiqi çox qədim incəsənət növüdür və artıq insan o musiqinin harmoniyası ilə ağlayıb gülə bilir. Rejissorla bəstəkarın işbirliyi özü çox maraqlı nəticələrə gətirib çıxara bilər və həqiqətən də maraqlı sənət nümunəsinin şahidi ola bilərik. Müsahibimizin fikrincə, rejissorun bəstəkarla işləməməsinin bir səbəbi də maddiyyatdır:
"Bəstəkarla işləmək rejissora baha başa gəlir. Produsser sistemi zəifdir. Bir çox filmlərin çəkilişi, şəxsi büdcə və ya çox kiçik qonorarla edilir. Buna görə də qənaət etməyə çalışırlar və daha rahat yollar axtarılır. Musiqi də bu qənaət siyahısına düşür. Bəstəkarla iş, vaxt və enerji tələb edir həm də daha baha başa gəlir. Sonda, "Youtube" da olan musiqini götürür, filmində istifadə edir. Bununla da qənaət etmiş olur. Amma rejissor bilməlidir ki, bu halda filmin atmosferi dəyişir vəya musiqinin filmə uyğunluğu sual altında ola bilər. Həmçinin digər filmə yazılmış musiqinin istifadə olunması həmin filmə verilən əməyə qarşı hörmətsizlikdir".
Başqa bir səbəb də odur ki, rejissor düşünür ki, bəstəkar filmə onun yanaşdığı kimi yanaşmaz:
"İnanmıram ki hansısa professional bəstəkar filmə yazdığı hər hansı notu belə dırnaqarası işləyə. Hətta qonorarın az olması və ya daha vacib işləri olsa belə. Lakin hiss edirsən ki rejissorlar çox vaxt narahat olur. Bu məndə də olur. Bəzən düşünürəm ki, görəsən mənim yazdığım musiqini ifaçı mənim istədiyim kimi çatdıra bilərmi? Kifayət qədər məşq edibmi? İnsanın içində istər-istəməz şübhə hissi olur".
30-dan artıq filmin bəstəkarı olan Azər bəy bildirir ki, rejissorla bəstəkar dost olmaldır. Ən azından bir-birini yaxşı tanımalıdır:
"Uğurlu filmlərə nəzər salsaq görərik ki, rejissorla bəstəkar yaxın dost olublar. Məsələn, "Titanik" filminin rejissoru Ceyms Kemeronla filmin bəstəkarı Ceyms Horner çox yaxın dost olublar. Emin Sabitoğlu ilə Rasim Ocaqov da yaxın dost olublar. Nəticədə çox gözəl filmlər və musiqi ərsəyə gəlib".
Müsahibimiz bildirir ki, 90-cı illərdə ölkəmizdə baş verən hadisələr filmlərə də təsir etdi. İndi yavaş-yavaş dirçəlməyə başlayıb. Amma müəyyən nüanslar var ki, hələ də problem davam edir:
"Məsələn, hələ də Azərbaycanda orkestr musiqisinin yazılması çox böyük problemdir. Doğrudur, elektron musiqi Avropada geniş yayılıb. Amma canlı musiqi öz aktuallığını həmişə saxlayır. Avropada kino musiqisi üçün ixtisaslaşma var. Məsələn, Praqa konservatoriyasında bəstəkarlıq 3 istiqamətdə gedirdi: Ənənəvi musiqi, elektron musiqi və kino musiqisi. Düşünürəm gələcəkdə kinomuzun inkişafı ilə bu ixtisaslaşma da baş verəcək".
Kinoşünas Aygün Aslanlı isə tərəfdarıdır ki, filmdə musiqidən çox az istifadə olunsun:
"Azərbaycan tamaşaçısı sovet filmlərinə öyrəşib. Filmlərdə gözəl musiqinin səslənməsinə öyrəşiblər. Amma musiqi filmin sentimentallığını artırmağa xidmət edir. Axı həyatda elə olmur ki, yol gedirsən, arxadan musiqi səslənsin. Musiqinin mənbəyi olmalıdır. Əgər filmdə musiqi səslənirsə, o musiqinin mənbəyi olmalıdır. Radiodanmı gəlir, kafedə oturmusan, oradanmı gəlir o səs. Filmlərə musiqilər hər zaman yazılır. Baxır o musiqidən bəstəkar necə istifadə edir".
Aygün Aslanlının fikrincə, əgər filmin musiqisi tamaşaçının yadında ayrıca qalmırsa, deməli rejissor o musiqidən yaxşı istifadə olunub:
"Buna İlqar Nəcəfin "Nar bağı", Asif Rüstəmovun "Axınla aşağı", "Arxası qibləyə" kimi filmləri buna nümunə gətirə bilərik. Musiqi filmin dramaturgiyasına xidmət eləməlidir. Ayırca respublika kimi səslənməməmlidir. Elə olmamalıdır ki, film unudulsun, mahnı yadda qalsın. Sovet dönəmində bəstəkar filmin müəlliflərindən biri idi. Ona da ayrıca qanorar ayırırdılar. Bəstəkar filmə musiqi yazırdı. Bəzən film unudulurdu, amma musiqisi yadda qalırdı. Əslində bu doğru deyil. Kino bütün sənətlərin sintezidir. Onlar bir qazanın içində elə əriməlidirlər ki, birini digərindən ayıra bilməyəsən. Əgər ayrılırsa, deməli film alınmayıb".
"Sadaladıqlarım sənət filmlərinə aiddir. Kommersiya xarakterli filmlərdə musiqiyə üstünlük verirlər. Məsələn, "Titanik" filmi kommersiya xarakterli filmdir. Müəllifə lazımdır ki, tamaşaçı gəlsin kinoteatra, ağlasın getsin. Ceyms Kameron o filmi çox yüksək keyfiyyətli texnika ilə çəkib. Amma o filmi tamaşaçı musiqisi ilə birlikdə xatırlayır. O filmi sənət filmi adlandıra bilmərik", deyə kinoşünas bildirib.
Rejissor Asif Rüstəmov bildirir ki, bu rejissor dramaturgiyasından aslıdır. Rejissor filmində musiqiyə ehtiyac duyursa, istifadə edir:
"Bunu yaxşı və ya pis kimi qiymətləndirmək olmaz. Filmin janrı nəyi tələb edirsə, rejissor ondan istifadə etməldir. Elə filmlər də var ki, orada musiqi tələb olunmur. Bunu qayda kimi qəbul edə bilmərik ki, filmdə mütləq musiqi olmalıdır, ya da musiqi az istifadə olmamalıdır".
Onun sözlərinə görə, bu gün texnologiya o qədər inkişaf edib ki, hər kəs film çəkə bilər:
"Ola bilər ki, həmin adamın filminin büdcəsi olmur, o gedib haradansa musiqi götürür və istifadə edir. Və ya işinə qeyri-ciddi yanaşır, ona görə də buna əhəmiyyət vermir. Amma peşəkar rejissor bu işə ciddi yanaşır. Qeyir-peşəkarların işləri müzakirə olunmur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.