https://sputnik.az/20220327/turkiyede-aktyor-3-filme-cekilir-ve-taninmis-bir-ulduza-cevrilir---vdeo-440311985.html
"Türkiyədə aktyor 3 filmə çəkilir və tanınmış bir ulduza çevrilir" - VİDEO
"Türkiyədə aktyor 3 filmə çəkilir və tanınmış bir ulduza çevrilir" - VİDEO
Sputnik Azərbaycan
Rafiz Mehdizadə bildirir ki, Türkiyədə özəl teatr sektoru çox inkişaf edib. Azərbaycanda isə dövlət teatrı daha çox inkişaf edib. 27.03.2022, Sputnik Azərbaycan
2022-03-27T10:01+0400
2022-03-27T10:01+0400
2022-03-27T10:01+0400
aktyor
mədəniyyət
teatr
türkiyə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/03/13/440311862_0:13:1000:576_1920x0_80_0_0_bdcdf3783ae754f243cf125dba6c9cce.jpg
BAKI, 27 mart — Sputnik. Rafiz Mehdizadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr və kino aktyoru" fakultəsini bitirib. 2008-ci ildən Azərbaycan Dövlət Pantomim teatrının aktyoru olan Rafiz 10-dan artıq filmdə rol alıb. Rafiz hazırda Türkiyədə bu sahə üzrə fəaliyyət göstərir. İstedadlı aktyor Azərbaycan və Türkiyə teatrlarındakı vəziyyətdən Sputnik Azərbaycan-a söz açıb. Müsahibimiz bildirir ki, Türkiyədə özəl teatr sektoru çox inkişaf edib. Azərbaycanda isə dövlət teatrı daha çox inkişaf edib. Azərbaycanda isə özəl teatrlar dövlət teatrları ilə müqayisədə çox da böyük işlər görə bilmirlər: "Özəl teatrlarımızın maddi rifahı çox aşağıdır. Ölkəmiz teatrlara pul yatırmaq istəmir. Bizdə də, Türkiyədə də bu sahədə problemlər var. Məsələn, Türkiyədə dövlət teartların binası yoxdur. Bizdə isə hər teatrın binası var. Tamaşaçı bilir ki, tutaq ki, Akademik Milli Dram teatrında tamaşa var. Gedir oradan biletini alıb rahatlıqla zala daxil olub tamaşanı izləyə bilər. Türkiyədə isə ayda bir dəfə dövlət teatrı hansısa bir səhnə ilə müqavilə bağlayır, tamaşasını nümayiş etdirir. Bir növ tamaşaçının ayağına gedirlər. Özəl teatrların isə öz binaları var, orada tamaşalarını nümayiş etdirirlər".Aktor bizim teatrımızı Türkiyə teatrında zəif oldunu düşünmür. Onun qənaətinə görə hər iki ölkənin teatrında çatışmazlıqlar var: "Mənə elə gəlir ki, bu sahədə bərabərik. Mən Azərbaycan teatrında da çalışmışam, burada da fəaliyyətimi davam etdirirəm. Deyə bilmərəm ki, Azərbaycan bu sahədə Türkiyədən geri qalır. Azərbaycanda aktyorlarımız teatra çox can yandırır. Özlərini fəda edirlər. Həmişə düşünürəm ki, kaş buradakı imkanlar bizim ölkəmizdə də olardı. . Buradakı imkanlar Azərbaycanda olsa, onlar daha möhtəşəm işlər ərsəyə gətirərlər. Türkiyədə belədir, yerli bələdiyyələr teatrdan tamaşanı pulla alır, xalqa pulsuz satırlar. Bu daha çox məşhur teatrlarda baş verir. Bu addım teatrların ayaqda qalmasına yardım edir. Bilet almağa imkanı olmayanlar üçün teatra baxmaq fürsəti olur".Müsahibimiz deyir ki, Türkiyədə də heç də hər kəs teatra getmir. Oranın tamaşaçısı ilə Azərbaycan tamaşaçısının arasında böyük fərq yoxdur. Bir fərq var ki, orada istədiyin an tamaşaya gedib baxa bilərsən. Oranın tamaşaçısı 3 yerə bölünür: Birinci qrupa daxil olanlar teatrda rol alan məşhur aktyora görə gələnlər. Onlar üçün tamaşanın fərqi yoxdur. O sevdiyi aktyoru görməyə gəlir. İkinci qrupa daxil olanları sadəcə teatrın özü maraqlıdır. Orada hansı tamaşanın oynanılması əhəmiyyətli deyil. Məsələn, DADA teatrı Türkiyədə məşhurdur. Onlara lazımdır ki, həmin teatrda olsunlar. Həmsöhbətimiz vurğulayır ki, Azərbaycandakı sənət adamları ölkəmizdə gördükləri işi Türkiyədə etsələr, böyük məbləğdə qonorar alarlar, həm də çox tez tanına bilərlər: "Mən Azərbaycanda 12 filmə çəkilmişəm. Amma heç yerdə tanınmıram, ancaq sənət adamları tanıyır məni. Amma burada aktyor 3 filmə çəkilir və tanınmış bir ulduza çevrilir".Rafiz bəy iki ölkə arasındakı təhsil fərqlərindən danışarkən vurğuladı ki, Azərbaycanda teatr üzrə təhsil daha güclüdür: "Bizim müəllimlərimiz Rusiyada təhsil alıblar. Biz Stanislavskini rus dilində oxuyuruqsa, Türkiyənin tələbələri ingilis dilindən türkcəyə tərcümə olunmuş versiyasını oxuyublar. Tərcümə olunanda istər-istəməz fikirlər təhrif olunur. Bundan başqa, bizdə teatr rejissorluğu ixtisası var. Amma Türkiyədə yoxdur. Burada hər kəs tamaşaya quruluş verə bilər. Çünki, özündə rejissorluq görür. Bundan başqa, onların köhnə aktyorları heç bir təhsil almayıb, dram dərnəyində yetişib, bu sənətə yiyələnirmişlər. Sonradan öz teatrlarını yaradıblar. Amma Azərbaycanda teatrın elmini öyrənən adam daha çoxdur. Amma bu gün Türkiyədə bu sahədə təhsil imkanları daha genişdir. Bizdə isə təkcə Mədəniyyət və İncəsənət Universiteti bu sahə üzrə mütəxəssis yetişdirir".Müsahibimiz pandemiya dövründə Türkiyə teatrındakı vəziyyətdən danışarkən bildirdi ki, Azərbaycanda olduğu kimi Türkiyədə də vəziyyət acınacaqlı olub: "Dövlət özəl teatrlara təklif etdi ki, onlar tamaşanı tamaşaçıya yox, rəqəmsal platformasına daşısınlar. Mədəniyyət nazirliyinin dəstəyi ilə həmin tamaşaları pul qarşılığında aldılar. Bu minvalla bir müddət teatrlara az da olsa yardım etdilər. Bundan başqa, özəl teatrlar Türkiyədə daha tez açıldı. Amma dövlət teatrları açılmadı. Çünki, dövlət teatrda çalışanlar maaş alırdılar. Amma özəl teatrların maliyyəsi olmadığına görə, onlara şərait yaradıldı ki, onlar qastrol tamaşalarına getdilər. Türkiyədə küçə teatrı da çox yaxşı inkişaf edib. Karantinin yumuşaldığı vaxt hər kəs küçədə çıxıb tamaşa göstərirdi. Bələdiyyələr də göstərdi".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220324/bestekar-azer-haciesgerli-ndi-savadli-dinleyici-cox-azdir---vdeo-439364606.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/13/440311862_0:0:1000:750_1920x0_80_0_0_043573008b85776c70dd61da2dc4646e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aktyor, teatr, türkiyə, azərbaycan
aktyor, teatr, türkiyə, azərbaycan
"Türkiyədə aktyor 3 filmə çəkilir və tanınmış bir ulduza çevrilir" - VİDEO
Rafiz Mehdizadə bildirir ki, Türkiyədə özəl teatr sektoru çox inkişaf edib. Azərbaycanda isə dövlət teatrı daha çox inkişaf edib.
BAKI, 27 mart — Sputnik. Rafiz Mehdizadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr və kino aktyoru" fakultəsini bitirib. 2008-ci ildən Azərbaycan Dövlət Pantomim teatrının aktyoru olan Rafiz 10-dan artıq filmdə rol alıb. Rafiz hazırda Türkiyədə bu sahə üzrə fəaliyyət göstərir. İstedadlı aktyor Azərbaycan və Türkiyə teatrlarındakı vəziyyətdən Sputnik Azərbaycan-a söz açıb.
Müsahibimiz bildirir ki, Türkiyədə özəl teatr sektoru çox inkişaf edib. Azərbaycanda isə dövlət teatrı daha çox inkişaf edib. Azərbaycanda isə özəl teatrlar dövlət teatrları ilə müqayisədə çox da böyük işlər görə bilmirlər: "Özəl teatrlarımızın maddi rifahı çox aşağıdır. Ölkəmiz teatrlara pul yatırmaq istəmir. Bizdə də, Türkiyədə də bu sahədə problemlər var. Məsələn, Türkiyədə dövlət teartların binası yoxdur. Bizdə isə hər teatrın binası var. Tamaşaçı bilir ki, tutaq ki, Akademik Milli Dram teatrında tamaşa var. Gedir oradan biletini alıb rahatlıqla zala daxil olub tamaşanı izləyə bilər. Türkiyədə isə ayda bir dəfə dövlət teatrı hansısa bir səhnə ilə müqavilə bağlayır, tamaşasını nümayiş etdirir. Bir növ tamaşaçının ayağına gedirlər. Özəl teatrların isə öz binaları var, orada tamaşalarını nümayiş etdirirlər".
Aktor bizim teatrımızı Türkiyə teatrında zəif oldunu düşünmür. Onun qənaətinə görə hər iki ölkənin teatrında çatışmazlıqlar var: "Mənə elə gəlir ki, bu sahədə bərabərik. Mən Azərbaycan teatrında da çalışmışam, burada da fəaliyyətimi davam etdirirəm. Deyə bilmərəm ki, Azərbaycan bu sahədə Türkiyədən geri qalır. Azərbaycanda aktyorlarımız teatra çox can yandırır. Özlərini fəda edirlər. Həmişə düşünürəm ki, kaş buradakı imkanlar bizim ölkəmizdə də olardı. . Buradakı imkanlar Azərbaycanda olsa, onlar daha möhtəşəm işlər ərsəyə gətirərlər. Türkiyədə belədir, yerli bələdiyyələr teatrdan tamaşanı pulla alır, xalqa pulsuz satırlar. Bu daha çox məşhur teatrlarda baş verir. Bu addım teatrların ayaqda qalmasına yardım edir. Bilet almağa imkanı olmayanlar üçün teatra baxmaq fürsəti olur".
Müsahibimiz deyir ki, Türkiyədə də heç də hər kəs teatra getmir. Oranın tamaşaçısı ilə Azərbaycan tamaşaçısının arasında böyük fərq yoxdur. Bir fərq var ki, orada istədiyin an tamaşaya gedib baxa bilərsən. Oranın tamaşaçısı 3 yerə bölünür: Birinci qrupa daxil olanlar teatrda rol alan məşhur aktyora görə gələnlər. Onlar üçün tamaşanın fərqi yoxdur. O sevdiyi aktyoru görməyə gəlir. İkinci qrupa daxil olanları sadəcə teatrın özü maraqlıdır. Orada hansı tamaşanın oynanılması əhəmiyyətli deyil. Məsələn, DADA teatrı Türkiyədə məşhurdur. Onlara lazımdır ki, həmin teatrda olsunlar. Həmsöhbətimiz vurğulayır ki, Azərbaycandakı sənət adamları ölkəmizdə gördükləri işi Türkiyədə etsələr, böyük məbləğdə qonorar alarlar, həm də çox tez tanına bilərlər: "Mən Azərbaycanda 12 filmə çəkilmişəm. Amma heç yerdə tanınmıram, ancaq sənət adamları tanıyır məni. Amma burada aktyor 3 filmə çəkilir və tanınmış bir ulduza çevrilir".
Rafiz bəy iki ölkə arasındakı təhsil fərqlərindən danışarkən vurğuladı ki, Azərbaycanda teatr üzrə təhsil daha güclüdür: "Bizim müəllimlərimiz Rusiyada təhsil alıblar. Biz Stanislavskini rus dilində oxuyuruqsa, Türkiyənin tələbələri ingilis dilindən türkcəyə tərcümə olunmuş versiyasını oxuyublar. Tərcümə olunanda istər-istəməz fikirlər təhrif olunur. Bundan başqa, bizdə teatr rejissorluğu ixtisası var. Amma Türkiyədə yoxdur. Burada hər kəs tamaşaya quruluş verə bilər. Çünki, özündə rejissorluq görür. Bundan başqa, onların köhnə aktyorları heç bir təhsil almayıb, dram dərnəyində yetişib, bu sənətə yiyələnirmişlər. Sonradan öz teatrlarını yaradıblar. Amma Azərbaycanda teatrın elmini öyrənən adam daha çoxdur. Amma bu gün Türkiyədə bu sahədə təhsil imkanları daha genişdir. Bizdə isə təkcə Mədəniyyət və İncəsənət Universiteti bu sahə üzrə mütəxəssis yetişdirir".
Müsahibimiz pandemiya dövründə Türkiyə teatrındakı vəziyyətdən danışarkən bildirdi ki, Azərbaycanda olduğu kimi Türkiyədə də vəziyyət acınacaqlı olub: "Dövlət özəl teatrlara təklif etdi ki, onlar tamaşanı tamaşaçıya yox, rəqəmsal platformasına daşısınlar. Mədəniyyət nazirliyinin dəstəyi ilə həmin tamaşaları pul qarşılığında aldılar. Bu minvalla bir müddət teatrlara az da olsa yardım etdilər. Bundan başqa, özəl teatrlar Türkiyədə daha tez açıldı. Amma dövlət teatrları açılmadı. Çünki, dövlət teatrda çalışanlar maaş alırdılar. Amma özəl teatrların maliyyəsi olmadığına görə, onlara şərait yaradıldı ki, onlar qastrol tamaşalarına getdilər. Türkiyədə küçə teatrı da çox yaxşı inkişaf edib. Karantinin yumuşaldığı vaxt hər kəs küçədə çıxıb tamaşa göstərirdi. Bələdiyyələr də göstərdi".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.