Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dövlət Xidməti buğda, un və çörəyin bahalaşması ilə bağlı hərəkətə keçdi

© Depositphotos.com / ShockСвежеиспеченный хлеб на столе
Свежеиспеченный хлеб на столе - Sputnik Azərbaycan, 1920, 19.03.2022
Abunə olmaq
Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır.
BAKI, 19 mart - Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti son günlərdə bəzi kütləvi informasiya vasitələrində un bazarında qiymət artımı ilə bağlı yayımlanan məlumatları araşdırmaq məqsədilə monitorinqlər həyata keçirir.
Bu barədə məlumatı Xidmətin internet resursu paylaşıb.
Qeyd edilir ki, dünyada baş verən iqtisadi və siyasi hadisələr nəticəsində qlobal və idxal bazarlarında ərzaqlıq buğdanın qiymət artımı müşahidə olunur. Bununla belə, ölkədə bayramqabağı ərzaq məhsullarına tələbatın yüksəlməsi fonunda yerli un və un məhsulları satışı bazarında mövcud vəziyyətdən sui-istifadə hallarının və qiymətlərin əsassız olaraq dəyişilməsinin qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mütəmadi monitorinqlər və ciddi nəzarət tədbirləri həyata keçirir.
"Bu sahədə kartel sövdələşmələri (qiymət razılaşmaları), qiymət manipulyasiyaları və digər antiinhisar qanunvericiliyinə zidd hərəkətlərin əlamətləri aşkar edildiyi təqdirdə təxirəsalınmaz sərt addımlar atılacaqdır", - Xidmət bildirib.
Qeyd olunur ki, “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirasalınmaz tədbirlərin gücləndirilməsi haqqında” Nazirlər Kabinetinin Sərəncamından irəli gələrək, Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunması nöqteyi-nəzərindən ərzaq məhsulları bazarında araşdırmaların aparılmasını prioritet sahələr siyahısına daxil edib. Bu tədbirlər çərçivəsində artıq bir sıra bazar subyektlərinə öz qiymət siyasətinin əsaslandırılması məqsədilə sorğular göndərilərək məlumatların təqdim edilməsi tələb olunub.
Xatırladaq ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. Bununla yanaşı, ilin əvvəlində iri un və çörək istehsalçıları unun qiymətinin bahalaşması ilə bağlı vətəndaşlara müraciət ediblər. Onlar, qida təchizatında önəmli rollarını dərk edərək, unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılacağı halda, çörək və un məmulatlarının qiymətinin 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək müəyyən olunan səviyyədən yuxarı qalxmaması üçün bütün səylərini səfərbər edəcəklərini bildiriblər.
Bildirək ki, un istehsalçıları unun topdansatış qiymətləri, topdansatış mərkəzləri və məntəqələri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatları mütəmadi olaraq Dövlət Xidmətinə bəyan edirlər. Dövlət Xidməti isə informasiya əlçatanlığını təmin etmək məqsədilə həmin məlumatları rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/un-istehsalcilarinin-topdansatis-menteqeleri-satis-qiymetleri-ve-is-vaxti-barede-melumat) yerləşdirir. Bu məlumatlar mütəmadi olaraq yenilənir.
İstehlakçılar və sahibkarlar qiymət manipulyasiyası halları ilə rastlaşdıqda Dövlət Xidmətinə müraciət edə bilərlər.
Əlaqə telefonu: (+99412) 599-76-00;
email ünvanı: office@competition.gov.az.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0