https://sputnik.az/20220326/yerli-neft-markasi-bahalasib-440475383.html
Yerli neft markası bahalaşıb
Yerli neft markası bahalaşıb
Sputnik Azərbaycan
Həftə ərzində Azərbaycan neftinin qiyməti 4,3 dollar və ya 3,6% artıb 26.03.2022, Sputnik Azərbaycan
2022-03-26T13:19+0400
2022-03-26T13:19+0400
2022-03-26T13:32+0400
neft-qaz
neft
marka
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1d/436780111_0:103:2000:1228_1920x0_80_0_0_362b18fbb6a707163cc344550ea38960.jpg
BAKI, 26 mart - Sputnik. Həftə ərzində dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 122,32 ABŞ dollarına bərabər olub. Daha öncəki həftənin orta qiyməti ilə müqayisədə bu rəqəm 13,64 dollar və ya 12,55% çoxdur.Sputnik Azərbaycan-ın xəbərinə görə, bu həftə ərzində ən yüksək göstərici çərşənbə gün qeydə alınıb.Qeyd olunan tarixdə neftin bir barelinin qiyməti 125,57 dollar təşkil edib, ən minimal göstərici isə çərşənbə axşamı qeydə alınıb, 1 barelin qiyməti 119,31 dollar səviyyəsində olub.Həftə ərzində Azərbaycan neftinin qiyməti 4,3 dollar və ya 3,6% artıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220325/azerbaycan-ve-rusiya-hesablasmalarda-manat-ve-rubldan-istifade-edecek--serh-440158041.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1d/436780111_114:0:1887:1330_1920x0_80_0_0_8e53e4ce121033f5ce11e1011d171686.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neft, marka, qiymət
Yerli neft markası bahalaşıb
13:19 26.03.2022 (Yenilənib: 13:32 26.03.2022) Həftə ərzində Azərbaycan neftinin qiyməti 4,3 dollar və ya 3,6% artıb
BAKI, 26 mart - Sputnik. Həftə ərzində dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 122,32 ABŞ dollarına bərabər olub. Daha öncəki həftənin orta qiyməti ilə müqayisədə bu rəqəm 13,64 dollar və ya 12,55% çoxdur.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu həftə ərzində ən yüksək göstərici çərşənbə gün qeydə alınıb.
Qeyd olunan tarixdə neftin bir barelinin qiyməti 125,57 dollar təşkil edib, ən minimal göstərici isə çərşənbə axşamı qeydə alınıb, 1 barelin qiyməti 119,31 dollar səviyyəsində olub.
Həftə ərzində Azərbaycan neftinin qiyməti 4,3 dollar və ya 3,6% artıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.