Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiyanın şəkər ixracına qadağası Azərbaycanda qiymətlərə ciddi təsir etməyəcək - Ekspert

© Sputnik / Zulfiyya Guluyevaİmişli şəkər
İmişli şəkər - Sputnik Azərbaycan, 1920, 26.03.2022
Abunə olmaq
İqtisadçı hesab edir ki, ölkənin daxili ərzaq ehtiyatları, o cümlədən şəkər ehtiyatı da yetərincədir.
BAKI, 26 mart - Sputnik. Rusiyanın şəkər ixracına qadağası Azərbaycandakı qiymətlərə ciddi təsir etməyəcək. Bunu @SputnikAz-a müsahibəsində İqtisadçı Emin Qəribli qonşu ölkədəki tədbirərin Azərbaycan bazarına mümkün təsirini şərh edərkən deyib.
Onun fikrincə, Azərbaycanda bazarın bu seqmentində problem olmayacaq.
“Rusiyanın Azərbaycana ərzaq idxalında payı yetərincə böyükdür. Lakin şəkər bazarı geniş bazardır və xeyli sayda alternativ tədarük istiqamətləri mövcuddur”, - deyə Qəribli qeyd edib.
© Photo : From the personal archive of Emin Garibliİqtisadçı ekspert - Emin Qəribli
İqtisadçı ekspert  - Emin Qəribli - Sputnik Azərbaycan, 1920, 26.03.2022
İqtisadçı ekspert - Emin Qəribli

Onun qənaətinə görə, bundan başqa, ölkənin daxili ərzaq ehtiyatları, o cümlədən şəkər ehtiyatı da yetərincədir.
İqtisadçının fikrincə dünyadakı son hadisələr Azərbaycanda ərzaq qıtlığına səbəb olmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycanın xarici ticarəti - İNFOQRAFİKA - Sputnik Azərbaycan, 1920, 09.03.2022
İNFOQRAFİKA
Azərbaycanın xarici ticarəti rəqəmlərdə
Xəbər lenti
0