https://sputnik.az/20220309/azerbaycanin-xarici-ticareti-reqemlerde-439605577.html
Azərbaycanın xarici ticarəti rəqəmlərdə
Azərbaycanın xarici ticarəti rəqəmlərdə
Sputnik Azərbaycan
Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 35 milyard 556,4 milyon dollar olub. Azərbaycanın Türkiyə, Rusiya, Gürcüstan və İran ilə olan ticarət... 09.03.2022, Sputnik Azərbaycan
2022-03-09T11:33+0400
2022-03-09T11:33+0400
2022-03-09T11:33+0400
azərbaycan
infoqrafika
xarici ticarət
https://cdnn1.img.sputnik.az/img/07e6/02/19/439582265_0:0:268:152_1920x0_80_0_0_56a4e62f4c407ba9e8f6c094ca1bc3b1.png
2021-ci ildə Azərbaycan dünyanın 188 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixrac olunub, 174 ölkədən idxal həyata keçirilib.2021-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 35 milyard 556,4 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 23 milyard 850,6 milyon dollarını və ya 67,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 11 milyard 705,8 milyon dollarını (32,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 12 milyard 144,8 milyon dollar müsbət saldo yaranıb. 2020-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 46,9 faiz, real ifadədə 5,0 faiz artıb.İxracın 12,7 faizini Türkiyəyə, 4,1 faizini Rusiyaya, 3,0 faizini Gürcüstana, 0,19 faizini isə İrana göndərilmiş məhsulların dəyəri təşkil edib.Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Rusiya, 15,8 faizi Türkiyə, 3,4 faizi İran, 0,9 faizi Gürcüstan ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,3 faiz), Türkiyəyə (24,9 faiz), Gürcüstana (5,8 faiz), İrana (1,3 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.Ötən il Azərbaycanın Türkiyə, Rusiya, Gürcüstan və İran ilə olan ticarət göstəricilərini təqdim edirik:2021-ci ildə Türkiyədən Azərbaycana 1 milyard 843,7 milyon dollar həcmində məhsul idxal edilib. Azərbaycandan Türkiyəyə isə 2 milyard 818,1 milyon dollar həcmində məhsul ixrac edilib.Rusiyadan Azərbaycana 2 milyard 74,3 milyon dollar həcmində məhsul gətirilib. Azərbaycandan isə Rusiyaya 920 milyon 819,5 min dollar məbləğində məhsul göndərilib.Ötən il Gürcüstandan ölkəmizə 102 milyon 614 min dollar həcmində məhsul idxal edilib, Azərbaycandan isə Gürcüstana 661 milyon 80,7 min dollar həcmində məhsul ixrac edilib.İrandan 397 milyon 523,5 min dollar həcmində Azərbaycana məhsul gətirilib, ölkəmizdən İrana isə 43 milyon 287,1 min dollar həcmində məhsul göndərilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/19/439582262_0:0:269:202_1920x0_80_0_0_973eea3b3ed852a4795519687f7a053d.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, инфографика, xarici ticarət
azərbaycan, инфографика, xarici ticarət
Azərbaycanın xarici ticarəti rəqəmlərdə
Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 35 milyard 556,4 milyon dollar olub. Azərbaycanın Türkiyə, Rusiya, Gürcüstan və İran ilə olan ticarət göstəriciləri Sputnik Azərbaycan-ın infoqrafikasında.
2021-ci ildə Azərbaycan dünyanın 188 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixrac olunub, 174 ölkədən idxal həyata keçirilib.
2021-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 35 milyard 556,4 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 23 milyard 850,6 milyon dollarını və ya 67,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 11 milyard 705,8 milyon dollarını (32,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 12 milyard 144,8 milyon dollar müsbət saldo yaranıb. 2020-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 46,9 faiz, real ifadədə 5,0 faiz artıb.
İxracın 12,7 faizini Türkiyəyə, 4,1 faizini Rusiyaya, 3,0 faizini Gürcüstana, 0,19 faizini isə İrana göndərilmiş məhsulların dəyəri təşkil edib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Rusiya, 15,8 faizi Türkiyə, 3,4 faizi İran, 0,9 faizi Gürcüstan ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,3 faiz), Türkiyəyə (24,9 faiz), Gürcüstana (5,8 faiz), İrana (1,3 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Ötən il Azərbaycanın Türkiyə, Rusiya, Gürcüstan və İran ilə olan ticarət göstəricilərini təqdim edirik:
2021-ci ildə Türkiyədən Azərbaycana 1 milyard 843,7 milyon dollar həcmində məhsul idxal edilib. Azərbaycandan Türkiyəyə isə 2 milyard 818,1 milyon dollar həcmində məhsul ixrac edilib.
Rusiyadan Azərbaycana 2 milyard 74,3 milyon dollar həcmində məhsul gətirilib. Azərbaycandan isə Rusiyaya 920 milyon 819,5 min dollar məbləğində məhsul göndərilib.
Ötən il Gürcüstandan ölkəmizə 102 milyon 614 min dollar həcmində məhsul idxal edilib, Azərbaycandan isə Gürcüstana 661 milyon 80,7 min dollar həcmində məhsul ixrac edilib.
İrandan 397 milyon 523,5 min dollar həcmində Azərbaycana məhsul gətirilib, ölkəmizdən İrana isə 43 milyon 287,1 min dollar həcmində məhsul göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.