https://sputnik.az/20220326/azeriqaza-minlerle-muracietin-sebebleri-440476911.html
“Azəriqaz”a minlərlə müraciətin səbəbləri
“Azəriqaz”a minlərlə müraciətin səbəbləri
Sputnik Azərbaycan
Xankəndinə təbii qazın verilməsində yaranan fasilələrin nə dərəcədə doğru olması ilə bağlı sual cavablandırılıb. 26.03.2022, Sputnik Azərbaycan
2022-03-26T14:31+0400
2022-03-26T14:31+0400
2022-03-26T14:38+0400
cəmiyyət
"azəriqaz"
müraciət
https://cdnn1.img.sputnik.az/img/07e4/07/15/424494724_0:211:3073:1939_1920x0_80_0_0_d83d13d90f0ed2c7ef1dd0e85c37e933.jpg
BAKI, 26 mart - Sputnik. Bayram günlərində, yəni martın 19-dan indiyədək “Azəriqaz” İstehsalat Birliyinin (İB) 104/185 Çağrı mərkəzinə 14089 müraciət daxil olub. Bütün müraciətlərin icrası Birlik əməkdaşları tərəfindən təmin edilib.Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Birliyin 104 Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası çərçivəsində bildirib. Şöbə rəisinin sözlərinə görə, sayğaclarda yaranan problemə görə regionlardan 741, Bakı şəhərində əvvəlcədən ödənişli (smart-kart tipli) sayğaclara ödənişlərin edilməsi ilə bağlı 2417, sayğaclarda yaranan digər problemlərlə bağlı isə Birliyə 4467 müraciət ünvanlanıb:“Hava şəraitindən asılı olmayaraq, bütün müraciətlərin həlli istiqamətində əməkdaşlarımız üzərlərinə düşən işi layiqincə yerinə yetiriblər”.Xankəndinə təbii qazın verilməsində yaranan fasilələrin nə dərəcədə doğru olması ilə bağlı sualı cavablandıran Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bütün bölgələrdə olduğu kimi, bu bölgənin də təbii qazla təmin olunmasının vacibliyini vurğulayıb:“30 il ərzində ermənilərin qaz təsərrüfatına vurduqları ciddi ziyanı qısa müddət ərzində bərpa etmək qeyri-mümkündür. O ərazidə infrastruktur bərbad vəziyyətdədir və “Azəriqaz” İB olaraq həmin vəziyyətin normallaşması istiqamətində addımlar atılır”.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220304/qazin-qiymetinde-artim-gozlenilirmi---resm-439844120.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/15/424494724_0:0:2731:2048_1920x0_80_0_0_38dce8098f2661a17e0d8a0221a8726d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"azəriqaz", müraciət
“Azəriqaz”a minlərlə müraciətin səbəbləri
14:31 26.03.2022 (Yenilənib: 14:38 26.03.2022) Xankəndinə təbii qazın verilməsində yaranan fasilələrin nə dərəcədə doğru olması ilə bağlı sual cavablandırılıb.
BAKI, 26 mart - Sputnik. Bayram günlərində, yəni martın 19-dan indiyədək “Azəriqaz” İstehsalat Birliyinin (İB) 104/185 Çağrı mərkəzinə 14089 müraciət daxil olub. Bütün müraciətlərin icrası Birlik əməkdaşları tərəfindən təmin edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Birliyin 104 Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası çərçivəsində bildirib. Şöbə rəisinin sözlərinə görə, sayğaclarda yaranan problemə görə regionlardan 741, Bakı şəhərində əvvəlcədən ödənişli (smart-kart tipli) sayğaclara ödənişlərin edilməsi ilə bağlı 2417, sayğaclarda yaranan digər problemlərlə bağlı isə Birliyə 4467 müraciət ünvanlanıb:
“Hava şəraitindən asılı olmayaraq, bütün müraciətlərin həlli istiqamətində əməkdaşlarımız üzərlərinə düşən işi layiqincə yerinə yetiriblər”.
Xankəndinə təbii qazın verilməsində yaranan fasilələrin nə dərəcədə doğru olması ilə bağlı sualı cavablandıran Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bütün bölgələrdə olduğu kimi, bu bölgənin də təbii qazla təmin olunmasının vacibliyini vurğulayıb:
“30 il ərzində ermənilərin qaz təsərrüfatına vurduqları ciddi ziyanı qısa müddət ərzində bərpa etmək qeyri-mümkündür. O ərazidə infrastruktur bərbad vəziyyətdədir və “Azəriqaz” İB olaraq həmin vəziyyətin normallaşması istiqamətində addımlar atılır”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.