https://sputnik.az/20220304/qazin-qiymetinde-artim-gozlenilirmi---resm-439844120.html
Qazın qiymətində artım gözlənilirmi? - RƏSMİ
Qazın qiymətində artım gözlənilirmi? - RƏSMİ
Sputnik Azərbaycan
104 Çağrı Mərkəzinin rəhbəri Xalidə Şimşək isə bildirib ki, bayram gülərində qurumun əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar.
2022-03-04T12:28+0400
2022-03-04T12:28+0400
2022-03-04T12:31+0400
cəmiyyət
"azəriqaz" istehsalat birliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/03/03/439809699_0:156:3000:1844_1920x0_80_0_0_c1af96fe0a4dca4837843be42868fd30.jpg
BAKI, 4 mart — Sputnik. Hazırda "SOCAR" xüsusi proqram üzərində işləyir. Bu proqrama əsasən abonentlər sayğaclarının şəklini çəkib "Azəriqaz" İstehsalat Birliyinin mərkəzinə göndərəcək. Mərkəz sərfiyyat, borc və digər məlumatları abonentə göstərə biləcək.Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bu gün jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.O bildirib ki, bu proqram vasitəsilə onlayn ödənişlər həyata keçiriləcək:"Yəni, xüsusi cihazlar olacaq. Sayğacların üzərində şəffaf qutular olacaq, bununla nə qurumun işçiləri, nə də abonentlərin sayğaca müdaxiləsi olacaq. Yalnız bundan sonra ağıllı sayğacdan söhbət gedəcək".Eldəniz Vəliyev bildirib ki, bu cihazların quraşdırılması üçün abonentlərdən heç bir ödəniş tələb olunmayacaq, həmin sayğaclarda uzaqdan sərfiyyatın dayandırılması işi də həyata keçiriləcək.Brifinqdə sualları cavablandıran 104 Çağrı Mərkəzinin rəhbəri Xalidə Şimşək isə bildirib ki, bayram gülərində qurumun əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar.Bir kənd üçün ayrılan vəsait başqa bir kənd üçün sərf edilmirProblemlərin Araşdırılması Şöbəsinin rəisi İbrahim Kərbalayev isə qazlaşma zamanı ayrılan dövlət vəsaitinin istifadəsindən söz açıb. O bildirib ki, qazlaşma zamanı ayrılan dövlət vəsaiti təyinatı üzrə istifadə edilir:"Yəni hər hansı rayonun kəndi üçün ayrılan dövlət vəsaitinin müəyən hissəsinin bir başqa kənddə görüləcək işlərə sərf edilməsi mümkün deyil. Dövlət proqramına uyğun olaraq ünvanlı şəkildə kənd və qəsəbələrdə təyinatı üzrə işlər görülür. Siyahıya uyğun olaraq kənd və qəsəbələrdə qazlaşma işləri aparılır".İbrahim Kərbalayev onu da bildirib ki, görülən texniki işlərin nəticəsi olaraq qaz təsərrüfatında təbii qaz itkisi azalıb.Eldəniz Vəliyev isə bildirib ki, Avropanın Azərbaycan qazına tələbatının bir qədər artması görüləcək digər işlərə təsir edə bilməz.İstixana sahiblərinə güzəştlər varE.Vəliyev qeyd edib ki, "Azəriqaz" İB istixana sahibi olan sahibkarlara hər zaman həssas yanaşıb:"Lakin təəssüf ki, bəzi hallarda bundan sui-istifadə olur. Qurumun əməkdaşları sahibkarla görüşür, soruşur ki, nə qədər müddət lazımdır ki, işini tamamlasın və debüt borcunu hissə-hissə versin. Sahibkar 5 aylıq öhədlik götürür, söz verir. Lakin növbəti görüşdə yenidən 5 ay möhlət istəyir. Həmin sahibkar bu müddətdə heç debütor borcunu belə ödəmir. Bu kimi hallar az olsa, var".Naxçıvanın aqibəti necə olacaq?İ.Kərbalayev qeyd edib ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan Muxtar Respublikasını da təbii qazla təmin etmək mümkün olacaq:"Hazırda isə Naxçıvan Muxtra Respublikasına ikinci dövlətin üzərindən təbii qazın verilməsi həyata keçirirlir".Qazın qiyməti artacaqmı?Yararsız qaz xərtləri haqda verilən sualları cavablayan qurum rəmisi İ.Kərbalayev qeyd edib ki, bu günədək yararsız qaz xətlərini 75 faizi yenilənib.Qiymətlərə toxunan İbrahim Kərbalayev bildirib ki, təbii qazın satışı qiyməti Tarif Şurası tərəfində tənzimlənir:"Hazırda təbii qazın satış qiymətində artım gözlənilmir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220220/menzildaxili-yoxlamalari-azeriqaz-apara-biler---cmal-439313432.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/03/439809699_168:0:2833:1999_1920x0_80_0_0_7c024dd763f978139c6659f43c81d6c1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazın qiymətində artım gözlənilirmi? - rəsmi
qazın qiymətində artım gözlənilirmi? - rəsmi
Qazın qiymətində artım gözlənilirmi? - RƏSMİ
12:28 04.03.2022 (Yenilənib: 12:31 04.03.2022) 104 Çağrı Mərkəzinin rəhbəri Xalidə Şimşək isə bildirib ki, bayram gülərində qurumun əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar.
BAKI, 4 mart — Sputnik. Hazırda "SOCAR" xüsusi proqram üzərində işləyir. Bu proqrama əsasən abonentlər sayğaclarının şəklini çəkib "Azəriqaz" İstehsalat Birliyinin mərkəzinə göndərəcək. Mərkəz sərfiyyat, borc və digər məlumatları abonentə göstərə biləcək.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bu gün jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
O bildirib ki, bu proqram vasitəsilə onlayn ödənişlər həyata keçiriləcək:
"Yəni, xüsusi cihazlar olacaq. Sayğacların üzərində şəffaf qutular olacaq, bununla nə qurumun işçiləri, nə də abonentlərin sayğaca müdaxiləsi olacaq. Yalnız bundan sonra ağıllı sayğacdan söhbət gedəcək".
Eldəniz Vəliyev bildirib ki, bu cihazların quraşdırılması üçün abonentlərdən heç bir ödəniş tələb olunmayacaq, həmin sayğaclarda uzaqdan sərfiyyatın dayandırılması işi də həyata keçiriləcək.
Brifinqdə sualları cavablandıran 104 Çağrı Mərkəzinin rəhbəri Xalidə Şimşək isə bildirib ki, bayram gülərində qurumun əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar.
Bir kənd üçün ayrılan vəsait başqa bir kənd üçün sərf edilmir
Problemlərin Araşdırılması Şöbəsinin rəisi İbrahim Kərbalayev isə qazlaşma zamanı ayrılan dövlət vəsaitinin istifadəsindən söz açıb. O bildirib ki, qazlaşma zamanı ayrılan dövlət vəsaiti təyinatı üzrə istifadə edilir:
"Yəni hər hansı rayonun kəndi üçün ayrılan dövlət vəsaitinin müəyən hissəsinin bir başqa kənddə görüləcək işlərə sərf edilməsi mümkün deyil. Dövlət proqramına uyğun olaraq ünvanlı şəkildə kənd və qəsəbələrdə təyinatı üzrə işlər görülür. Siyahıya uyğun olaraq kənd və qəsəbələrdə qazlaşma işləri aparılır".
İbrahim Kərbalayev onu da bildirib ki, görülən texniki işlərin nəticəsi olaraq qaz təsərrüfatında təbii qaz itkisi azalıb.
Eldəniz Vəliyev isə bildirib ki, Avropanın Azərbaycan qazına tələbatının bir qədər artması görüləcək digər işlərə təsir edə bilməz.
İstixana sahiblərinə güzəştlər var
E.Vəliyev qeyd edib ki, "Azəriqaz" İB istixana sahibi olan sahibkarlara hər zaman həssas yanaşıb:
"Lakin təəssüf ki, bəzi hallarda bundan sui-istifadə olur. Qurumun əməkdaşları sahibkarla görüşür, soruşur ki, nə qədər müddət lazımdır ki, işini tamamlasın və debüt borcunu hissə-hissə versin. Sahibkar 5 aylıq öhədlik götürür, söz verir. Lakin növbəti görüşdə yenidən 5 ay möhlət istəyir. Həmin sahibkar bu müddətdə heç debütor borcunu belə ödəmir. Bu kimi hallar az olsa, var".
Naxçıvanın aqibəti necə olacaq?
İ.Kərbalayev qeyd edib ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan Muxtar Respublikasını da təbii qazla təmin etmək mümkün olacaq:
"Hazırda isə Naxçıvan Muxtra Respublikasına ikinci dövlətin üzərindən təbii qazın verilməsi həyata keçirirlir".
Yararsız qaz xərtləri haqda verilən sualları cavablayan qurum rəmisi İ.Kərbalayev qeyd edib ki, bu günədək yararsız qaz xətlərini 75 faizi yenilənib.
Qiymətlərə toxunan İbrahim Kərbalayev bildirib ki, təbii qazın satışı qiyməti Tarif Şurası tərəfində tənzimlənir:
"Hazırda təbii qazın satış qiymətində artım gözlənilmir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.