DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Telegram-ın işində problemlər yaranıb

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidTelegram messencerinin loqosu
Telegram messencerinin loqosu - Sputnik Azərbaycan, 1920, 23.03.2022
Abunə olmaq
Telegram bir çox formatda mesajlar və media faylları mübadiləsi aparmağa imkan verən messencerdir.
BAKI, 23 mart - Sputnik. Telegram messencerinin Rusiyadan və bir sıra Avropa ölkələrindən olan istifadəçiləri onun işində problemlər barədə məlumat veriblər.
Şikayətlər Bakı vaxtı ilə saat 20.20-də gəlməyə başlayıb. Ən çox problem Rusiya və Almaniyada qeydə alınıb - müvafiq olaraq 6 və 5 min. Həmçinin, messencerin işində fasilələrlə bağlı mesajlar İtaliya, Böyük Britaniya, Niderland və Fransadan gəlir.
Əksər istifadəçilər serverə qoşulmaqdan şikayətlənir, həmçinin mesajların və proqramın göndərilməsi ilə bağlı problemlər barədə məlumatlar var.
Telegram bir çox formatda mesajlar və media faylları mübadiləsi aparmağa imkan verən messencerdir. Layihə 2013-cü ildə VKontakte sosial şəbəkəsinin yaradıcısı Pavel Durov tərəfindən yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Мужчина использует приложение Telegram на iPhone - Sputnik Azərbaycan, 1920, 27.11.2021
DÜNYA XƏBƏRLƏRİ
Telegram bunu da bacaracaq
Xəbər lenti
0