Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Suqovuşanda avarçəkmə üzrə beynəlxalq yarışlar keçiriləcək

© Sputnik / Emin AlisahibSuqovuşanda avarçəkmə üzrə məşqlər
Suqovuşanda avarçəkmə üzrə məşqlər - Sputnik Azərbaycan, 1920, 21.03.2022
Abunə olmaq
Yaxın gələcəkdə avarçəkmənin "Kayak", "Akademik avarçəkmə" və "Kanoe" növləri üzrə beynəlxalq yarışları Tərtər rayonunun Suqovuşan qəsəbəsində keçiriləcək.
BAKI, 21 mart — Sputnik. Ötən gün Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak etdilər. "Sputnik Azərbaycan"ın əməkdaşı həmin ünvana baş çəkərən reportaj hazırlayıb.
Əvvəllər Azərbaycanda 11 avarçəkmə klubu fəaliyyət göstərib
Avarçəkmə idman növü ilə Azərbaycanda 1930-cu illərdən məşğul olunmağa başlanılıb. Sonralar ənənəvi idman növlərindən birinə çevrilib. Vaxtilə ümummilli lider Heydər Əliyevin diqqəti sayəsində Azərbaycanda 11 avarçəkmə klubu fəaliyyət göstərib.
Müstəqilliyin ilk illərində Mingəçevirdəki baza baxımsız hala düşsə də, dövlət başçısı İlham Əliyevin tapşırığı ilə 2010-cu ildə bu baza ən yüksək standartlara cavab verən səviyyəyə çatdırılıb. Azərbaycan Kanoe və Avar çəkmə Federasiyasinin baş katibi Fərhad Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda əsas məqsəd ölkəmizdə avarçəkmə idman növünün coğrafiyasını genişləndirmək və gəncləri bu idman növünə cəlb etməkdir.
"Bizim idmançılar üçün böyük bir stimuldur ki, belə bir tədbir Qarabağda keçirildi. Prezident cənab İlham Əliyevə buna görə təşəkkürümüzü bildiririk. Hazırda havanın soyuq olmasına baxmayaraq məşqləri idmançılarımız burda keçirir", - Fərhad Əliyev deyib.
"Beynəlxalq yarışlar məhz Suqovuşanda keçiriləcək"
© Sputnik / Emin AlisahibSuqovuşanda avarçəkmə üzrə məşqlər
Suqovuşanda avarçəkmə üzrə məşqlər - Sputnik Azərbaycan, 1920, 21.03.2022
Suqovuşanda avarçəkmə üzrə məşqlər
O qeyd edib ki, ötən gün cənab prezident İlham Əlieyev Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışında da bununla bağlı bir sıra tapşırıqlar verib.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasinin baş katibi Fərhad Əliyev bildirib ki, yaxın gələcəkdə avarçəkmənin "Kayak", "Akademik avarçəkmə" və "Kanoe" növləri üzrə beynəlxalq yarışları məhz Suqovuşanda keçiriləcək.
"Ən böyüyü hədəflərimiz dən biri, yaxın gələcəkdə avarçəkmənin "Kayak", "Akademik avarçəkmə" və "Kanoe" növləri üzrə beynəlxalq yarışların burada keçirilməsinə nail olmaqdır. Konkret olaraq may ayına bu nəzərdə tutulur. Bununla bağlı yaxın gələcəkdə tam dəqiq məlumat veriləcək", - F.Əliyev əlavə edib.
Artıq idmançılar yarışa hazırlaşır
İdmançılar da məşq prossesinin məhz burada keçirilməsindən məmnundular. Onlar bildirir ki, işğaldan azad edilən rayonda məşqlərin keçirilməsi onların sonrakı qələbəsi üçün də xüsusi əhəmiyyət daşıyır. İdmançı Darina Həsənova bildirir ki, o ötən ay bura gəlib. Müsahibimiz deyir ki, avarçəkmənin 3 əsas növü var – akademik, kayak və kanoe. Akademik avarçəkmədə idmançılar 1, 2, 4 və 8 nəfərlik qayıqlarda mübarizə aparırlar. Yarış iştirakçıları qayığı geriyə hərəkət etdirirlər. Burada qayıq həm əl, həm ayaq, həm də bədən gücü ilə və sinxron şəkildə hərəkət etdirilir.
© Sputnik / Emin AlisahibSuqovuşanda avarçəkmə üzrə məşqlər
Suqovuşanda avarçəkmə üzrə məşqlər - Sputnik Azərbaycan, 1920, 21.03.2022
Suqovuşanda avarçəkmə üzrə məşqlər
"Mingəçevir şəhərindən gəlmişəm. Suqovuşanda məşq keçirik. 2-3 həftə olar ki, burdayıq. Burda olmaq bizi çox ruhlandırır, bizə çox qürur verir. Bizim çox xoşumuza gəlir. Bura bizim tarixi torpaqlarımızdır. Erməni işğalçılarından azad edilib. Burda məşq etmək bizi daha da ruhlandırır, daha da stimul verir. Bunun üçün ölkə başçımız İlham Əliyev cənablarına minnətdarıq".
© Sputnik / Emin AlisahibFərhad Əliyev Azərbaycan Kanoe və Avar çəkmə Federasiyasinin baş katibi
Fərhad Əliyev Azərbaycan Kanoe və Avar çəkmə Federasiyasinin baş katibi - Sputnik Azərbaycan, 1920, 21.03.2022
Fərhad Əliyev Azərbaycan Kanoe və Avar çəkmə Federasiyasinin baş katibi
Turizm üçün ilkin olaraq 5 hektar ərazi ayrılıb
Dövlət başçımız İlham Əliyev ötən gün həmçinin Tərtər rayonunun Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyub. Həmin ərazidə də olduq. Burada bildirildi ki, minalardan təmizlənməsindən, dağıdılmış tikililərin qalıqlarının yığışdırılmasından, çoxillik bitkilərin budanmasından sonra burada abadlıq işlərinə başlanılacaq və əraziyə uyğun bitkilər əkiləcək.
Sözügedən ünvanda olarkən onu da öyrənirik ki, ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarı ətrafında yaradılacaq kompleksdə sahilboyu gəzinti cığırları salınacaq, oturacaqlar, söhbətgahlar quraşdırılacaq. Həmçinin burada turistlərə xidmət göstərəcək 40 nəqliyyat vasitəsi üçün avtodayanacaq, turizm məlumat mərkəzi və ictimai iaşə obyekti yaradılacaq.
Həmçinin ölkə başçısı Suqovuşanda turizminin inkişafı ilə bağlı da bir sıra addımların atılması üçün xüsusi tapşırıqlar verib. Dövlət Turizm Agentliyinin sektor müdiri Elgün Cavadov jurnalistlərə açıqlamsında bildirib ki, artıq bununla bağlı da işlərin icrasına başlanılıb. Belə ki, inşaat işlərinin aparılması üçün, ilkin olaraq 5 hektar ərazi ayrılıb. Gələcəkdə də su anbarı ətrafında olan ərazilərin abadlaşdırılması nəzərdə tutulur.
© Sputnik / Emin AlisahibDarina Həsənova idmançı
Darina Həsənova idmançı - Sputnik Azərbaycan, 1920, 21.03.2022
Darina Həsənova idmançı
"Cənab prezidentin tapşırığına əsasən biz keçən il Suqovuşanda olduq. Burada turizmin inkişafı üçün, konsepsiya hazırladıq. Həmin konsepsiyaya əsasən biz burda artıq o işlərin başlanmasını görürük. Bu ərazidə su anbarının ətrafında müxtəlif turizm zonalarının yaradılması nəzərdə tutulur. Arxada gördüyünüz hissədə istirahət yerlərinin inşası nəzər tutulub. Gələcəkdə də su anbarı ətrafında olan ərazilərin abadlaşdırılması nəzərdə tutulur. Zonalara görə burda parklama, qonaqlama və iaşə zonaları inşa olunacaq. Bütün bu inşaat işlərinin aparılması üçün, ilkin olaraq 5 hektar ərazi ayrılıb."
Qeyd edək ki, artıq cənab prezident tərəfindən burada təməl atma mərasimini olub. Zonalara görə bura gələn turistlər üçün, xüsusilə Naftalandan gələn turistlər üçün istirahət düşərgələrinin yaradılması planlaşdırılır. Xatırladaq ki, Suqovuşan Turizm Kompleksində işlər cari ilin sonunadək başa çatdırılacaq, növbəti mövsümdə turistlərə xidmət göstərəcək. Görülən işlər sübut edir ki, çox füsunkar, təkrarolunmaz təbiəti olan və tarixi abidələrlə zəngin Qarabağ bölgəsi tezliklə Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0