https://sputnik.az/20220321/serhedde-helak-olan-ermeni-esgerin-yoldaslari-saxlanilib-440354265.html
Sərhəddə həlak olan erməni əsgərin yoldaşları saxlanılıb
Sərhəddə həlak olan erməni əsgərin yoldaşları saxlanılıb
Sputnik Azərbaycan
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin bu məsələyə aidiyyatının olmadığını bildirib. Onlar günahkarı öz aralarında axtarıb və tapıblar. 21.03.2022, Sputnik Azərbaycan
2022-03-21T15:07+0400
2022-03-21T15:07+0400
2022-03-21T16:13+0400
dünya xəbərləri
ermənistan
ermənistan müdafiə nazirliyi
erməni
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1b/425307133_0:83:1600:983_1920x0_80_0_0_0c6a0ad86e943c6e1a6ecff97d08dd1f.jpg
BAKI, 21 mart - Sputnik. Ermənistanda ötən gün martın 16-da sərhəddə həlak olan əsgərin yoldaşları saxlanılıb.Sputnik Ermənistan xəbər verir ki, çağırışçı Albert Siroyan hərbi qulluq müddətinə ona təhkim olunmuş avtomatdan açılan atəş nəticəsində yaralanıb və ölüb. Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin bu məsələyə aidiyyatının olmadığını bildirib. Onlar günahkarı öz aralarında axtarıb və tapıblar. Saxlanılanlardan biri qanunla müəyyən edilmiş qaydaları pozmaqda, ikincisi isə vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir.Xatırladaq ki, martın 16-da Ermənistan ordusunun 2 hərbçisi ölüb. Onlardan biri 19 yaşlı çağırışçı Eduard Rüstəmyandır. Ermənistanın Müdafiə Nazirliyindən bildirilib ki, hüquq-mühafizə orqanları faciəvi hadisənin təfərrüatını öyrənmək üçün araşdırma aparır.Həmin gün həmçinin hərbi çağırışçı Albert Siroyanın ölüm xəbəri yayılıb.Ermənistan Müdafiə Nazirliyinin daha əvvəl bildirmişdi ki, martın 16-da saat 21:10-da Ermənistanın cənub-şərq istiqamətində yerləşən döyüş mövqelərindən birində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Albert Levonoviç Siroyanın (2002-ci il təvəllüdlü) çənəsində güllə yarası ilə meyiti aşkar edilib.Hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün araşdırma aparılır.Ermənistan Müdafiə Nazirliyi sərhədin cənub-şərq istiqamətində hərbçinin həlakının Azərbaycan Silahlı Qüvvələri ilə heç bir əlaqəsi olmadığı barədə məlumat yayıb.Xatıraladaq ki, bir müddət əvvəl Ermənistan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində baş verən insident nəticəsində iki erməni hərbçi yaralanması barədə məlumat yaymışdı. Qeyd edilib ki, onlardan biri - leytenant Qraç Manasaryan xəstəxanaya aparılarkən yolda ölüb.Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirmişdi ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində Ermənistan silahlı qüvvələrinin bir hərbi qulluqçusunun həlak olması və digərinin yaralanması barədə yayılan məlumat yalandır, heç bir əsası yoxdur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220317/ermenistanda-bir-gunde-iki-herbci-muemmali-sekilde-olub-440251025.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1b/425307133_90:0:1510:1065_1920x0_80_0_0_294f05e708b4080e55673c7e575a5f50.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, ermənistan müdafiə nazirliyi, erməni
ermənistan, ermənistan müdafiə nazirliyi, erməni
Sərhəddə həlak olan erməni əsgərin yoldaşları saxlanılıb
15:07 21.03.2022 (Yenilənib: 16:13 21.03.2022) Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin bu məsələyə aidiyyatının olmadığını bildirib. Onlar günahkarı öz aralarında axtarıb və tapıblar.
BAKI, 21 mart - Sputnik. Ermənistanda ötən gün martın 16-da sərhəddə həlak olan əsgərin yoldaşları saxlanılıb.
Sputnik Ermənistan xəbər verir ki, çağırışçı Albert Siroyan hərbi qulluq müddətinə ona təhkim olunmuş avtomatdan açılan atəş nəticəsində yaralanıb və ölüb.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin bu məsələyə aidiyyatının olmadığını bildirib. Onlar günahkarı öz aralarında axtarıb və tapıblar.
Saxlanılanlardan biri qanunla müəyyən edilmiş qaydaları pozmaqda, ikincisi isə vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir.
Xatırladaq ki, martın 16-da Ermənistan ordusunun 2 hərbçisi ölüb.
Onlardan biri 19 yaşlı çağırışçı Eduard Rüstəmyandır. Ermənistanın Müdafiə Nazirliyindən bildirilib ki, hüquq-mühafizə orqanları faciəvi hadisənin təfərrüatını öyrənmək üçün araşdırma aparır.
Həmin gün həmçinin hərbi çağırışçı Albert Siroyanın ölüm xəbəri yayılıb.
Ermənistan Müdafiə Nazirliyinin daha əvvəl bildirmişdi ki, martın 16-da saat 21:10-da Ermənistanın cənub-şərq istiqamətində yerləşən döyüş mövqelərindən birində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Albert Levonoviç Siroyanın (2002-ci il təvəllüdlü) çənəsində güllə yarası ilə meyiti aşkar edilib.
Hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün araşdırma aparılır.
Ermənistan Müdafiə Nazirliyi sərhədin cənub-şərq istiqamətində hərbçinin həlakının Azərbaycan Silahlı Qüvvələri ilə heç bir əlaqəsi olmadığı barədə məlumat yayıb.
Xatıraladaq ki, bir müddət əvvəl Ermənistan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində baş verən insident nəticəsində iki erməni hərbçi yaralanması barədə məlumat yaymışdı. Qeyd edilib ki, onlardan biri - leytenant Qraç Manasaryan xəstəxanaya aparılarkən yolda ölüb.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirmişdi ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində Ermənistan silahlı qüvvələrinin bir hərbi qulluqçusunun həlak olması və digərinin yaralanması barədə yayılan məlumat yalandır, heç bir əsası yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.