SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanda bir gündə iki hərbçi müəmmalı şəkildə ölüb

© SputnikErməni dəbilqəsi
Erməni dəbilqəsi - Sputnik Azərbaycan, 1920, 17.03.2022
Abunə olmaq
Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, hüquq-mühafizə orqanları faciəvi hadisənin təfərrüatını öyrənmək üçün araşdırma aparır.
BAKI, 17 mart — Sputnik. Ermənistan ordusunun əsgəri, 19 yaşlı çağırışçı Eduard Rüstəmyan ölüb.
Sputnik Ermənistan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hüquq-mühafizə orqanları faciəvi hadisənin təfərrüatını öyrənmək üçün araşdırma aparır.
Xatırladaq ki, bu, Ermənistan ordusunda bir gündə ikinci əsgər ölümüdür. Daha əvvəl hərbi çağırışçı Albert Siroyanın ölüm xəbəri yayılmışdı.
Ermənistan Müdafiə Nazirliyinin daha əvvəl bildirmişdi ki, martın 16-da saat 21:10-da Ermənistanın cənub-şərq istiqamətində yerləşən döyüş mövqelərindən birində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Albert Levonoviç Siroyanın (2002-ci il təvəllüdlü) çənəsində güllə yarası ilə meyiti aşkar edilib.
Hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün araşdırma aparılır.
Ermənistan Müdafiə Nazirliyi sərhədin cənub-şərq istiqamətində hərbçinin həlakının Azərbaycan Silahlı Qüvvələri ilə heç bir əlaqəsi olmadığı barədə məlumat yayıb.
Xatıraladaq ki, bir müddət əvvəl Ermənistan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində baş verən insident nəticəsində iki erməni hərbçi yaralanması barədə məlumat yaymışdı. Qeyd edilib ki, onlardan biri - leytenant Qraç Manasaryan xəstəxanaya aparılarkən yolda ölüb.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirmişdi ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində Ermənistan silahlı qüvvələrinin bir hərbi qulluqçusunun həlak olması və digərinin yaralanması barədə yayılan məlumat yalandır, heç bir əsası yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0