https://sputnik.az/20220320/meyxanacilari-mehve-surukleyen-sebebler-otlar-onlarin-tebine-nece-tesir-edir-440313262.html
Meyxanaçıları məhvə sürükləyən səbəblər: Otlar onların təbinə necə təsir edir?
Meyxanaçıları məhvə sürükləyən səbəblər: Otlar onların təbinə necə təsir edir?
Sputnik Azərbaycan
Müxtəlif hallandırıcı bitkilər hələ meyxananın qadağan edildiyi sovet dövründə belə meyxana aləmində populyar idi. 20.03.2022, Sputnik Azərbaycan
2022-03-20T08:50+0400
2022-03-20T08:50+0400
2022-03-20T08:50+0400
meyxana
yazarlar
https://cdnn1.img.sputnik.az/img/41983/97/419839782_0:0:1088:611_1920x0_80_0_0_652ec8562433391ccbd2ba12aaf5c895.jpg
Bu günlərdə Bakıxanov qəsəbəsində keçirilən toy məclislərinin birində meyxanaçılar arasında dava düşməsi barədə məlumat yayılmışdı və o da əlavə olunmuşdu ki, tərəflər aralarındakı haqq-hesabı tam çürüdə bilməyiblər deyə yenidən görüşəcəklər.Sanki ədəbiyyat, poeziya adamları barədə yox, oğru aləmi ilə bağlı məlumat oxuyursan.Nədir meyxana? Meyxana sənəti kriminal aləmlə, narkotik dünyası ilə niyə bu qədər bağlıdır? Ədəbiyyatın xüsusi istedad tələb edən bu unikal istiqamətini çirkləndirən nədir? Meyxananın tarixi ilə bağlı müxtəlif, hətta bir-birinə zidd olan fikirlər var. Bəziləri onun tarixinin yüz illər öncəyə getdiyini deyir, digərləri isə bu bədahətən şeir qoşma sənətini XVIII əsrin məhsulu hesab edir. Bəzi mənbələrdə onun “meyxana” adlandırılması mey olan məclislərdə formalaşması ilə əlaqələndirilir. Digərləri isə sözün etimologiyasını başqa cür şərh edir. Məsələn, professor Nizami Tağısoy yazır: “Mey - eşq şərabı deməkdir. Mey meyxanaya aparan yol, vasitədir. Mey yerdən göyə doğru hərəkət, çirkabdan paklığa, insanın təkamülə doğru uçuşu, hər cür bağlılıqdan azadolma, nicattapma yoludur. Mey çaxır demək deyil, ərəbcə çaxır “xəmir” deməkdir. Mey sözünün digər bir mənası “məğanın çırağı”, “məğanın atəşi” deməkdir. Mey əksər hallarda göz yaşı, eşq, məhəbbət mənasını verir. Mey-eşqin qələbə çalması, qalibiyyət, eşqin ürəkdə qovğa etməsi, şur etməsi, həyəcandır. Mey-can deməkdir. Ruh eşqin peymanəsidir”.Bir başqası meyxananın əslində “bədiyyə” adlandılmalı olduğu üzərində israr edir və s.***İstənilən halda meyxana mey olan məclislərdə deyilirdi və onu deyənlər əksər hallarda bu meyin təsiri altında olurdu. Ən yaxşı halda, meyin.Bəli, təəssüf ki, müxtəlif hallandırıcı bitkilər hələ meyxananın qadağan edildiyi sovet dövründə belə meyxana aləmində populyar idi.Gecə yarısına qədər mağarlarda söz ustadlarını cuşa gətirən təkcə ilham pəriləri və meyxana xiridarlarının fitvası yox, həm də hansısa maddələr idi. Məsələn, otların onların təbinə necə təsir etdiyini deyə bilməsək də, neçə-neçə istedadlı şairi məhvə sürüklədiyinə şübhə yoxdur.Meyxana aləmində, görünür, həm də elə buna görədir ki, kriminal hadisələr də adi haldır. O vaxt da, elə indi də.Meyxanaya xüsusi üslub gətirən, onu Ağasəlim Çıldaqdan sonra xüsusi miqyasda tanıdan, musiqili meyxana janrının banisi kimi tanınan Nizami Rəmzi ilə Kəbirin məhz yol qəzasında ölümü ilə bağlı indiyədək müxtəlif skeptik fikirlər var.90-cı illərin ən istedadlı gənclərindən biri maştağalı Elçin isə öz dostu, həmkarı Məşədibaba tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Bu hadisə ilə bağlı da müəmmalar var: şayiələrə görə əslində, Elçin Məşədibabanın vurduğu bıçaq zərbəsindən yox, saatlarla maşında gəzdirilərək xəstəxanaya aparılmaması ucbatından dünyasını dəyişib.İşə bax ki, çox sonralar Məşədibaba da faciəli ölümün qurbanı olacaq – özünü yandıraraq intihar edəcəkdi...Mirsadıx Maştağalı, Bayram Kürdəxanılı isə yol qəzasında dünyasını dəyişib.Son dövrlərin ən istedadlılarından olan Aydın Xırdalanlı və Vüqar Biləcərili isə narkotikin güdazına gediblər.Beləcə, şifahi ədəbiyyatın bu özünəməxsus koloritləri ilə seçilən sahəsi zaman-zaman çağdaş dünyaya uyğunlaşma, modernləşmə yaşasa da, hələ də istedadlı gənclərin özünü inkişaf etdirmək əvəzinə narkotik aludəçinə çevrilməsi əlahəzrət acı faktdır. Məsələn, 2000-ci illərin əvvəllərində ilk “De gəlsin” müsabiqəsində üzə çıxan və sürətlə parlayan Aydın Xırdalanlı əruz vəzninin mahir bilicisi, fikirlərini nəzmə çəkməkdə dərin istedad sahibi idi. Ancaq görünür, toylardan axan pullar, kütlənin sevgisini idarə etmək, bu axında nəinki inkişaf etmək sağ qalmaq da çətindir - əgər şəxsiyyət yetkin deyilsə...
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Vüsal Məmmədov
https://cdnn1.img.sputnik.az/img/42248/31/422483197_0:0:843:842_100x100_80_0_0_b2c009096775e448ad1902823354d0cf.jpg
Vüsal Məmmədov
https://cdnn1.img.sputnik.az/img/42248/31/422483197_0:0:843:842_100x100_80_0_0_b2c009096775e448ad1902823354d0cf.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41983/97/419839782_0:0:960:720_1920x0_80_0_0_4abc929463ae23ecb84c677eb7ee9e58.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Vüsal Məmmədov
https://cdnn1.img.sputnik.az/img/42248/31/422483197_0:0:843:842_100x100_80_0_0_b2c009096775e448ad1902823354d0cf.jpg
meyxana
Meyxanaçıları məhvə sürükləyən səbəblər: Otlar onların təbinə necə təsir edir?
Müxtəlif hallandırıcı bitkilər hələ meyxananın qadağan edildiyi sovet dövründə belə meyxana aləmində populyar idi.
Bu günlərdə Bakıxanov qəsəbəsində keçirilən toy məclislərinin birində meyxanaçılar arasında dava düşməsi barədə məlumat yayılmışdı və o da əlavə olunmuşdu ki, tərəflər aralarındakı haqq-hesabı tam çürüdə bilməyiblər deyə yenidən görüşəcəklər.
Sanki ədəbiyyat, poeziya adamları barədə yox, oğru aləmi ilə bağlı məlumat oxuyursan.
Nədir meyxana? Meyxana sənəti kriminal aləmlə, narkotik dünyası ilə niyə bu qədər bağlıdır? Ədəbiyyatın xüsusi istedad tələb edən bu unikal istiqamətini çirkləndirən nədir?
Meyxananın tarixi ilə bağlı müxtəlif, hətta bir-birinə zidd olan fikirlər var. Bəziləri onun tarixinin yüz illər öncəyə getdiyini deyir, digərləri isə bu bədahətən şeir qoşma sənətini XVIII əsrin məhsulu hesab edir. Bəzi mənbələrdə onun “meyxana” adlandırılması mey olan məclislərdə formalaşması ilə əlaqələndirilir. Digərləri isə sözün etimologiyasını başqa cür şərh edir. Məsələn, professor Nizami Tağısoy yazır:
“Mey - eşq şərabı deməkdir. Mey meyxanaya aparan yol, vasitədir. Mey yerdən göyə doğru hərəkət, çirkabdan paklığa, insanın təkamülə doğru uçuşu, hər cür bağlılıqdan azadolma, nicattapma yoludur. Mey çaxır demək deyil, ərəbcə çaxır “xəmir” deməkdir. Mey sözünün digər bir mənası “məğanın çırağı”, “məğanın atəşi” deməkdir. Mey əksər hallarda göz yaşı, eşq, məhəbbət mənasını verir. Mey-eşqin qələbə çalması, qalibiyyət, eşqin ürəkdə qovğa etməsi, şur etməsi, həyəcandır. Mey-can deməkdir. Ruh eşqin peymanəsidir”.
Bir başqası meyxananın əslində “bədiyyə” adlandılmalı olduğu üzərində israr edir və s.
İstənilən halda meyxana mey olan məclislərdə deyilirdi və onu deyənlər əksər hallarda bu meyin təsiri altında olurdu. Ən yaxşı halda, meyin.
Bəli, təəssüf ki, müxtəlif hallandırıcı bitkilər hələ meyxananın qadağan edildiyi sovet dövründə belə meyxana aləmində populyar idi.
Gecə yarısına qədər mağarlarda söz ustadlarını cuşa gətirən təkcə ilham pəriləri və meyxana xiridarlarının fitvası yox, həm də hansısa maddələr idi. Məsələn, otların onların təbinə necə təsir etdiyini deyə bilməsək də, neçə-neçə istedadlı şairi məhvə sürüklədiyinə şübhə yoxdur.
Meyxana aləmində, görünür, həm də elə buna görədir ki, kriminal hadisələr də adi haldır. O vaxt da, elə indi də.
Meyxanaya xüsusi üslub gətirən, onu Ağasəlim Çıldaqdan sonra xüsusi miqyasda tanıdan, musiqili meyxana janrının banisi kimi tanınan Nizami Rəmzi ilə Kəbirin məhz yol qəzasında ölümü ilə bağlı indiyədək müxtəlif skeptik fikirlər var.
90-cı illərin ən istedadlı gənclərindən biri maştağalı Elçin isə öz dostu, həmkarı Məşədibaba tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Bu hadisə ilə bağlı da müəmmalar var: şayiələrə görə əslində, Elçin Məşədibabanın vurduğu bıçaq zərbəsindən yox, saatlarla maşında gəzdirilərək xəstəxanaya aparılmaması ucbatından dünyasını dəyişib.
İşə bax ki, çox sonralar Məşədibaba da faciəli ölümün qurbanı olacaq – özünü yandıraraq intihar edəcəkdi...
Mirsadıx Maştağalı, Bayram Kürdəxanılı isə yol qəzasında dünyasını dəyişib.
Son dövrlərin ən istedadlılarından olan Aydın Xırdalanlı və Vüqar Biləcərili isə narkotikin güdazına gediblər.
Beləcə, şifahi ədəbiyyatın bu özünəməxsus koloritləri ilə seçilən sahəsi zaman-zaman çağdaş dünyaya uyğunlaşma, modernləşmə yaşasa da, hələ də istedadlı gənclərin özünü inkişaf etdirmək əvəzinə narkotik aludəçinə çevrilməsi əlahəzrət acı faktdır. Məsələn, 2000-ci illərin əvvəllərində ilk “De gəlsin” müsabiqəsində üzə çıxan və sürətlə parlayan Aydın Xırdalanlı əruz vəzninin mahir bilicisi, fikirlərini nəzmə çəkməkdə dərin istedad sahibi idi. Ancaq görünür, toylardan axan pullar, kütlənin sevgisini idarə etmək, bu axında nəinki inkişaf etmək sağ qalmaq da çətindir - əgər şəxsiyyət yetkin deyilsə...