https://sputnik.az/20220319/azerbaycanin-iki-bokscusu-avropa-cempionatinda-medali-temin-edib-440325465.html
Azərbaycanın iki boksçusu Avropa çempionatında medalı təmin edib
Azərbaycanın iki boksçusu Avropa çempionatında medalı təmin edib
Sputnik Azərbaycan
O, yarımfinalda ermənistanlı Artur Şahbazyanla üz-üzə gələcək. Bu qarşılaşma martın 20-də baş tutacaq. 19.03.2022, Sputnik Azərbaycan
2022-03-19T19:55+0400
2022-03-19T19:55+0400
2022-03-19T19:55+0400
idman
boks
boks federasiyası
boks turniri
https://cdnn1.img.sputnik.az/img/42216/17/422161750_0:160:3073:1888_1920x0_80_0_0_80339d742b0b10dd2d460c06c8b03e67.jpg
BAKI, 19 mart - Sputnik. Azərbaycan yığmasının daha bir idmançısı Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinə yüksəlib. Bu uğura milli üzvü Cəlal Qurbanov (63,5 kq) imza atıb.Yere Niemelainen (Finlandiya) və Nik Nikolovu (Sloveniya) mübarizədən kənarlaşdıran boksçumuz 1/4 finalda İqor Kovtundan (Ukrayna) da güclü olub. O, rəqibini 5:0 (29:28, 29:28, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək, üçüncü döyüşündən də qalib ayrılıb. Bununla da Qurbanov özü üçün ən azı bürünc medalı təmin edib.O, yarımfinalda ermənistanlı Artur Şahbazyanla üz-üzə gələcək. Bu qarşılaşma martın 20-də baş tutacaq.Qeyd edək ki, Cəlal Qurbanovdan öncə Nicat Hüseynov (51 kq) da Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb. 1/4 final mərhələsinin axşam seansında isə 3 təmsilçimiz rinqə çıxacaq.***Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatında 1/4 final görüşlərinə start verilib.Apasport.az saytının məlumatına görə, bu mərhələdə mübarizə aparan Azərbaycan millisinin boksçularından ilk olaraq rinqə Nicat Hüseynov (51 kq) çıxıb.O, yarımfinala gedən yolda Antonio Payva (İrlandiya) ilə üz-üzə gəlib. Rəqibindən üstün döyüş nümayiş etdirən Hüseynov 5:0 (30:27, 30:26, 29:28, 30:27, 29:28) hesablı qələbəyə sevinib. Nicat bu qələbə sayəsində yarımfinala adlamaqla yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib.Boksçumuz növbəti qarşılaşmasında türkiyəli Mehmethan Çinarla döyüşəcək. Bu görüş martın 20-də olacaq.Qeyd edək ki, 1/4 final mərhələsi çərçivəsində bu gün daha 4 boksçumuz rinqə çıxacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42216/17/422161750_170:0:2901:2048_1920x0_80_0_0_f53429e0f1b7ef58aa3881aa33ff2b70.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
boks, boks federasiyası, boks turniri
boks, boks federasiyası, boks turniri
Azərbaycanın iki boksçusu Avropa çempionatında medalı təmin edib
O, yarımfinalda ermənistanlı Artur Şahbazyanla üz-üzə gələcək. Bu qarşılaşma martın 20-də baş tutacaq.
BAKI, 19 mart - Sputnik. Azərbaycan yığmasının daha bir idmançısı Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinə yüksəlib. Bu uğura milli üzvü Cəlal Qurbanov (63,5 kq) imza atıb.
Yere Niemelainen (Finlandiya) və Nik Nikolovu (Sloveniya) mübarizədən kənarlaşdıran boksçumuz 1/4 finalda İqor Kovtundan (Ukrayna) da güclü olub. O, rəqibini 5:0 (29:28, 29:28, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək, üçüncü döyüşündən də qalib ayrılıb. Bununla da Qurbanov özü üçün ən azı bürünc medalı təmin edib.
O, yarımfinalda ermənistanlı Artur Şahbazyanla üz-üzə gələcək. Bu qarşılaşma martın 20-də baş tutacaq.
Qeyd edək ki, Cəlal Qurbanovdan öncə Nicat Hüseynov (51 kq) da Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb. 1/4 final mərhələsinin axşam seansında isə 3 təmsilçimiz rinqə çıxacaq.
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatında 1/4 final görüşlərinə start verilib.
Apasport.az saytının məlumatına görə, bu mərhələdə mübarizə aparan Azərbaycan millisinin boksçularından ilk olaraq rinqə Nicat Hüseynov (51 kq) çıxıb.
O, yarımfinala gedən yolda Antonio Payva (İrlandiya) ilə üz-üzə gəlib. Rəqibindən üstün döyüş nümayiş etdirən Hüseynov 5:0 (30:27, 30:26, 29:28, 30:27, 29:28) hesablı qələbəyə sevinib. Nicat bu qələbə sayəsində yarımfinala adlamaqla yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib.
Boksçumuz növbəti qarşılaşmasında türkiyəli Mehmethan Çinarla döyüşəcək. Bu görüş martın 20-də olacaq.
Qeyd edək ki, 1/4 final mərhələsi çərçivəsində bu gün daha 4 boksçumuz rinqə çıxacaq.