https://sputnik.az/20220317/qar-avtomobil-yollarinda-cetinlikler-yaradib---foto-440254162.html
Qar avtomobil yollarında çətinliklər yaradıb - FOTO
Qar avtomobil yollarında çətinliklər yaradıb - FOTO
Sputnik Azərbaycan
Digər avtomobil yollarında da sürücülərlə profilaktik söhbətlər aparılır, yollarda olan vəziyyət barədə onlara məlumat verilir 17.03.2022, Sputnik Azərbaycan
2022-03-17T21:44+0400
2022-03-17T21:44+0400
2022-03-17T21:44+0400
qar
cəmiyyət
yol
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438223944_0:0:3128:1761_1920x0_80_0_0_d40c846f877201958de52f08758f7ac6.jpg
BAKI, 17 mart — Sputnik. Azərbaycanda yağan qar avtomobil yollarında çətinliklər yaradıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.Bildirilib ki, respublikanın bir sıra rayonlarında qarın yağması ilə əlaqədar DYP tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.Hazırda BDYPİ-yə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının əməkdaşları tərəfindən yol təsərrüfatı işçiləri ilə birgə Muğanlı-İsmayıllı yolunun Basqal qəsəbəsi ərazisində, eləcə də Bakı-Şamaxı-Yevlax yolunun "Muğanlı dairəsi" adlanan hissəsində qarın yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması üçün tədbirlər görülür, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərilir.Bununla yanaşı, digər avtomobil yollarında da sürücülərlə profilaktik söhbətlər aparılır, yollarda olan vəziyyət barədə onlara məlumat verilir."Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək hava şəraitini düzgün qiymətləndirməyi, qar yağan bölgələrə səfərlər zamanı zəruri ehtiyat tədbirləri görməyi xahiş edir", - İdarədən bildirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220316/qar-ve-duman-agsu-dolaylarinda-hereketi-cetinlesdirib---video-440196683.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438223944_349:0:2864:1886_1920x0_80_0_0_9bc72a41d08094cfadc6f551d6b3cc94.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qar, yol
Qar avtomobil yollarında çətinliklər yaradıb - FOTO
Digər avtomobil yollarında da sürücülərlə profilaktik söhbətlər aparılır, yollarda olan vəziyyət barədə onlara məlumat verilir
BAKI, 17 mart — Sputnik. Azərbaycanda yağan qar avtomobil yollarında çətinliklər yaradıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, respublikanın bir sıra rayonlarında qarın yağması ilə əlaqədar DYP tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.
Hazırda BDYPİ-yə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının əməkdaşları tərəfindən yol təsərrüfatı işçiləri ilə birgə Muğanlı-İsmayıllı yolunun Basqal qəsəbəsi ərazisində, eləcə də Bakı-Şamaxı-Yevlax yolunun "Muğanlı dairəsi" adlanan hissəsində qarın yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması üçün tədbirlər görülür, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərilir.
Bununla yanaşı, digər avtomobil yollarında da sürücülərlə profilaktik söhbətlər aparılır, yollarda olan vəziyyət barədə onlara məlumat verilir.
"Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək hava şəraitini düzgün qiymətləndirməyi, qar yağan bölgələrə səfərlər zamanı zəruri ehtiyat tədbirləri görməyi xahiş edir", - İdarədən bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.