Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Qar və duman Ağsu dolaylarında hərəkəti çətinləşdirib - Video

Abunə olmaq
Ötən gecədən başlayaraq Şamaxı və İsmayıllı rayonlarına yağan güclü qar ölkə əhəmiyyətli və rayon daxili yollarda nəqliyyatın hərəkətində bir müddət məhdudiyyət yaradıb.
Qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı və Pirqulu yolunda, Ağsu aşırımında avtomobillərin hərəkətində çətinliklər yaradıb.
Səhər saatlarından başlayaraq İsmayıllı və Şamaxı Yol İstismar İdarələrinin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub, hazırda yolun qardan təmizlənməsi işləri görülür, nəqliyyatın hərəkəti qismən bərpa olunub.
Bu gün axşam saatlarında yolun buz bağlayacağı gözlənilir, bu məqsədlə qarın təmizlənməsi, yola düz və qumun səpilməsi işləri davam etdirilir.
Xəbər lenti
0