CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şuşada ilk yaşayış kompleksinin tikintisinə başlanılır

Şuşa - Sputnik Azərbaycan, 1920, 16.03.2022
Abunə olmaq
Qeyd olunub ki, açıq tenderdə tikinti işlərini yerinə yetirmək üçün qanunvericiliyə uyğun olaraq lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik bütün şirkətlər qatıla bilər.
BAKI, 16 mart — Sputnik. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə ilk yaşayış kompleksinin tikintisinə başlayır. Bu barədə Sputnik Azərbaycan-a İdarədən məlumat verilib.
Bildirilib ki, 6 blokluq yaşayış kompleksi 24 binadan ibarət olacaq və tender ilk iki blokun tikintisini üçün keçirilir. Yaşayış kompleksi şəhərin yuxarı hissində, tanınmış "Realnı" məktəbinin yaxınlığında yerləşən 8 hektarlıq sahədə tikiləcək.
Qeyd olunub ki, açıq tenderdə tikinti işlərini yerinə yetirmək üçün qanunvericiliyə uyğun olaraq lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik bütün şirkətlər qatıla bilər.
"Tender elanı ilə etender.gov.az portalında tanış olmaq olar. Tenderdə iştirak etmək istəyən təşkilatlar şərtlər toplusunu aldıqdan sonra elanda qeyd olunan ünvana tələb olunan hüquqi sənədlərlə birgə öz təkliflərini ikiqat qapalı zərfdə təqdim edə bilərlər", - məlumadta bildirilib.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib. Bu şəhəri qəhrəman Azərbaycan əsgərləri, Xüsusi Təyinatlı Qüvvələrin hərbçiləri bir güllə atmadan, qayalıqları dırmanaraq, düşmənlə əlbəyaxa döyüşə girərək azad ediblər.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 7 noyabrda şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursatla Şuşaya daxil olublar. Onlar tezliklə erməni qoşunlarını şəhərdən qovublar və 8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan edib.
Lakin Ermənistan rəhbərliyi bunu təkzib ediblər. Buna baxmayaraq, ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi şəhərdən video yayımlayıb və Şuşanın tamamilə Azərbaycanın nəzarətində olduğunu təsdiqləyib. Elə həmin gün Qondarma Dağlıq Qarabağ Respublikasının Prezident Aparatı separatçı qüvvələrin Şuşanın nəzarətini itirdirdiklərini etiraf ediblər.
Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıdakı Şəhidlər xiyabanından xalqa müraciətində açıqlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Şuşada qədim qala divarları - Sputnik Azərbaycan, 1920, 28.02.2022
MƏDƏNİYYƏT
Şuşa cəngavərlərinin adları Azərbaycan Milli Ensiklopediyasına salınacaq
Xəbər lenti
0