Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Şuşa cəngavərlərinin adları Azərbaycan Milli Ensiklopediyasına salınacaq

© Sputnik / Mihail Voskresenskiy / Fotobanka keçməkŞuşada qədim qala divarları
Şuşada qədim qala divarları - Sputnik Azərbaycan, 1920, 28.02.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
"Xarı bülbülün vətəni – Şuşa" adlı sərginin nümayişindən sonra kataloqun da nəşri nəzərdə tutulur.
BAKI, 28 fevral — Sputnik. Şuşa cəngavərlərinin adları Azərbaycan Milli Ensiklopediyasına salınacaq.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
Bildirilib ki, akademiyanın elmi müəssisələrində "Şuşa ili" çərçivəsində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Artıq AMEA-nın Rəyasət Heyəti tərəfindən təsdiqlənmiş tədbirlər planına respublika və beynəlxalq elmi konfranslarının, dəyirmi masaların, elmi sessiyaların, müsabiqələrin keçirilməsi, sərgilərin təşkili, kitab və monoqrafiyaların nəşri və s. daxildir.
"Şuşa ili" çərçivəsində N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Şuşada fəaliyyət göstərmiş Xurşidbanu Natəvan adına Qarabağ filialının bərpası və yenidənqurulması nəzərdə tutulur. Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu isə azad onlayn ensiklopediya olan Vikipediyada türk, ərəb, fars və çin dillərində Şuşa haqqında ətraflı məlumatlar yerləşdirməyi planlaşdırır.
İdarəetmə Sistemləri İnstitutu "Şuşa ili" çərçivəsində Şuşa şəhərində müasir şəhərsalma konsepsiyasının reallaşdırılması məqsədilə elektron xəritələrin, verilənlər bazasının yaradılması və onların idarə olunması üçün intellektual üsulların, alqoritmlər və sistemlərin işlənilməsi, Şuşa şəhəri və ətraf rayonlarda "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyasının reallaşdırılması məqsədilə Əşyalar İnterneti əsasında intellektual idarəetmə, monitorinq və nəzarət sistemlərinin yaradılması kimi layihələri həyata keçirəcək. "Şuşa şəhəri" ensiklopediyasının hazırlanması və nəşri, Şuşa şəhərində yeni seysmoloji stansiyanın quraşdırılması da planlaşdırılır.
Həsən Əliyev adına Coğrafiya İnstitutu Şuşa rayonu və ətraf ərazilərin xəritə-albom atlasını hazırlayacaq, həmçinin Şuşa şəhəri üzrə CİS texnologiyasının köməkliyi ilə turizm rayonlaşdırlması və turizm marşrutlarının təşkilini həyata keçirəcək. Torpaqşünaslıq və Aqrokimya İnstitutu geoinformasiya texnologiyaları əsasında Şuşa rayonu və ətraf ərazilərin torpaqlarının milli və beynəlxalq təsnifatının hazırlanması, torpaqların və su təminatı şəbəkəsinin rəqəmsal xəritələşdirilməsi layihəsini reallaşdıracaq.
Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu isə Şuşa rayonunun əhalinin daha uzun və sağlam ömür sürdüyü "mavi zonalar" kateqoriyasına daxil olma potensialını araşdıracaq.
"Şuşa ili" çərçivəsində Azərbaycan Milli Ensiklopediyasının növbəti nəşrlərinə Şuşa şəhərinin azad olunmasında qəhrəmanlıq göstərmiş hərbçilər və həlak olanlar haqqında bioqrafik məqalələrin, o cümlədən müvafiq materialların daxil edilməsi nəzərdə tutulur. Həmçinin, şuşalı yazarların əsərlərinin, onlar haqqında monoqrafiyaların, o cümlədən əlyazmalar, mənbələr və arxiv sənədləri əsasında "Şuşanın görkəmli şəxsiyyətləri" haqqında kollektiv monoqrafiyanın nəşri də planlaşdırılır.
"Şuşa ili" çərçivəsində eləcə də "Şuşa tarixi haqqında sənəd və materiallar toplusu" və Şuşa rayonu və ətraf ərazilərin bioloji müxtəlifliyinə, nadir və itməkdə olan növlərə, torpaq və su ehtiyatlarına həsr edilmiş kitab və buklet nəşr olunacaq. "Xarı bülbülün vətəni – Şuşa" adlı sərginin nümayişindən sonra kataloqun da nəşri nəzərdə tutulur.
Bu il həm də Azıx mağarasında qədim insan çənəsini kəşf etmiş görkəmli arxeoloq Məmmədəli Hüseynovun 100 yaşı tamam olur. Bu əlamətdar yubileylə bağlı beynəlxalq konfransın keçirilməsi də "Şuşa ili" çərçivəsində baş tutacaq tədbirlər sırasındadır. (Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0