Qəzalı binalar sökülüb, amma sakinlərin problemi həll olunmayıb
© Sputnik / Rahim MammadovGoranboyda qəzalı bina
© Sputnik / Rahim Mammadov
Abunə olmaq
Goranboyun Məmməd Məhərrəmov, Cəfər Cabbarlı və Dəlimmədli şəhəri Tofiq Əkbəri küçələrində sökülən binaların 51 sakininə ödənilməli olan 250 manat kirayə pulu da kəsilib.
BAKI, 16 mart — Sputnik. İnsanların rahatlığı, şəhər və rayonların müasir görnüşü üçün bölgələrdə sürətli işlər aparılır. Parklar salınır, yeni hündür mərtəbəli binalar inşa edilir. İllər öncə tikilən, bu günlərdə ömrünü başa vuran köhnə, yaşayışçılar üçün təhlükəli binalar yeniləri ilə əvəzlənir. Amma bəzən görülən işlərdə yaranan ləngimələr sakinlərin əhvalını korlayır.
Sputnik Azərbaycan xəbər verir ki, Goranboyda qəzalı binaların sakinləri 3 aydır kirayə pullarını ala bilmirlər. 50 ildən artıqdır inşa edilən binalar bir neçə müddət idi qəzalı vəziyyətə düşüb. Sakinlərin adiyyatı qurumlara etdikləri müraciətdən sonra, onlar ötən ilin yay aylarından kirayə mənzillərə köçürülüb. Məmməd Məhərrəmov küçəsi bina 14-ün sakini Məsumə İbrahimova Sputnik Azərbaycan-ın bölgə müxbiri söhbətində bildirib ki, sonuncu dəfə onlara dövlət tərəfindən ödənilməli olan kirayə pulunu yanvar ayında alıb:
© Sputnik / Rahim MammadovGoranboyda qəzalı bina
Goranboyda qəzalı bina
© Sputnik / Rahim Mammadov
"Günbəgün binada çatlar artırdı, yağışda, küləkdə həyəcan keçirirdik ki, bu dəqiqə uçacaq. Aidiyyatı qurumlara binamızın vəziyyəti barədə müraciət etdik. Ötən ilin iyul ayının 3-də gəldilər binamızın qazını, işığını kəsdilər, bizi çıxardılar. Məmməd Məhərrəmov 14 ünvanında yerləşən binada 12 ailə yaşayırdı. Elə o vaxtdan kirayələrdəyik. Neçə aylardır gəlirik baxırıq nə bina tikilir, nə bir irəlləyiş var, heç nə yoxdur. Kirayə pulu da verilmir, ev də tikilimir. Qalmışıq çöllərdə, kirayələrdə. Sonuncu dəfə yanvar ayının pulunu veriblər. Fevral, mart qalıb hələ. Müraciət edirik İcra Hakimiyyətinə deyirlər Bakıya yazmışıq. Nə Bakıdakılar xəbər verir bizə, nə də burdakılar. Çaş -baş qalmışıq, bilmirik kimin üstünə gedək. Dərdimizi kimə deyək?"
© Sputnik / Rahim MammadovGoranboyda qəzalı bina
Goranboyda qəzalı bina
© Sputnik / Rahim Mammadov
Goranboy rayonunun Cəfər Cabbarlı, həmçinin Məmməd Məhərrəmov 14 ünvanındakı 2 mərtəbəli binalar tamamilə sökülsə də Məmməd Məhərrəmov 22-də söküntü işləri yarımçıq qalıb. Həmin binada bir nömrəli evin sahibi Şəhla Əhmədova fikirlərini Sputnik Azərbaycan-ın müxbiri ilə bölüşüb:
"Goranboy rayonu Məmməd Məhərrəmov 22 ünvanında yerləşən ikimərtəbəli binanın 8 sakinindən biri də mənəm. Bizim də həmin vaxtı başımızın üstünü kəsdilər ki, tez olun, biz də tələsik çıxdıq. Sakinlər çıxıb gəldilər, binanın içini dağıtdılar, indi elə də qalıb. Söküntü işi aparılmır. Yeni mənzil tikilmir. İndi də biz qalmışıq kirayələrdə. Konkret olaraq biz evimizi tələb edirik. Kirayə pulunu da kəsiblər, pensiyanı veririk ev sahibinə ki, bizi bayıra atmasın. Keçən həftə getdik icraya, dedilər ayın 5-nə qədər pul veriləcək, gözlədik gəlmədi. Fevral, mart ayları ödənməli olan 250 manat kirayə pulu verilməyib. Çox çətindir bizim üçün".
© Sputnik / Rahim MammadovGoranboyda qəzalı bina sakinləri
Goranboyda qəzalı bina sakinləri
© Sputnik / Rahim Mammadov
Sakinlərin probleminin həllini Goranboy rayon İcra Hakimiyyətində axtardıq. Qurumun Memarlıq və tikinti şöbəsinin məsləhətçisi Etiqad Kərimov Sputnik Azərbaycan-a gecikməyə səbəb büdcənin mart ayının axrına qədər təsdiqlənməsini göstərdi. Həmçinin yaxın günlərdə problemin həll olunacağını dedi:
"Sakinlərin kirayə haqqı 2 aydır qalıb. Bununla bağlı Nazirlər Kabineti ilə əlaqə saxlamışıq. Bizə məlumat verilib ki, ünvanladığımız məktubun üstü yazılıb. Bu həftə ərzində vətəndaşlara kirayə haqqı ödəniləcək. Bu barədə sakinlrə də müraciət olunub. İcra hakimiyyətində qəbulda olublar, onlara başa salınıbdır ki, narahat olmayın, kirayə pullarınız veriləcək.Yaxın vaxtlarda da, yəni, aprel may aylarında binaların tikintisinə başlanılacaq".
© Sputnik / Rahim MammadovGoranboyda qəzalı bina
Goranboyda qəzalı bina
© Sputnik / Rahim Mammadov
Qeyd edək ki, qəzalı bina sakinləri üçün Goranboy şəhəri Cəfər Cabbarlı və Məmməd Məhərrəmov küçələrində 4 mərtəbəli iki bina tikiləcək. Həmçinin daha bir 4 mərtəbəli yaşayış binası Dəlimmədli şəhərində inşa ediləcək. Ümumilikdə isə bu binalarda 51 sakin yerləşdiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.