https://sputnik.az/20220316/murasko-usaqlari-stels-omikrondan-nece-qorumaq-lazimdir-440203170.html
Muraşko: uşaqları "stels-omikron"dan necə qorumaq lazımdır
Muraşko: uşaqları "stels-omikron"dan necə qorumaq lazımdır
Sputnik Azərbaycan
Rospotrebnadzorun "Vektor" mərkəzi tərəfindən hazırlanmış "EpiVakKorona" və Rusiya Elmlər Akademiyasının Çumakov adına Mərkəzinin "KoviVak" peyvəndləri... 16.03.2022, Sputnik Azərbaycan
2022-03-16T15:41+0400
2022-03-16T15:41+0400
2022-03-16T15:41+0400
sputnik
səhiyyə
peyvənd
omikron ştammı
uşaqlar
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427392095_0:39:1564:919_1920x0_80_0_0_aba97536de5977c77feadec0c8a6b44e.jpg
BAKI, 16 mart — Sputnik. Uşaqlar və yeniyetmələr tez-tez koronavirusun "Stels-omikron" variantı ilə xəstələnirlər və "Sputnik M" peyvəndi onları bu ştamdan qoruya bilər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko qeyd edib."Stels-omikron" tez-tez uşaqlara və yeniyetmələrə təsir göstərir. Artıq bu gün onları bu infeksiyadan qorumaq üçün effektiv vasitəmiz, yəni təhlükəsiz "Sputnik M" peyvəndimiz mövcuddur", - deyə Muraşko jurnalistlərə bildirib.Koronavirusa qarşı peyvənd Rusiyanın bütün bölgələrində aparılır. Rusiya Səhiyyə Nazirliyi "COVID-19"un qarşısının alınması üçün 2020-ci ilin avqustunda Qamaleya Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış dünyada ilk peyvəndi qeydə alıb. Bu peyvənd "Sputnik V" adlandırılıb.Həmçinin Rusiyada Rospotrebnadzorun "Vektor" mərkəzi tərəfindən hazırlanmış "EpiVakKorona" və Rusiya Elmlər Akademiyasının Çumakov adına Mərkəzinin "KoviVak" peyvəndləri yaradılıb.2021-ci il may ayının əvvəlində "Sputnik Layt" adlı dördüncü yerli peyvəndin qeydiyyata alındığı məlum olub. Avqustun sonunda Rusiya Federasiyasının Səhiyyə Nazirliyi "Vektor" Mərkəzinin daha bir peyvəndini – "EpiVakKorona-N" vaksinini qeydiyyata alıb.Noyabrın 24-də yeniyetmələr üçün koronavirusa qarşı ilk yerli "Qam-COVID-Vak M" peyvəndi qeydə alınıb.
https://sputnik.az/20220316/stels-omikron-infeksiyasinin-azerbaycanda-yayilmasi-istisna-deyil---bas-infeksionist-440207257.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427392095_148:0:1564:1062_1920x0_80_0_0_4a4635c9d45dfa5d38bd8f47f3767c78.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sputnik, peyvənd, omikron ştammı, uşaqlar
sputnik, peyvənd, omikron ştammı, uşaqlar
Muraşko: uşaqları "stels-omikron"dan necə qorumaq lazımdır
Rospotrebnadzorun "Vektor" mərkəzi tərəfindən hazırlanmış "EpiVakKorona" və Rusiya Elmlər Akademiyasının Çumakov adına Mərkəzinin "KoviVak" peyvəndləri yaradılıb.
BAKI, 16 mart — Sputnik. Uşaqlar və yeniyetmələr tez-tez koronavirusun "Stels-omikron" variantı ilə xəstələnirlər və "Sputnik M" peyvəndi onları bu ştamdan qoruya bilər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko qeyd edib.
"Stels-omikron" tez-tez uşaqlara və yeniyetmələrə təsir göstərir. Artıq bu gün onları bu infeksiyadan qorumaq üçün effektiv vasitəmiz, yəni təhlükəsiz "Sputnik M" peyvəndimiz mövcuddur", - deyə Muraşko jurnalistlərə bildirib.
Koronavirusa qarşı peyvənd Rusiyanın bütün bölgələrində aparılır. Rusiya Səhiyyə Nazirliyi "COVID-19"un qarşısının alınması üçün 2020-ci ilin avqustunda Qamaleya Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış dünyada ilk peyvəndi qeydə alıb. Bu peyvənd "Sputnik V" adlandırılıb.
Həmçinin Rusiyada Rospotrebnadzorun "Vektor" mərkəzi tərəfindən hazırlanmış "EpiVakKorona" və Rusiya Elmlər Akademiyasının Çumakov adına Mərkəzinin "KoviVak" peyvəndləri yaradılıb.
2021-ci il may ayının əvvəlində "Sputnik Layt" adlı dördüncü yerli peyvəndin qeydiyyata alındığı məlum olub. Avqustun sonunda Rusiya Federasiyasının Səhiyyə Nazirliyi "Vektor" Mərkəzinin daha bir peyvəndini – "EpiVakKorona-N" vaksinini qeydiyyata alıb.
Noyabrın 24-də yeniyetmələr üçün koronavirusa qarşı ilk yerli "Qam-COVID-Vak M" peyvəndi qeydə alınıb.