https://sputnik.az/20220316/stels-omikron-infeksiyasinin-azerbaycanda-yayilmasi-istisna-deyil---bas-infeksionist-440207257.html
"Stels-omikron" infeksiyasının Azərbaycanda yayılması istisna deyil - Baş infeksionist
"Stels-omikron" infeksiyasının Azərbaycanda yayılması istisna deyil - Baş infeksionist
Sputnik Azərbaycan
Rusiyanın səhiyyə naziri Mixail Muraşko koronovirusun "omikron" ştamına yoluxmuş şəxslərin "stels-omikron" infeksiyasından qorunmanı təmin etmədiyini... 16.03.2022, Sputnik Azərbaycan
2022-03-16T15:01+0400
2022-03-16T15:01+0400
2022-03-16T15:01+0400
səhiyyə
omikron ştammı
yeni
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438029138_0:160:3072:1888_1920x0_80_0_0_a9175eba40edd08478b77c36a9fae7ec.jpg
BAKI, 16 mart — Sputnik. Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov "Stels-omikron" infeksiyasının Azərbaycanda təhlükəsi ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verib. O, bildirib ki, "Stels-omikron" hazırda bir sıra ölkələrdə sürətlə yayılıb:"Stels-omikron hazırda bir sıra ölkələrdə sürətlə yayıldığının şahidiyik.Hətta çox ciddi karantin tədbirlərini tətbiq edən Çində belə yoluxmaların xeyli artmasını görürük. Rusiyada mütəxəssislərin proqnozuna görə artıq yeni yoluxma hallarında onun payı artmaqdadır və tezliklə dominant ştama çevriləcəyi güman edilir. Hazırkı pandemiya təcrübəsi bizə deyir ki, yeni, mutant koronavirus ştamının hər hansı bir ölkədə yayılmasının mümkünlüyü istisna deyil və yenidən yoluxma hallarının sayında artım ola bilər".T. Eyvazov qeyd edib ki, bu ştamm əvvəlkilərdən daha yoluxucu olsa da, ağır xəstəlik törətmək qabiliyyəti zəifdir:"Çox güman ki, bu, ana-omikron ştamından çox deyil. Qorunma tədbirləri əvvəlkilərlə eynidir, tam vaksinasiya olunanlar, xüsusən də buster doza alanlar daha yaxşı qorunmuş sayılırlar. Həmin şəxslər hətta xəstələnsələr belə əksəriyyətinin xəstəliyi yüngül keçirəcəyi, hospitalizasiyaya ehtiyacı olmayacağı düşünülür".Məlumat üçün bildirək ki, Rusiyanın səhiyyə naziri Mixail Muraşko koronovirusun "omikron" ştamına yoluxmuş şəxslərin "stels-omikron" infeksiyasından qorunmanı təmin etmədiyini açıqlayıb.O, bildirib ki, ancaq peyvənd və revaksinasiya bu virusdan yan keçməyə kömək edir:"Hətta "omikron" xəstəliyinə yoluxanlar peyvənd və vaxtında revaksinasiyadan fərqli olaraq, "stels-omikrondan" etibarlı qorunmanı təmin etmir", - deyə Muraşko jurnalistlərə bildirib.O qeyd edib ki, mövcud elmi və klinik məlumatlara əsasən, yeni koronavirus infeksiyasına qarşı peyvənd və revaksinasiya edilmiş insanların "stels-omikrona" yoluxma və ötürmə riskləri əhəmiyyətli dərəcədə aşağıdır."Bundan əlavə, bir sıra araşdırmalara görə, buster peyvəndindən keçmiş müşahidə qruplarında "stels-omikrona" rast gəlinməyib", - deyə nazir vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220217/omikron-stamminin-yeni-gizli-simptomlari-aciqlandi-439267630.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438029138_171:0:2902:2048_1920x0_80_0_0_0a6c2f4439712b2e6d490d6494b85afc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
omikron ştammı, yeni, azərbaycan
omikron ştammı, yeni, azərbaycan
"Stels-omikron" infeksiyasının Azərbaycanda yayılması istisna deyil - Baş infeksionist
Rusiyanın səhiyyə naziri Mixail Muraşko koronovirusun "omikron" ştamına yoluxmuş şəxslərin "stels-omikron" infeksiyasından qorunmanı təmin etmədiyini açıqlayıb.
BAKI, 16 mart — Sputnik. Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov "Stels-omikron" infeksiyasının Azərbaycanda təhlükəsi ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verib. O, bildirib ki, "Stels-omikron" hazırda bir sıra ölkələrdə sürətlə yayılıb:
"Stels-omikron hazırda bir sıra ölkələrdə sürətlə yayıldığının şahidiyik.Hətta çox ciddi karantin tədbirlərini tətbiq edən Çində belə yoluxmaların xeyli artmasını görürük. Rusiyada mütəxəssislərin proqnozuna görə artıq yeni yoluxma hallarında onun payı artmaqdadır və tezliklə dominant ştama çevriləcəyi güman edilir. Hazırkı pandemiya təcrübəsi bizə deyir ki, yeni, mutant koronavirus ştamının hər hansı bir ölkədə yayılmasının mümkünlüyü istisna deyil və yenidən yoluxma hallarının sayında artım ola bilər".
T. Eyvazov qeyd edib ki, bu ştamm əvvəlkilərdən daha yoluxucu olsa da, ağır xəstəlik törətmək qabiliyyəti zəifdir:
"Çox güman ki, bu, ana-omikron ştamından çox deyil. Qorunma tədbirləri əvvəlkilərlə eynidir, tam vaksinasiya olunanlar, xüsusən də buster doza alanlar daha yaxşı qorunmuş sayılırlar. Həmin şəxslər hətta xəstələnsələr belə əksəriyyətinin xəstəliyi yüngül keçirəcəyi, hospitalizasiyaya ehtiyacı olmayacağı düşünülür".
Məlumat üçün bildirək ki, Rusiyanın səhiyyə naziri Mixail Muraşko koronovirusun "omikron" ştamına yoluxmuş şəxslərin "stels-omikron" infeksiyasından qorunmanı təmin etmədiyini açıqlayıb.
O, bildirib ki, ancaq peyvənd və revaksinasiya bu virusdan yan keçməyə kömək edir:
"Hətta "omikron" xəstəliyinə yoluxanlar peyvənd və vaxtında revaksinasiyadan fərqli olaraq, "stels-omikrondan" etibarlı qorunmanı təmin etmir", - deyə Muraşko jurnalistlərə bildirib.
O qeyd edib ki, mövcud elmi və klinik məlumatlara əsasən, yeni koronavirus infeksiyasına qarşı peyvənd və revaksinasiya edilmiş insanların "stels-omikrona" yoluxma və ötürmə riskləri əhəmiyyətli dərəcədə aşağıdır.
"Bundan əlavə, bir sıra araşdırmalara görə, buster peyvəndindən keçmiş müşahidə qruplarında "stels-omikrona" rast gəlinməyib", - deyə nazir vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.