https://sputnik.az/20220316/lham-eliyev-bir-sira-beynelxalq-ehemiyyetli-senedleri-imzalaylb-440229920.html
İlham Əliyev bir sıra beynəlxalq əhəmiyyətli sənədləri imzalaylb
İlham Əliyev bir sıra beynəlxalq əhəmiyyətli sənədləri imzalaylb
Sputnik Azərbaycan
Azərbaycanın BMT, Səudiyyə Ərəbistanı Krallığı və Türkiyə Respublikası ilə mühüm anlaşmaları təsdiq olunub. 16.03.2022, Sputnik Azərbaycan
2022-03-16T22:52+0400
2022-03-16T22:52+0400
2022-03-16T23:24+0400
azərbaycan xəbərləri
prezident ilham əliyev
imza
anlaşma memorandumu
https://cdnn1.img.sputnik.az/img/41731/97/417319772_38:0:1000:541_1920x0_80_0_0_eda2ec36b5d4d252e3de2692696ebdd1.jpg
BAKI, 16 mart - Sputnik. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında Etimad Fondları Layihəsi Sazişi”nin təsdiq edilməsi haqqında” fərman imzalayıb.Sputnik Azərbaycan-ın xəbərinə görə, fərmana əsasən, 2021-ci il dekabrın 20-də Paris şəhərində imzalanmış Saziş qüvvəyə mindikdən sonra Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatına bildiriş göndərməlidir.Prezident İlham Əliyev həmçinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının İnsan Resursları və Sosial İnkişaf Nazirliyi arasında əmək sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında" fərman imzalayıb.Fərmana əsasən, 2021-ci il iyulun 13-də Bakı və Ər-Riyad şəhərlərində imzalanmış Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə bildiriş göndərməlidir.Azərbaycan Energetika Nazirliyi ilə Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu da təsdiq edilib.Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220316/cbari-tibbi-sigortayla-bagli-musterek-maliyyelesmenin-tetbiqi-texire-salinib-440229535.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41731/97/417319772_279:0:1000:541_1920x0_80_0_0_55fee1547a0ff401adb3daafceb7f9ec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, imza, anlaşma memorandumu
prezident ilham əliyev, imza, anlaşma memorandumu
İlham Əliyev bir sıra beynəlxalq əhəmiyyətli sənədləri imzalaylb
22:52 16.03.2022 (Yenilənib: 23:24 16.03.2022) Azərbaycanın BMT, Səudiyyə Ərəbistanı Krallığı və Türkiyə Respublikası ilə mühüm anlaşmaları təsdiq olunub.
BAKI, 16 mart - Sputnik. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında Etimad Fondları Layihəsi Sazişi”nin təsdiq edilməsi haqqında” fərman imzalayıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, fərmana əsasən, 2021-ci il dekabrın 20-də Paris şəhərində imzalanmış Saziş qüvvəyə mindikdən sonra Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatına bildiriş göndərməlidir.
Prezident İlham Əliyev həmçinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının İnsan Resursları və Sosial İnkişaf Nazirliyi arasında əmək sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında" fərman imzalayıb.
Fərmana əsasən, 2021-ci il iyulun 13-də Bakı və Ər-Riyad şəhərlərində imzalanmış Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə bildiriş göndərməlidir.
Azərbaycan Energetika Nazirliyi ilə Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu da təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.