Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İcbari tibbi sığortayla bağlı müştərək maliyyələşmənin tətbiqi təxirə salınıb

© AP Photo / Evan VucciПодпись, фото из архива
Подпись, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.03.2022
Abunə olmaq
Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinin tətbiqi proseduru daha 1 il təxirə salınıb.
BAKI, 16 mart - Sputnik. Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliyi təsdiq edib.
APA xəbər verir ki, qanuna əsasən, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinin tətbiqi proseduru daha 1 il təxirə salınıb.
“Tibbi sığorta haqqında” qanunda nəzərdə tutulan sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinə aid hissələrdə qanunun 15-28.3-cü və 15-28.4-cü maddələri 2023-ci il 1 yanvar tarixindən etibarən qüvvəyə minəcək.
Beləliklə, 2023-cü il 1 yanvar tarixindən ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməli olacaq.
Əvvəl bunun 2022-ci il 1 yanvardan qüvvəyə minməsi nəzərdə tutulmuşdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Tibbi sığorta - Sputnik Azərbaycan, 1920, 15.03.2022
CƏMİYYƏT
Komitə sədri: İcbari tibbi sığorta zərfinin genişlənməsinə böyük ehtiyac var
Xəbər lenti
0