Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP tibbi maska ilə bağlı avtobus sürücülərinə müraciət edib

Avctobuslar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.03.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Görüşdə qaldırılan məsələlər üzrə nəzarətin gücləndirildiyini vurğulayan avtovağzal rəhbərliyi, eləcə də tədbirə qatılan sürücü və sərnişinlər yol polisi ilə birgə əməkdaşlığın hər zaman faydalı olduğunu ifadə ediblər.
BAKI, 15 mart - Sputnik. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakı Beynəlxalq Avtovağzal Kompleksində sürücülərlə görüş keçirib.
DYP-dən Report-a verilən məlumata görə, Kompleks rəhbərliyi ilə birgə təşkil olunmuş tədbirdə DİN BDYPİ-yə bilavasitə tabe olan YPX Alayının qərargah rəisi Rüfət Quliyev, Baş idarənin əməkdaşları Səbri Hüseynov və Toğrul Nəsirli iştirak ediblər.
Görüş zamanı sərnişindaşıma fəaliyyəti kimi məsuliyyətli sahədə çalışan sürücülərə hüquq və vəzifələri haqda bir daha məlumat verilib, bununla yanaşı yola çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin tibbi yoxlamadan keçməsi, eləcə də yolboyu istirahətin təmin olunması kimi vacib məsələlərin nəzarətdə saxlanılması istiqamətində təbliğat-təşviqat işi aparılıb, suallar cavablandırılıb.
Avtobuslarda müvafiq marşrutlar üzrə səfərə çıxmağa hazırlaşan sərnişinlərlə də söhbət aparılıb, açıq havadan fərqli olaraq bağlı məkanlarda, həmçinin ictimai nəqliyyat vasitələrində tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə tələbinin qüvvədə olması və bu göstərişə əməl edilməsinin vacibliyi onların diqqətinə çatdırılıb.
Görüşdə qaldırılan məsələlər üzrə nəzarətin gücləndirildiyini vurğulayan avtovağzal rəhbərliyi, eləcə də tədbirə qatılan sürücü və sərnişinlər yol polisi ilə birgə əməkdaşlığın hər zaman faydalı olduğunu ifadə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Avtobus sürücüsü, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.03.2022
CƏMİYYƏT
Narkotikin təsiri altında avtobus idarə edən şəxs həbs olunub
Xəbər lenti
0