CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkotikin təsiri altında avtobus idarə edən şəxs həbs olunub

© Sputnik / Vitaly BelousovAvtobus sürücüsü, arxiv şəkli
Avtobus sürücüsü, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.03.2022
Abunə olmaq
Rayon sakini Əli Hüseynovun idarə etdiyi marşrut avtobusu Quba rayonu ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb.
BAKI, 13 mart — Sputnik. Quba Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtobus idarə edən şəxs həbs olunub.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Belə ki, rayon sakini Əli Hüseynovun idarə etdiyi marşrut avtobusu Quba rayonu ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb.
Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. Ə.Hüseynov RPŞ-ə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib.
Quba Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Xatırladaq ki, bir müddət öncə Ağdaş Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücülər müəyyən ediliblər.
Ağdaş rayon sakini Elşən Kərimov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. Sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etməsinə dair şübhələr yarandığından o, bölməyə gətirilib. E.Kərimovun marixuana qəbul etməsi təyin olunan ekspertiza nəticəsində sübuta yetirilib.
Keçirilən digər tədbir zamanı "VAZ-2107" markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Nurlan Səmədov saxlanılıb. Müayinə zamanı onun da marixuana qəbul etdiyi məlum olub.
Hər iki şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İnsan - Sputnik Azərbaycan, 1920, 10.03.2022
HƏRBİ
Hərbçilər icbari narkoloji müayinədən keçəcəklər
Xəbər lenti
0