Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Baş nazir quru sərhədlərinin açılması təklifinə münasibət bildirib

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidƏli Əsədov
Əli Əsədov - Sputnik Azərbaycan, 1920, 15.03.2022
Abunə olmaq
Rusiya hökuməti martın 21-dən başlayaraq hava məkanını yenidən Azərbaycan üçün açır
BAKI, 15 mart — Sputnik. Baş nazir Əli Əsədov quru sərhədlərinin açılması təklifinə münasibət bildirib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib ki, "Sanitar-epidemioloji sağlamlıq haqqında" qanuna əsasən, hökumətin giriş-çıxışa məhdudiyyət tətbiq etməyə birbaşa səlahiyyəti var.
Baş nazir bildirib ki, quru sərhədlərimiz bağlıdır: "Karantin qaydaları yumşaldılıb, amma pandemiya aradan qalxmayıb. Rusiya hökuməti martın 21-dən başlayaraq hava məkanını yenidən Azərbaycan üçün açır. Dağıstan sərhədində qalan soydaşlarımızın məsələsi də hökumətin diqqətindədir. Amma onlarla bağlı qəti qərar hələ verilməyib".
Deputat Azərbaycan vətəndaşlarının quru sərhədini keçə bilməməsindən şikayətlənib
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib ki, Azərbaycan vətəndaşları Konstitusiyaya əsasən, öz ölkəsinə hər zaman maneəsiz qayıda bilər.
Deputat bildirib ki, yalnız hərbi və fövqəladə hallar zamanı bu, tətbiq edilməyə bilər: "Amma şükürlər olsun ki, bu gün belə vəziyyət yoxdur. Buna baxmayaraq, Azərbaycan vətəndaşları bu gün quru sərhədi keçə bilmir".
Rusiyanın “Aeroflot” şirkəti Bakıya uçuşlara başlayır
Rusiyanın “Aeroflot” dövlət hava yolu şirkəti martın 21-dən Moskva şəhərindən Bakıya müntəzəm uçuşlara başlayır.
Uçuşlara bu gündən qurumun saytı, mobil tətbiqi vasitəsilə, habelə çağrı mərkəzinə zəng etməklə bilet almaq mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov - Sputnik Azərbaycan, 1920, 15.03.2022
İQTİSADİYYAT
Baş nazir: Yeni kommunikasiya bağlantıları bölgənin inkişafına töhfə verəcək
Xəbər lenti
0