https://sputnik.az/20220315/bas-nazir-yeni-kommunikasiya-baglantilari-bolgenin-inkisafina-tohfe-verecek-440174873.html
Baş nazir: Yeni kommunikasiya bağlantıları bölgənin inkişafına töhfə verəcək
Baş nazir: Yeni kommunikasiya bağlantıları bölgənin inkişafına töhfə verəcək
Sputnik Azərbaycan
Əli Əsədov Milli Məclisdə Azərbaycan ilə İran arasında imzalanan anlaşma memorandumundan danışıb 15.03.2022, Sputnik Azərbaycan
2022-03-15T16:46+0400
2022-03-15T16:46+0400
2022-03-15T16:47+0400
əli əsədov
iqtisadiyyat
baş nazir
milli məclis
hesabat
https://cdnn1.img.sputnik.az/img/42196/14/421961494_0:70:1500:914_1920x0_80_0_0_1e27b31209ae150f2203f1ef31f21485.jpg
BAKI, 15 mart — Sputnik. İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumunun imzalanmasının əhəmiyyətini vurğulamaq istərdim.Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.Baş nazir bildirib ki, yeni kommunikasiya bağlantıları ümumilikdə bölgənin inkişafına töhfə verəcək: "Ötən il istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu, hazırda inşası aparılan Zəngilan və Laçın beynəlxalq hava limanları və digər mühüm avtomobil, dəmir yol və sosial infrastruktur layihələri bölgənin inkişafına əhəmiyyətli təkan verir".Qeyd edək ki, Azərbaycan ilə İran arasında İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu imzalanıb.Sənədin məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İranın ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasıdır. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.Araz çayı üzərində tikiləcək iki avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpü Ermənistanın dövlət sərhədinə 5 km məsafədən keçəcək.Tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini öz öhdəsinə götürüb.Azərbaycan Naxçıvana yeni kommunikasiya bağlantılarının xərcini İranla birlikdə çəkəcəkŞərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək. İranı Naxçıvanın Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirir.Körpülərin layihələndirilməsi və tikintisi üçün tərəflərin müvafiq qurumlarının nümayəndələrindən ibarət birgə işçi qrup yaradılacaq.Avtomobil yoluna paralel olaraq tikiləcək dəmir yolunun maliyyələşdirilməsi və ödənilməsinə dair təkliflər 6 ay müddətinə hazırlanıb tərəflərin hökumətlərinə təqdim ediləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220315/sabir-rustemxanli-sanki-burada-milli-meclis-hokumete-hesabat-verir-440173852.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42196/14/421961494_167:0:1500:1000_1920x0_80_0_0_11dfa3c1d713966a5d53de6c0cd7edba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
əli əsədov, baş nazir, milli məclis, hesabat
əli əsədov, baş nazir, milli məclis, hesabat
Baş nazir: Yeni kommunikasiya bağlantıları bölgənin inkişafına töhfə verəcək
16:46 15.03.2022 (Yenilənib: 16:47 15.03.2022) Əli Əsədov Milli Məclisdə Azərbaycan ilə İran arasında imzalanan anlaşma memorandumundan danışıb
BAKI, 15 mart — Sputnik. İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumunun imzalanmasının əhəmiyyətini vurğulamaq istərdim.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, yeni kommunikasiya bağlantıları ümumilikdə bölgənin inkişafına töhfə verəcək: "Ötən il istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu, hazırda inşası aparılan Zəngilan və Laçın beynəlxalq hava limanları və digər mühüm avtomobil, dəmir yol və sosial infrastruktur layihələri bölgənin inkişafına əhəmiyyətli təkan verir".
Qeyd edək ki, Azərbaycan ilə İran arasında İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu imzalanıb.
Sənədin məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İranın ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasıdır. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.
Araz çayı üzərində tikiləcək iki avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpü Ermənistanın dövlət sərhədinə 5 km məsafədən keçəcək.
Tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini öz öhdəsinə götürüb.
Azərbaycan Naxçıvana yeni kommunikasiya bağlantılarının xərcini İranla birlikdə çəkəcək
Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək. İranı Naxçıvanın Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirir.
Körpülərin layihələndirilməsi və tikintisi üçün tərəflərin müvafiq qurumlarının nümayəndələrindən ibarət birgə işçi qrup yaradılacaq.
Avtomobil yoluna paralel olaraq tikiləcək dəmir yolunun maliyyələşdirilməsi və ödənilməsinə dair təkliflər 6 ay müddətinə hazırlanıb tərəflərin hökumətlərinə təqdim ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.