https://sputnik.az/20220314/serqi-zengezurla-naxcivan-arasinda-kommunikasiya-baglantilari-yaradilir---serh-440129630.html
Şərqi Zəngəzurla Naxçıvan arasında kommunikasiya bağlantıları yaradılır - ŞƏRH
Şərqi Zəngəzurla Naxçıvan arasında kommunikasiya bağlantıları yaradılır - ŞƏRH
Sputnik Azərbaycan
Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. İqtisadçı sənədi Sputnik Azərbaycan-a şərh... 14.03.2022, Sputnik Azərbaycan
2022-03-14T14:40+0400
2022-03-14T14:40+0400
2022-03-14T14:41+0400
naxçıvan
iqtisadiyyat
şərqi zəngəzur iqtisadi rayonu
əlaqələr
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0c/425939439_0:77:1600:977_1920x0_80_0_0_5109b1154dd363dc76179e4f03da37ed.jpg
BAKI, 14 mart — Sputnik. Azərbaycan ilə İran arasında İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu imzalanıb.Sənədin məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İranın ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasıdır. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.Yeni dəhliz region ölkələrində iqtisadi bazarların inkişafına kömək edəcəkSənədi şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov Sputnik Azərbaycan-a deyib ki, yeni iqtisadi dəhliz ilk növbədə region ölkələrində iqtisadi bazarların inkişafına kömək edəcək:"Ticarət və iqtisadi əlaqələrin artması istehsalla yanaşı idxal və ixrac əməliyyatlarını təşviq edəcək. Yeni dəhlizin təkcə tranzit ticarətinin deyil, həm də regional ticarətin və istehsalın inkişafına təsiri mühüm olacaq. Belə ki, region ölkələrinin hər birinin ayrı-ayrı ixtisaslaşdığı məhsullar mövcuddur və region ölkələrində bu məhsullara tələbat da var. Regiondaxili ticarətin canlanması birbaşa olaraq, ölkələrarası ticarətin və istehsalın inteqrasiyasını da genişləndirəcək".Yüzlərlə yeni iş yerləri açıla bilər"Yeni kommunikasiyaların açılması sayəsində region ölkələri arasında ticarət dövriyyəsi arta, yüzlərlə yeni iş yerləri açıla bilər. Bu mühüm dəhliz üzərində, xüsusi ilə də, nəqliyyat və avtomobil hablarında xüsusi ticarət mərkəzlərinin, yolüstü ticarət sahələrinin inkişafı da labüd olacaq. Bunun nəticəsində isə milyardlarla gəlir əldə edən region ölkələrində rifah səviyyəsi xeyli yüksələcək", - deyə ekspert diqqətə çatdırıb.Layihə regionda yeni geoiqtisadi şərait formalaşdıracaqEkspertin sözlərinə görə, bu layihə regionda yeni geoiqtisadi şərait formalaşdıracaq:"Enerji xətləri ilə bağlı qısamüddətli dövrdə Azərbaycandan elektrik enerjisinin dəhliz üzərindən Naxçıvana ötürülməsi, uzunmüddətli və bəlkə də ortamüddətli dövrdə Xəzərin enerji resurslarının həm də bu iqtisadi dəhliz üzərindən Avropaya ötürülməsi də aktuallaşa bilər. Mühüm mega layihələr heç şübhəsiz ki, regional inteqrasiyanı da gücləndirəcək. Belə olduğu təqdirdə regional güclər də bu regionda davamlı sülhyaratma işinə öz töhfələrini verəcəklər".Qeyd edək ki, Araz çayı üzərində tikiləcək iki avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpü Ermənistanın dövlət sərhədinə 5 km məsafədən keçəcək.Tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini öz öhdəsinə götürüb.Azərbaycan Naxçıvana yeni kommunikasiya bağlantılarının xərcini İranla birlikdə çəkəcəkŞərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək. İranı Naxçıvanın Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirir.Körpülərin layihələndirilməsi və tikintisi üçün tərəflərin müvafiq qurumlarının nümayəndələrindən ibarət birgə işçi qrup yaradılacaq.Avtomobil yoluna paralel olaraq tikiləcək dəmir yolunun maliyyələşdirilməsi və ödənilməsinə dair təkliflər 6 ay müddətinə hazırlanıb tərəflərin hökumətlərinə təqdim ediləcək.Azərbaycan və İran arasında iqtisadi dövriyyə 30 faiz artıbXatrıladaq ki, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyasının 15-ci iclasında Baş nazirin müavini Şahin Mustafayev deyib ki, pandemiya şəraitini nəzərə alsaq Azərbaycan və İran arasında iqtisadi dövriyyənin 30 faiz artması çox yaxşı nəticədir. O bildirib ki, bu ilin yanvar ayında isə təxminən 22 faiz ticarət əlaqələrimiz artıb."Bizim əlaqələrimizin inkişafında qarşılıqlı sərmayələrin böyük rolu var. Qeyd etməliyəm ki, 2050 İran şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir", - deyə Baş nazirin müavini bildirib.O əlavə edib ki, pandemiya şəraitinin olmasına baxmayaraq, Azərbaycan və İran arasında avtomobil daşımaları üzrə yük həcmi 70 faiz artıb.Onu da bildirək ki, ötən il İrandan 397 milyon 523,5 min dollar həcmində Azərbaycana məhsul gətirilib, ölkəmizdən İrana isə 43 milyon 287,1 min dollar həcmində məhsul göndərilib.Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 3,4 faizi İran ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycanın 14 iqtisadi rayonundan biridir və Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarını əhatə edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220313/hec-bir-olkenin-azerbaycan-qeder-ran-ucun-ehemiyyeti-yoxdur--ranli-deputat-440109024.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0c/425939439_294:0:1597:977_1920x0_80_0_0_f21f7e9745cbfe25fafd9cdd9fd926d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
naxçıvan, şərqi zəngəzur iqtisadi rayonu, əlaqələr
naxçıvan, şərqi zəngəzur iqtisadi rayonu, əlaqələr
Şərqi Zəngəzurla Naxçıvan arasında kommunikasiya bağlantıları yaradılır - ŞƏRH
14:40 14.03.2022 (Yenilənib: 14:41 14.03.2022) Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. İqtisadçı sənədi Sputnik Azərbaycan-a şərh edib.
BAKI, 14 mart — Sputnik. Azərbaycan ilə İran arasında İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu imzalanıb.
Sənədin məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İranın ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasıdır. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.
Yeni dəhliz region ölkələrində iqtisadi bazarların inkişafına kömək edəcək
Sənədi şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov Sputnik Azərbaycan-a deyib ki, yeni iqtisadi dəhliz ilk növbədə region ölkələrində iqtisadi bazarların inkişafına kömək edəcək:
"Ticarət və iqtisadi əlaqələrin artması istehsalla yanaşı idxal və ixrac əməliyyatlarını təşviq edəcək. Yeni dəhlizin təkcə tranzit ticarətinin deyil, həm də regional ticarətin və istehsalın inkişafına təsiri mühüm olacaq. Belə ki, region ölkələrinin hər birinin ayrı-ayrı ixtisaslaşdığı məhsullar mövcuddur və region ölkələrində bu məhsullara tələbat da var. Regiondaxili ticarətin canlanması birbaşa olaraq, ölkələrarası ticarətin və istehsalın inteqrasiyasını da genişləndirəcək".
Yüzlərlə yeni iş yerləri açıla bilər
"Yeni kommunikasiyaların açılması sayəsində region ölkələri arasında ticarət dövriyyəsi arta, yüzlərlə yeni iş yerləri açıla bilər. Bu mühüm dəhliz üzərində, xüsusi ilə də, nəqliyyat və avtomobil hablarında xüsusi ticarət mərkəzlərinin, yolüstü ticarət sahələrinin inkişafı da labüd olacaq. Bunun nəticəsində isə milyardlarla gəlir əldə edən region ölkələrində rifah səviyyəsi xeyli yüksələcək", - deyə ekspert diqqətə çatdırıb.
Layihə regionda yeni geoiqtisadi şərait formalaşdıracaq
Ekspertin sözlərinə görə, bu layihə regionda yeni geoiqtisadi şərait formalaşdıracaq:
"Enerji xətləri ilə bağlı qısamüddətli dövrdə Azərbaycandan elektrik enerjisinin dəhliz üzərindən Naxçıvana ötürülməsi, uzunmüddətli və bəlkə də ortamüddətli dövrdə Xəzərin enerji resurslarının həm də bu iqtisadi dəhliz üzərindən Avropaya ötürülməsi də aktuallaşa bilər. Mühüm mega layihələr heç şübhəsiz ki, regional inteqrasiyanı da gücləndirəcək. Belə olduğu təqdirdə regional güclər də bu regionda davamlı sülhyaratma işinə öz töhfələrini verəcəklər".
Qeyd edək ki, Araz çayı üzərində tikiləcək iki avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpü Ermənistanın dövlət sərhədinə 5 km məsafədən keçəcək.
Tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini öz öhdəsinə götürüb.
Azərbaycan Naxçıvana yeni kommunikasiya bağlantılarının xərcini İranla birlikdə çəkəcək
Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək. İranı Naxçıvanın Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirir.
Körpülərin layihələndirilməsi və tikintisi üçün tərəflərin müvafiq qurumlarının nümayəndələrindən ibarət birgə işçi qrup yaradılacaq.
Avtomobil yoluna paralel olaraq tikiləcək dəmir yolunun maliyyələşdirilməsi və ödənilməsinə dair təkliflər 6 ay müddətinə hazırlanıb tərəflərin hökumətlərinə təqdim ediləcək.
Azərbaycan və İran arasında iqtisadi dövriyyə 30 faiz artıb
Xatrıladaq ki, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyasının 15-ci iclasında Baş nazirin müavini Şahin Mustafayev deyib ki, pandemiya şəraitini nəzərə alsaq Azərbaycan və İran arasında iqtisadi dövriyyənin 30 faiz artması çox yaxşı nəticədir. O bildirib ki, bu ilin yanvar ayında isə təxminən 22 faiz ticarət əlaqələrimiz artıb.
"Bizim əlaqələrimizin inkişafında qarşılıqlı sərmayələrin böyük rolu var. Qeyd etməliyəm ki, 2050 İran şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir", - deyə Baş nazirin müavini bildirib.
O əlavə edib ki, pandemiya şəraitinin olmasına baxmayaraq, Azərbaycan və İran arasında avtomobil daşımaları üzrə yük həcmi 70 faiz artıb.
Onu da bildirək ki, ötən il İrandan 397 milyon 523,5 min dollar həcmində Azərbaycana məhsul gətirilib, ölkəmizdən İrana isə 43 milyon 287,1 min dollar həcmində məhsul göndərilib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 3,4 faizi İran ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycanın 14 iqtisadi rayonundan biridir və Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarını əhatə edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.